Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan kürd siyasətçi Səlahattin Dəmirtaşın kürd muxtariyyəti çağırışını "vətənə xəyanət" adlandırıb.
"Həmsədrin etdiyi xəyanət və provokasiyadır", - cənab Erdoğan Xalq Demokratiya Partiyasının (HDP) həmsədri Dəmirtaşa istinadən bildirib.
Həftə sonu HDP və digər kürdpərəst qruplar Türkiyənin əsasən kürdlər yaşayan cənub-şərq bölgələrində özünü idarəetməyə çağırış ediblər. Türkiyə prokurorluğu həmin şərhlərlə əlaqədar istintaqa başlayıb.
Türkiyə hərbiyyəsi özünü idarəetmə uğrunda mübarizə aparan üsyançı Kürdüstan Fəhlə Partiyasına (PKK) qarşı əməliyyatlar həyata keçirir.
Ordunun bildirdiyinə görə, onlar indiyə qədər 200-dən çox PKK silahlısını qətlə yetiriblər.
PKK Türkiyə, ABŞ və Avropa İttifaqı tərəfindən "terrorçu" təşkilat kimi tanınır.