İŞİD-dən Albaniya daxili işlər naziri Sami Tahiriyə "Parisdən sonra sıra Tirananındır" yazılı elektron mesaj gəlib.
Baki-xeber.com xəbər verir ki, Sami Tahiri paytaxt Tirandakı Polis Akademiyasını ziyarət etdiyi vaxt İŞİD-in albaniyalılardan ibarət Qırmızı Briqadalar qrupundan təhdid məzmunlu mesaj gəlib. Terrorçulardan nazirə gələn elektron mesajda "Parisdən sonra sıra sizlərin, yəni paytaxt Tirananındır” sözləri yer alıb.
Mesajda Parisdəki hadisə ilə İŞİD-ə qarşı olanlara qarşı döyüşün başladığı da vurğulanır. Mesajda "Sizlər Allahın qarşısında titrəyərək, döyüşü itirəcəksiniz" sözləri də yer alıb.
Mesajı alan nazir Sami Tahiri Albaniya dövlət rəsmiləri ilə görüşüb. Prezident Buyar Nişani isə Albaniya Milli Şurasının toplantısını çağırıb.