Bazar günü günü, 22 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Vahid Ələkbərovun ümidi ancaq Xəzərin Azərbaycana aid hissəsinə qaldı
Tarix: 26.12.2015 / 02:33
Bölmə: Siyasət
Rusiya ilə Qərb arasında hələ də davam edən iqtisadi savaş Kremlin himayəsində olan bir çox şirkətlərin fəaliyyətinə mənfi təsirini getdikcə artırır. Belə təsirlərə məruz qalanlardan biri də həmyerlimiz Vahid Ələkbərovun rəhbərlik etdiyi "LUKoil" şirkətidir. Davam edən sanksiyalar bu şirkətin Xəzərdəki fəaliyyətinə də mənfi istiqamətdə ciddi təsir edir. Belə görünür ki, bu gedişlə şirkət Xəzərdə fəaliyyətini yalnız Azərbaycana aid layihələrdə davam etdirə biləcək.
Məsələ bundadır ki, Qərbin Rusiyaya tətbiq etdiyi texnoloji sanksiyalar səbəbindən "LUKoil", "Qazprom" və "Kazmunayqaz" neft-qaz şirkətləri Xəzərdəki "Mərkəz" yatağında qazma-burma işlərini dayandırıblar. Vahid Ələkbərov məsələ ilə bağlı bildirib: "Mərkəz" yatağı Rusiya şirkətlərinə aid olmadığından, biz buruq üçün avadanlıq ala bilmirik. Bir yataqda isə qurğu inşa etmək məntiqli deyil. Ona görə də "Qazprom"la işlərə bir az fasilə verməyi qərara aldıq. Sanksiyalar götürülənə və buruq qurğuları sərbəst olanadək gözləyəcəyik". Qeyd edək ki, "Mərkəz" strukturu Xəzərin mərkəzi hissəsində, Rusiya ilə Qazaxıstan arasındakı sərhəddə yerləşir. Oradakı işləri "TsnetrKaspneftqaz", "Qazprom" müəssisələri və Qazaxıstanın "Kazmunayqaz" şirkəti ilə Vahid Ələkbərovun rəhbəri olduğu şirkət birlikdə görürdülər. Amma sanksiyalar üzündən artıq burada fəaliyyəti davam etdirmək mümşüklə çevrilib.
Amma "LUKoil"un Azərbaycanda reallaşdırdığı layihələrin davam etməsi gözlənir. Qeyd edək ki, "LUKoil" "Şahdəniz"də 10 faizlik paya malikdir. Bu yataqdan çıxarılacaq qaz 5 ildən sonra TANAP və TAP boru kəmərləri ilə Avropaya nəql olunmalıdır. Yeri gəlmişkən qeyd edək ki, şirkət bu payını maliyyələşdirmək üçün Avropa Yenidənqurma və İnkişaf Bankından 1 milyard dollar borc istəmişdi. Bu borc şirkətə "Şahdəniz" yatağındakı hasilat işlərinin ikinci fazası üçün lazım idi. Amma Qərblə ziddiyyət üzündən "LUKoil" bu vəsaiti əldə edə bilmədi. Sonradan isə bəlli oldu ki, Qara dəniz Ticarət və İnkişaf Bankı Vahid Ələkbərova "Şahdəniz-II" yatağındakı investisiya payını maliyyələşdirmək üçün kredit ayırmaq məsələsinə baxır. Bank "LUKoil"un törəmə şirkəti "LUKoil Overseas Shahdeniz Ltd" şirkətinə "Faza-2" müqaviləsi çərçivəsində "Şahdəniz" yatağının işlənməsi layihəsindəki işlərin maliyyələşdirilməsi üçün kredit ayırmaq imkanlarını nəzərdən keçirib. Müvafiq açıqlamada bildirilirdi: "Banka təqdim edilən layihə iki dəniz platformasının tikintisi, Səngəçal terminalının genişləndirilməsi və Cənub-Qafqaz boru kəməri magistralının Bakı-Gürcüstan-Türkiyə sərhədi hissəsinin tikintisini nəzərdə tutur". Məlumatlara görə, şirkət istədiyi krediti bankdan ala bilib. Beləliklə, "LUKoil" Xəzərdə Azərbaycana aid yataqlarda fəaliyyətini davam etdirə biləcək.
Amma ümumilikdə isə şirkətin Qərblə ziddiyyətlər üzündən ciddi problemləri var və onların həlli hələ yaxın perspektiv üçün inandırıcı görünmür.
"LUKoil" şirkətinin Rumıniyada 2 milyard dollarlıq aktivlərinə həbs qoyulması da bu problemdən qaynaqlanır. Qeyd edək ki, bir müddət öncə Rusiyanın Belçikadakı konsulluğu və səfirliyinin əmlakına, daha sonra isə ölkənin ən böyük şirkətlərindən olan "LUKoil"un Rumıniyadakı əmlakına həbs qoyulub. Prokurorluğun iddiası ilə gerçəkləşdirilən həbs 2 milyard avroluq əmlaka şamil edilib. Həmçinin şirkətin hesabları da dondurulub. "LUKoil"un Rumıniya hakimiyyəti ilə münaqişəsi 2014-cü ilin oktyabrında yaranıb. O zaman prokurorlar, polislər və gömrükçülər "LUKoil"un Rumıniyadakı ofislərində, o cümlədən "Petrotel" neftayırma zavodunda 23 dəfə axtarış aparıblar. Ötən il "LUKoil" məhkəmə yolu ilə aktivlərinə qoyulan həbs qərarını götürməyə nail olmuşdu. Lakin bir müddət əvvəl prokurorlar aktivlərə yenidən həbs qoyub və "LUKoil"un daha beş əməkdaşı istintaqa cəlb edilib. Xatırladaq ki, Almaniya prokurorları da Vahid Ələkbərovun biznesi ilə maraqlanır. Buna səbəb Ələkbərovun adamlarının "LUKoil"un mərhum vitse-prezidenti Vitali Şmidtin aktivlərini qanunsuz yolla ələ keçirməsinə dair iddialardır. ABŞ-ın Maliyyə Nazirliyi yanında Xarici Aktivlərə Nəzarət İdarəsi də "LUKoil"u sanksiyalar siyahısına salıb. Məhdudlaşdırıcı ölçülər dərin sular və Arktika şelfində, həmçinin şist qatlarında karbohidrogen ehtiyatların mənimsənilməsi üçün istifadə edilən mal və texnologiyaların Rusiyanın neft-qaz şirkətlərinə satışını qadağan edir.
Digər tərəfdən, neftin aşağı qiyməti də şirkətə mənfi təsir göstərir. Vahid Ələkbərov özü isə neftin qiymətlərinin 2016-cı ildə 42-47 dollar səviyyəsində qalmaqda davam edəcəyini bildirib: "Vyanada keçirilən OPEK toplantısında İranın, İraqın neft nazirləri və analitiklərlə görüşdüm. Hamısı gələn il qiymətlərin indiki səviyyədə qalmaqda davam edəcəyinə inanır. Qiymətlərin 42-47 dollar səviyyələrində olacağı gözlənir. 2016-cı ilin sonuna doğru və ya 2017-ci ilin əvvəllərində isə qiymətlərdə artım gözlənir". V.Ələkbərovun sözlərinə görə, neft təklifi və tələbi 2017-ci ildə tarazlaşacaq və neftin qiyməti, sürətli olmasa da, artmağa başlayacaq: "Bizim hesablamalarımıza görə, bu ortalıq müddətdə neftin bir barrelinin qiyməti 60 dollar ətrafında tərəddüd edəcək". Neft şirkətinin vitse-prezidenti Leonid Fedun daha optimistik proqnozla çıxış edib. Leonid Fedun qiymətlərin 80 və hətta 100 dollara çatacağını deyib.
Tahir TAĞIYEV
DİGƏR XƏBƏRLƏR
Tarix: 22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb
Tarix: 22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
- FOTO
Tarix: 22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb
Tarix: 22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək
Tarix: 22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi
Tarix: 22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”
Tarix: 22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”
Tarix: 22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"
Tarix: 22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi
Tarix: 22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir -
“Üçüncü eşelon” kim(lər)dir?
Tarix: 21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Tarix: 21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN
– gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
SON XƏBƏRLƏR
22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi
- Yekun sənəd imzalanmadı...
22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb
22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
- FOTO
22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb
22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək
22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi
22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”
22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”
22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"
22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi
22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib
22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir -
“Üçüncü eşelon” kim(lər)dir?
22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları
21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı
– NATO hərəkətə keçəcəyini açıqladı...
21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN
– gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...
21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı...
Finlandiya prezidentindən sensasion iddia...
21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi
– “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”
21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir
– Pentaqondan açıqlama gəldi...
21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə
RƏSMİ REAKSİYA...
21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib
- FOTO
21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...
21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır
– dekabrın 1-dən hər addımları izlənəcək...
21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi
– Londondan gözlənilməz açıqlama...
21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi
- Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...
21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar
- FOTO
21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"
21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır"
- Prezident İlham Əliyev
21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq"
- Vyetnam Prezidenti
21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur"
- To Lam
21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
- FOTO
21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj
- sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir
21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli
– Demokratlar Konqresə ultimatum verdi...
21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı
21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi
– Bessentdən Tehrana sərt mesaj...
21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı
- VİDEO
21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub
21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....
21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik"
- Vyetnam Prezidenti
21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"
21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub
- FOTO
21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub
21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...
21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi
21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub
- FOTO
21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib
21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub
20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım
- çıxarış almaq mümkün olacaq...
20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var
20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi
- Ukraynada sülh üçün son tarix açıqlandı...
20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...
20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır
– vaxt verildi...
20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?
20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz
- hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı
20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin
- Hay ki, hay...
20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...
20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...
20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi
– Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...
20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir -
Paşinyan mürəkkəb ssenariyə baş vurdu...
20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb
20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası
20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi -
Madyar Orbanı sildi...
20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...
20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi
- FOTO
20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...
20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır
20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular
20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı
- təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...
20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı
- TƏBİB-dən açıqlama...
20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək
20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal
- iş prokurorluğa çıxdı...
20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı
- Avropalı liderlər Moskvaya gedəcəkmi...
20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...
20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib
20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama
- Vaşinqton Kiyevsiz qərar verməyəcək...
20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir
- qiyabi təhsil ləğv edilir...
20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...
20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində...
- FOTO
20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...
20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
- FOTO
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
Tarix: 14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur -
baxın, necə...
XƏBƏR ARXİVİ