Avstriya da ciddi terror təhlükəsi ilə üzləşib. Hər halda bunu bir ölkə rəsmisinin açıqlamasından da görmək mümkündür.
Baki-xeber.com xəbər verir ki, Avstriya Konstitusiyanı Qoruma və Terrorla Mübarizə Dairəsinin direktoru Peter Grindling ölkə ərazisində 250 silahlı terrorçunun olduğunu bildirib: "Ölkəmizdə 250 silahlı cihadçı olduğunu bilirik. Bu səbəblə Avstriya torpaqlarında hər an Parisdəki hücumların bənzəri yaşana bilər".
Baş nazir Verner Fayman isə koalisiya ortağı və baş nazir köməkçisini, müdafiə naziri, daxili işlər və xarici işlər nazirlərini Baş nazirlik binasına çağıraraq fövqəladə toplantı keçirib. Yığıncaqda strateji bölgələr və insansarın sıx toplaşdığı sahələrin qorunması üçün təhlükəsizlik tədbirlərinin artırılması qərarlaşdırılıb.