Bazar ertəsi günü, 23 noyabr 2026
     

Azərbaycan Prezidentinin məqaləsi dünyanın 20 nəhənginin birgə buraxılışında...

Image


Noyabrın 15-16-da Türkiyənin Antalya şəhərində keçirilən "Böyük İyirmiliyin” (G20) üzvü olan dövlət və hökumət başçılarının Sammiti ilə bağlı xüsusi nəşr buraxılıb. Xüsusi nəşrdə Sammitdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Ümumi strategiyanın formalaşdırılması” məqaləsi dərc olunub. Məqalə "G20”-nin saytında da verilib.

Baki-xeber.com AZƏRTAC-a istinadən həmin məqaləni təqdim edir.

X X X

Dünyanın iqtisadi cəhətdən inkişaf etmiş və inkişafda olan dövlətlərinin birləşdiyi "Böyük İyirmilik” (G20) qlobal dünyanı narahat edən müxtəlif çağırışlara cavab vermək gücünə malik əlverişli platformadır. 2015-ci ildə "G20”-yə Türkiyənin sədrlik etməsi bizim region ölkələri, o cümlədən Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Türkiyə ötən dövrdə həm "Böyük İyirmiliy”in üzvü olan dövlətlər, həm də "G20” ilə digər ölkələr arasında əlaqələrin inkişafına böyük diqqət yetirmiş, qarşılıqlı əməkdaşlıq şəraitində müsbət nəticələr əldə olunmasına sanballı töhfə vermişdir. Son dövrlərdə həyata keçirdiyi uğurlu siyasət nəticəsində Türkiyə dünyanın inkişaf etmiş dövlətlərindən birinə və təsirli güc mərkəzinə çevrilmişdir. Azərbaycan öz strateji müttəfiqinin uğurlarından, onun bölgədə getdikcə sülhün və təhlükəsizliyin əsas qarantlarından biri kimi çıxış etməsindən xüsusi məmnunluq duyur. Azərbaycan həm də bugünkü toplantıda Türkiyənin birbaşa dəvəti ilə tamhüquqlu üzv qismində iştirak edir və buna görə də mən şəxsən Prezident Rəcəb Tayyib Ərdoğana dərin minnətdarlığımı bildirirəm.

Azərbaycan 24 illik müstəqilliyik dövründə özünəməxsus inkişaf yolu keçmişdir. 1995-ci ildə ölkədə demokratik normalara cavab verən yeni Konstitusiya qəbul olunmuş, çoxpartiyalı sistem əsasında parlament formalaşdırılmışdır. Bunun ardınca hüquqi dövlət quruculuğu çərçivəsində hakimiyyətlərin bölünməsi və demokratik idarəçilik təmin edilmiş, həyata keçirilən islahatlar nəticəsində liberal iqtisadi sistem formalaşmış, insan hüquqları, plüralizm, söz və məlumat azadlığı, azad internet bərqərar olmuş, vətəndaş cəmiyyəti institutlarının inkişafına hərtərəfli dövlət dəstəyi göstərilmişdir.

Bu gün Azərbaycan möhkəm daxili sabitliyə, cəmiyyətdə hökm sürən vətəndaş birliyinə və həmrəyliyinə, millətlər və dinlərarası sülhə, tolerantlıq mühitinə, liberal, dayanıqlı və dinamik iqtisadiyyata söykənərək özünün inkişaf modelini dünyaya təqdim edir.

1994-cü ildə Azərbaycanın təşəbbüsü ilə dünyanın qabaqcıl ölkələrini təmsil edən şirkətlərlə Xəzər dənizinin zəngin karbohidrogen ehtiyatlarının hasilatı və dünya bazarlarına ixracı sahəsində "Əsrin kontraktı” imzalanmış, sonrakı mərhələdə isə Avropanın və dünyanın enerji təhlükəsizliyində mühüm rol oynayan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz boru kəmərləri kimi nəhəng enerji layihələri reallaşdırılmışdır. Bu layihələr həm dünya iqtisadiyyatı, həm də Azərbaycanın müstəqil inkişafı üçün mühüm əhəmiyyət daşımış, ölkəmizin beynəlxalq əlaqələrinin möhkəmlənməsində müstəsna rol oynamışdır.


Şaxələndirilmiş iqtisadiyyat

Öz enerji təhlükəsizliyinə nail olan Azərbaycan bu gün başqa ölkələrin etibarlı enerji təminatında mühüm rol oynayır. Hazırda "Cənub” qaz dəhlizi çərçivəsində Türkiyə və avropalı tərəfdaşlarımızla inşasına başladığımız TANAP və TAP kimi transmilli qaz ixracı layihələri vasitəsilə Xəzərin zəngin təbii qaz ehtiyatlarının Avropaya nəqli üzərində ciddi iş aparırıq. "Şahdəniz 2” layihəsinin işlənməsi və Xəzər hövzəsinin zəngin təbii qaz yataqlarının dövriyyəyə buraxılması həm Azərbaycanın bundan sonrakı dövrdə davamlı inkişafını təmin edəcək, həm də Avropanın enerji təhlükəsizliyinə ciddi töhfə verəcəkdir.

Azərbaycan regionda və daha geniş coğrafiyada transmilli kommunikasiya xətlərinin, müasir infrastruktura malik nəqliyyat-tranzit dəhlizlərinin yaradılması işində fəal rol oynayır və artıq demək olar ki, bölgənin nəqliyyat-logistika mərkəzinə çevrilməkdədir. Keçən il istifadəyə verdiyimiz Bakı Beynəlxalq Dəniz Limanı, yaratdığımız müasir beynəlxalq hava nəqliyyatı sistemi və nəhayət, bu il istifadəyə veriləcək Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanı Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin, Avropa-Asiya əlaqələrinin mərkəzi ölkəsinə çevirəcəkdir.

Reallaşdırılan səmərəli iqtisadi siyasətin nəticəsi olaraq son 12 ildə Azərbaycanda ümumdaxili məhsul 3,4 dəfə, qeyri-neft sektoru və sənaye istehsalı 3 dəfə artmış, iqtisadiyyatda qeyri-neft sektorunun çəkisi ildən-ilə yüksəlmiş və 2015-ci ilin səkkiz ayının göstəricilərinə görə 68,4 faizə çatmışdır. Bu, ölkədə iqtisadiyyatın şaxələndirildiyini və neft amilindən asılılığın xeyli azaldığını açıq şəkildə göstərir. 2003-cü ildən ötən dövr ərzində Azərbaycan iqtisadiyyatına 200 milyard dollara yaxın investisiya qoyulmuşdur ki, bunun da mühüm bir hissəsini xarici sərmayə təşkil etmişdir. İqtisadiyyatın ənənəvi sahələri modernləşdirilmiş, ölkədə turizm, kosmik sənaye, müdafiə sənayesi, informasiya-kommunikasiya texnologiyaları və digər yeni istiqamətlər yaradılmışdır. Azərbaycan özünün iki süni peykini orbitə buraxaraq dünyanın kosmik dövlətləri sırasına qatılmışdır.

Azərbaycanda sosial məsələlərin həlli, əhalinin rifahının yüksəldilməsi və məşğulluğunun artırılması dövlət siyasətinin başlıca istiqamətlərindən biri olmuşdur. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində regionlarda minlərlə istehsal obyekti yaradılmış, həmçinin ölkədə 1,4 milyon yeni iş yeri açılmışdır ki, bunun da 1 milyonu daimi iş yeridir. Bu dövr ərzində əhalinin gəlirləri 6,5 dəfə artmış, işsizlik səviyyəsi 4,9 faizə, yoxsulluq isə 5 faizə enmişdir.


Vacib istiqamətlər...

Azərbaycanda ərzaq təhlükəsizliyi məsələsinin həlli, əhalinin əsas ərzaq məhsulları ilə daxili istehsal hesabına etibarlı təminatı prioritet vəzifə kimi müəyyən edilmişdir. Mühüm dövlət proqramlarının qəbul olunması və uğurlu icrası nəticəsində kənd təsərrüfatının davamlı inkişafı təmin edilmiş və ərzaq təhlükəsizliyi sahəsində qarşıya qoyulan vəzifələr əsasən yerinə yetirilmişdir. 2005-2014-cü illərdə Azərbaycanda kənd təsərrüfatı 48,9 faiz, ərzaq məhsulları istehsalı isə 39 faiz artmışdır.

Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması, investorların hüquq və mənafelərinin qorunması, yerli və xarici sahibkarlara əlverişli iş şəraitinin təmin edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, ölkə iqtisadiyyatında özəl sektorun payı 82 faizə yüksəlmişdir. 2002-ci ildən bu günə kimi Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə iş adamlarına 2 milyard dollardan çox güzəştli kredit verilmiş, təkcə 2014-cü ildə bu rəqəm 380 milyon dollar təşkil etmişdir.

Azərbaycanın xarici borcu ümumi daxili məhsulun 10 faizindən bir qədər çoxdur ki, bu da dünyada ən aşağı göstəricilərdən biri hesab olunur. Nüfuzlu beynəlxalq iqtisadi, maliyyə və reytinq mərkəzləri Azərbaycan iqtisadiyyatının davamlı şəkildə inkişafını proqnozlaşdırır, bu məqsədlə həyata keçirilmiş tədbirləri təqdirəlayiq hesab edirlər. Davos Dünya İqtisadi Forumunun 2014-2015-ci illər üçün Qlobal Rəqabətlilik Hesabatına əsasən Azərbaycan rəqabətqabiliyyətlilik indeksi üzrə dünyanın 144 ölkəsi arasında 38-ci yerə yüksəlmişdir.

Azərbaycanda bütün tədbirlər dünya iqtisadiyyatının inkişaf meyilləri nəzərə alınmaqla, konkret proqramlar əsasında və müasir texnologiyalar tətbiq olunmaqla gerçəkləşdirilir. Ölkəmiz həm dünyadakı mövcud innovasiyaları mənimsəyir, həm də ayrı-ayrı sahələri əhatə edən yeniliklərin təşəbbüskarı kimi çıxış edir. Bu mənada Azərbaycanın "brendi” olan Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini və onun tabeliyində yaradılan "ASAN xidmət” mərkəzlərini xüsusi qeyd etmək lazımdır. "ASAN xidmət” dövlət-vətəndaş münasibətlərinə yeni yanaşmanın, ictimai xidmətlərin mütərəqqi modelidir və bürokratik əngəllərin, mümkün korrupsiya hallarının aradan qaldırılmasına olduqca müsbət təsir göstərir. Hazırda "ASAN xidmət” nümunəsi digər ölkələr tərəfindən də yaxından öyrənilir və bu təcrübə geniş yayılır.


Multikulturalizm

Bu gün Azərbaycan beynəlxalq arenada müstəqil siyasət yürüdən, öz prinsipial mövqeyi ilə seçilən, ümumbəşəri problemlərin həllinə dəyərli töhfə verən nüfuzlu ölkə kimi tanınır. Azərbaycan dünya ölkələri və beynəlxalq təşkilatlarla bərabərhüquqluluq, qarşılıqlı etimad, faydalı əməkdaşlıq prinsiplərinə əsaslanan ikitərəfli və çoxtərəfli əlaqələrini daim inkişaf etdirir. Məhz bunun nəticəsidir ki, 2012-2013-cü illərdə Azərbaycan 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının üzvü seçilmiş, dünyada sülhün və təhlükəsizliyin təmin edilməsinə, qlobal problemlərin həllinə öz töhfəsini vermişdir. Ölkə çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi edərək regionda və daha geniş arealda mərkəz statusunu ildən-ilə gücləndirir. 2015-ci ildə ilk Avropa Oyunlarını yüksək səviyyədə təşkil etməklə idman tarixində yeni maraqlı səhifə açan Azərbaycan 2017-ci ildə İslam Həmrəylik Oyunlarını keçirəcəkdir. İki il ərzində bir ölkədə həm Avropa, həm də İslam Həmrəylik oyunlarının təşkil olunması Azərbaycanda multikulturalizm ideyalarının bütün sahələrdə özünü büruzə verdiyini təsdiq edir.

Hesab edirəm ki, müstəqillik illərində Azərbaycanın milli inkişaf strategiyası və inkişaf modeli "G20” üzvləri üçün də maraqlı ola və yeni perspektivlər aça bilər. Əminəm ki, əgər Azərbaycan 24 ildə Ermənistanla müharibə vəziyyətində yaşamasaydı və ərazisinin 20 faizi işğala məruz qalmasaydı, əldə edilmiş uğurların miqyası daha böyük olardı. Nəzərinizə çatdırmaq istərdim ki, həmin ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirilmiş, sosial və iqtisadi infrastruktur, mədəniyyət abidələri dağıdılmış, bir milyondan artıq insan qaçqın və məcburi köçkünə çevrilmişdir. Təəssüf ki, bu dövr ərzində beynəlxalq birlik münaqişənin həlli ilə bağlı qəti iradə nümayiş etdirməmiş, BMT Təhlükəsizlik Şurası başda olmaqla dünyanın aparıcı təşkilatlarının qərar və qətnamələri icra olunmamış, beynəlxalq hüququn tələbləri yerinə yetirilməmişdir.

Bununla yanaşı, hazırda postsovet məkanı, Yaxın Şərq və Afrikada yaranmış münaqişələr, vətəndaş qarşıdurması bu regionların inkişafını təhdid edir, milli iqtisadiyyatların çökməsinə, sosial fəlakətə, şəhər və kəndlərin dağılmasına və böyük qaçqın axınının yaranmasına yol açır. Əlbəttə, sülhü, sabitliyi, təhlükəsizliyi təhdid edən proseslər fonunda istər qlobal, istərsə də regional səviyyədə iqtisadi və maliyyə məsələlərinin tənzimlənməsi mürəkkəb və hətta mümkünsüz görünür. Buna görə də Sammitin gündəliyinə daxil edilmiş məsələlər aktual siyasi proseslər kontekstində nəzərdən keçirilməli, mövcud siyasi böhranların aradan qaldırılması, münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli əməli şəkildə dəstəklənməlidir.

2014-cü ilin ortalarından dünya bazarlarında enerji resurslarının qiymətinin kəskin şəkildə aşağı düşməsi və bu sahədə qeyri-sabit vəziyyətin yaranması ortamüddətli perspektivdə bir çox ölkələri iqtisadi mühitin daha da pisləşməsi, hətta staqnasiya, tənəzzül kimi çağırışlarla üz-üzə qoya bilər. Artıq bəzi ölkələrin nümunəsində bu prosesin ciddi fəsadlara səbəb olduğu müşahidə edilir. Buna görə də dünya enerji bazarında sabitləşdirici addımlar atılmalı, həm enerji ixrac edən, həm də onu idxal edən ölkələr üçün əlverişli durum təmin edilməlidir.

Azərbaycan dünyanın ayrı-ayrı bölgələrinin etibarlı enerji təchizatı, aztəminatlı ölkələrdə ərzaq təhlükəsizliyi probleminin həlli ilə bağlı planları alqışlayır. Azərbaycan ölkələr arasında səmərəli və proqnozlaşdırıla bilən ticarət rejiminin yaradılması, qlobal səviyyədə insanların sosial vəziyyətinin yaxşılaşdırılması, investisiyaların təşviqi, gender bərabərliyi, qadınların məşğulluğunun gücləndirilməsi və digər məsələlərə dair irəli sürülmüş təşəbbüslərə qoşulur, bu istiqamətlər üzrə həyata keçirilməsi nəzərdə tutulan əməli tədbirləri dəstəkləyir.

Paralel şəkildə qlobal iqtisadi böhranın qarşısının alınması məqsədilə reallaşdırılmış tədbirlərin səmərəliliyi qiymətləndirilməli, sabitləşdirici addımların daha da dərinləşdirilməsi, böhrandan sonrakı dövrdə dünya iqtisadiyyatının təhdidlərə qarşı dayanıqlığının yüksəldilməsi və digər məsələlərə dair ciddi müzakirələr aparılmalı və adekvat rəylər yekun sənəddə öz əksini tapmalıdır.

Hesab edirəm ki, "Böyük İyirmiliy”in Antalya Sammitində aparılan müzakirələr və qəbul edilən qərarlar bir çox qlobal məsələlərə dair ümumi strategiyanın formalaşdırılması, hazırda müşahidə olunan problemlərin həlli ilə bağlı real və təsirli tədbirlərin həyata keçirilməsi baxımından əhəmiyyətli olacaqdır.




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

23.11.2026 / 12:09
Paşinyan “topu” erməni xalqına atdı...

23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI

23.11.2026 / 11:43
Ukraynanın gələcəyi ilə bağlı sensasiyalı iddia – Putin NATO modelinə razılaşdı, Donbası tələb edir...

23.11.2026 / 11:27
Çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edildi

23.11.2026 / 11:12
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan etdi

23.11.2026 / 11:07
Astarada saxlanan şəxslərdən 10 kq-dan artıq narkotik aşkarlandı

23.11.2026 / 10:43
Ukrayna Tatarıstandakı neft anbarlarını yenidən vurdu...

23.11.2026 / 10:34
Azərbaycanda ən yüksəkgərginlikli yeni enerji dəhlizi yaradılır

23.11.2026 / 10:29
Ermənistanın yeni Konstitusiya layihəsi açıqlandı – Azərbaycanla sülhə mane olan müddəa çıxarıldı...

23.11.2026 / 10:21
Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçirilir

23.11.2026 / 10:10
Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edildi

23.11.2026 / 09:52
Hörmüz boğazında təhlükəli eskalasiya – İranın gəmilərə hücumları rekord həddə çatdı...

23.11.2026 / 09:39
Trampdan demokratlara sərt ittiham – onların qələbəsi İran daha da aqressivləşdirdi...

23.11.2026 / 09:24
Şəhərdə təmizliyi pozanları bu qədər cərimə gözləyir...

23.11.2026 / 09:02
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

23.11.2026 / 08:46
Lavrov Almaniya müdafiə naziri və britaniyalı siyasətçini “qeyri-adekvat” adlandırdı

23.11.2026 / 08:40
COP31 danışıqları iflasa uğradı - qalıq yanacaqlarla bağlı mübahisə səbəbindən…

22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi - hücumları bərpa edəcəyik...

22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil... İranda qışda elektrik böhranı yaşana bilər...

22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu – hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...

22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi - Yekun sənəd imzalanmadı...

22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb

22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - FOTO

22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb

22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək

22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi

22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”

22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”

22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"

22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi

22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ