Bazar ertəsi günü, 23 noyabr 2026
     

Azərbaycanın "Böyük Qarabağ sazişi" MQ-ni ölü nöqtədən tərpədə biləcək ideya kimi...

Image


Elşən Mustafayev: "Bununla Azərbaycan davamlı danışıqlara hazır olduğunu, ikincisi isə Böyük Sülh Sazişi əsnasında Dağlıq Qarabağ probleminin həllinə çalışdığını ortaya qoyur"

"Bu baxımdan da Azərbaycan tərəfinin yenidən saziş məsələsini qabartması tamamilə doğrudur"

Azərbaycan rəsmi olaraq ATƏT yanındakı nümayəndəliyinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin BMT Daimi Şurasında çıxışına cavab verib. ATƏT-dəki nümayəndəlik həmsədrləri böyük sülh sazişi istiqamətində danışıqlara başlamağa çağırıb. Bildirilir ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının həmsədrlər üçün müəyyən etdiyi mandat və tapşırıqlar əsasında qurulan sülh prosesinin tərəfdarıdır, lakin danışıqlar naminə danışıqlar aparmaq istəmir:
"Biz heç zaman torpaqlarımızın işğalı ilə barışmayacağıq. ATƏT-in bu münaqişənin sülh yolu ilə həllində marağı varsa, bizim nümayəndəlik ATƏT-ə üzv ölkələri və Minsk Qrupunun həmsədrlərini vasitəçilər üçün olan təlimatları nəzərə almağa çağırıb. Birincisi, ATƏT-in Minsk Qrupu həmsədrləri öz fəaliyyətlərini ciddi şəkildə onların mandatını müəyyən edən BMT TŞ-nin müvafiq qətnamələri, 1994-cü il ATƏT Budapeşt sammitinin qərarları və BMT xartiyası əsasında qurmalıdır. İkincisi, həmsədrlər gecikmə olmadan Böyük Sülh Sazişi istiqamətində danışıqlar üzrə səylərini artırmalıdır. Üçüncüsü, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmağa məcbur edilməli və həmsədrlər bu ölkəni sülh maraqları naminə "status-kvo"dan əl çəkməyə məcbur etməlidir. Dördüncüsü, həmsədrlər sülh prosesini inhisara almaq cəhdlərindən və bu prosesin irəli aparılmasına yönəlik təşəbbüslərin qarşısını almaqdan imtina etməlidir. Həmsədrlərin münaqişənin həllinə təşəbbüs göstərən digər beynəlxalq qurumlara və ikitərəfli təşəbbüslərə konstruktiv yanaşmasına ehtiyac var və onların təkliflərinin verdiyi imkanlardan yararlana bilərlər. Həmsədrlər daha da aktivləşməli və danışıqlar prosesinə qarşı olan bütün maneələrin qarşısını almalıdırlar. Beşincisi, Azərbaycanın ərazilərinin işğalının nəticələrini möhkəmləndirmək cəhdləri ilə bağlı narahatlıqlar ATƏT-in Minsk Qrupu və onun həmsədrləri tərəfindən nəzərə alınmalıdır. Çünki oradakı vəziyyət birbaşa olaraq münaqişənin həlli perspektivinə təsir edir. Həmsədrlər Ermənistanı həmin ərazidə təxribatlar törətmək fikrindən yayındırmalıdır, çünki bu, sülh prosesinə zərərlidir".
Bəyanatda deyilir ki, yuxarıda sadalanan çətinliklərə baxmayaraq, Azərbaycanın bu danışıqların nəticə verəcəyi ilə bağlı ümidləri Azərbaycan rəhbərliyinin münaqişənin sülh yolu ilə həlli üçün siyasi iradəsinin olmasını göstərir: "Azərbaycan münaqişənin humanitar, hərbi, siyasi, iqtisadi və sosial nəticələrinin aradan qaldırılması və tez bir zamanda siyasi həllinin tapılmasında ən çox marağı olan tərəfdir. Ölkəmiz 1988-ci ildən didərgin düşmüş bir milyondan çox qaçqın və məcburi köçkünün hüquqlarının bərpasını istəyir. Münaqişə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına riayət olunmaqla həll edilməlidir. Biz heç vaxt torpaqlarımızın işğalı ilə barışmayacağıq. Ermənistan bunu nə qədər tez anlasa, münaqişə o qədər tez həll olunacaq və regiondakı ölkələr bunun verdiyi əməkdaşlıq və iqtisadi inkişafın perspektivlərindən yararlana biləcəklər. Bu kontekstdə biz Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü səbrsizliklə gözləyirik və ümid edirik ki, bu görüş münaqişənin sülh yolu ilə həlli istiqamətində danışıqların irəliləməsi üçün əsas olacaq".
Azərbaycan Milli İstiqlal Partiyasının sədr müavini Elşən Mustafayev qəzetimizə açıqlamasında bildirdi ki, Böyük Sülh Sazişi ilə bağlı məsələdən heç bir əsas gətirmədən ayrılan Ermənistan oldu: "Bu ideya ötən ilin oktyabrın 27-də Fransa prezidenti Fransua Ollandın Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanla Dağlıq Qarabağ münaqişəsinin həllinə dair keçirdiyi görüşdə meydana çıxıb.
Fransua Olland Ermənistan və Azərbaycan prezidentlərini Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsiplərinə hörmət və Minsk qrupu həmsədrləri tərəfindən müəyyən olunmuş təməl prinsipləri əsasında, danışıqlar yolu ilə və davamlı həlli istiqamətindəki səylərini intensivləşdirməyə çağırıb. Həmin vaxt Fransua Olland hər iki ölkənin prezidentlərini aralarındakı fikir ayrılıqlarını üstələmək və öz əhalilərini sülhə hazırlamaq üçün zəruri olan siyasi iradə nümayiş etdirməyə çağırmışdı. O,irəliləyişə nail olmaq üçün Böyük Sülh Sazişinin tərtib edilməsinin başlanmasını təklif etdi. Həmsədrlərin də iştirak etdiyi görüşdə təklif olunan layihəyə dəstək verəcəklərini dedilər. Ancaq nədənsə, Ermənistan bu prosesə maraq göstərməməyə başladı.
Azərbaycanın daim böyük sülh sazişindən danışmasının mənası odur ki, tərəflər sənəd üzərində işə başlasın. Bu doğru yanaşmadır. Bununla Azərbaycan davamlı danışıqlara hazır olduğunu, ikincisi isə, Böyük Sülh Sazişi əsnasında Dağlıq Qarabağ probleminin həllinə çalışdığını ortaya qoyur. Dünyada mövcud olan münaqişələri də bu yolla həll etməyə çalışırlar. Yəni Böyük Sülh Sazişi ideyası yeni bir şey deyil. Böyük Sülh Sazişi "təmas qrupunun" yaradılmasını diqtə edir. Həmin təmas qrupuna qarşı duran tərəflərin nümayəndələri və həmsədrlər daxil edilir. Və bu əsasda bütün tərəflər yekun sənəd üzərində çalışmalara başlayır. Bu baxımdan da Azərbaycan tərəfinin yenidən Saziş məsələsini qabartması tamamilə doğrudur".
Məhəmmədəli QƏRİBLİ
 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

23.11.2026 / 12:09
Paşinyan “topu” erməni xalqına atdı...

23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI

23.11.2026 / 11:43
Ukraynanın gələcəyi ilə bağlı sensasiyalı iddia – Putin NATO modelinə razılaşdı, Donbası tələb edir...

23.11.2026 / 11:27
Çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edildi

23.11.2026 / 11:12
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan etdi

23.11.2026 / 11:07
Astarada saxlanan şəxslərdən 10 kq-dan artıq narkotik aşkarlandı

23.11.2026 / 10:43
Ukrayna Tatarıstandakı neft anbarlarını yenidən vurdu...

23.11.2026 / 10:34
Azərbaycanda ən yüksəkgərginlikli yeni enerji dəhlizi yaradılır

23.11.2026 / 10:29
Ermənistanın yeni Konstitusiya layihəsi açıqlandı – Azərbaycanla sülhə mane olan müddəa çıxarıldı...

23.11.2026 / 10:21
Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçirilir

23.11.2026 / 10:10
Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edildi

23.11.2026 / 09:52
Hörmüz boğazında təhlükəli eskalasiya – İranın gəmilərə hücumları rekord həddə çatdı...

23.11.2026 / 09:39
Trampdan demokratlara sərt ittiham – onların qələbəsi İran daha da aqressivləşdirdi...

23.11.2026 / 09:24
Şəhərdə təmizliyi pozanları bu qədər cərimə gözləyir...

23.11.2026 / 09:02
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

23.11.2026 / 08:46
Lavrov Almaniya müdafiə naziri və britaniyalı siyasətçini “qeyri-adekvat” adlandırdı

23.11.2026 / 08:40
COP31 danışıqları iflasa uğradı - qalıq yanacaqlarla bağlı mübahisə səbəbindən…

22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi - hücumları bərpa edəcəyik...

22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil... İranda qışda elektrik böhranı yaşana bilər...

22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu – hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...

22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi - Yekun sənəd imzalanmadı...

22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb

22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - FOTO

22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb

22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək

22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi

22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”

22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”

22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"

22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi

22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ