Rusiya prezidenti Vladimir Putin G20 zirvəsində şok açıqlama ilə gündəmə gəlib. Baki-xeber.com xəbər verir ki, Putin İŞİD-ə 40 ölkədən maliyyə dəstəyi verildiyini, bu ölkələr arasında hətta G20 üzvlərinin də olduğunu iddia edib.
Bir araya gəldiyi G20 ölkələri liderlərinə İŞİD-in maliyyə kanalları ilə bağlı məlumatlar verdiyini açıqlayan Putin, "həmkarlarıma, terrorçuların qanunsuz neft ticarətinin ölçülərini ortaya qoyan, kosmosdan və təyyarə ilə çəkilən fotoşəkilləri göstərdim. Şəkillərdə görülən neft yüklü konvoyların uzunluğu onlarla kilometrə çatır" – deyə bildirib.