şənbə günü, 26 sentyabr 2026
     

"Ərim xəstədir" deyib Trampdan qaçan baş kəşfiyyatçının ciddi səbəbləri var...

Image


Xaqani Cəfərli: "Trampın dəyərlər və ideyalar ətrafında birləşmiş komandası olmadığı üçün komanda üzvlərindən heç kim özünü rahat hiss edə bilmir"

ABŞ-ın Milli Kəşfiyyat Direktoru Tulsi Gabbard 22 may 2026-cı il tarixində istefa verdi. Gabbardın arqumentinə görə, istefanın səbəbi əri Abraham Williamsa çox nadir sümük xərçəngi diaqnozu qoyulmasıdır. Gabbard ailəsinə daha çox vaxt ayırmaq üçün vəzifəsindən ayrıldığını açıqlayıb. O, iyunun 30-da rəsmən vəzifəsini tərk edəcək. Prezident Donald Trump bu istefanı qəbul edib və Gabbarda gördüyü işlərə görə təşəkkürünü bildirib. Müvəqqəti olaraq vəzifəni Aaron Lukas icra edəcək.

Əslində böyük siyasətdə adətən buna bənzər arqumentlər real sayılmır. Çünki böyük siyasətə qoşulanlar qarşıya o qədər böyük hədəflər qoyur ki, ailə üzvləri ilə bağlı hər hansı bir problem onların siyasi qərarları üçün əsas olmur. Görünür ki, bu istefanın siyasi əsasları var - çoxdan deyilirdi ki, Gabbard Trampın İran kampaniyasi ilə razılaşmır. ABŞ kəşfiyyatı bir neçə dəfə Trampın İran kampaniyasının gedişi və və nəticələri ilə bağlı prezidentə xoş gəlməyən mülahizələr ortaya qoyub. Məsələn, Tramp deyirdi ki, İranın hərbi potensialinı məhv etdik, gəmisi qalmayıb və s. Amma ABŞ kəşfiyyatı bəyan edirdi ki, İranın dronlarının da, raketlərinin də əsas hissəsi hələ də qalmaqdadır və s. Yəni ABŞ kəşfiyyati bir neçə dəfə Trampın müharibə zamanı İranın hərbi potensialı ilə bağlı söylədiyi fikirləri, demək olar ki, təkzib edirdi. Belə görünmürmı ki, Trampın İran müharibəsi ilə xanım Gabbard razı deyilmiş və onun istefasının əsas siyasi səbəbi budur?

Tulsi Gabbardın istefası formal olaraq şəxsi səbəblərlə izah olunsa da, Vaşinqton siyasi dairələrində bunun arxasında daha dərin və daha mürəkkəb siyasi motivlərin dayandığı barədə müzakirələr getdikcə güclənir. Rəsmi açıqlamada ərinə nadir sümük xərçəngi diaqnozu qoyulmasının onun qərarında əsas rol oynadığı bildirilsə də, ABŞ kimi böyük gücdə milli təhlükəsizlik sisteminin rəhbərinin istefası adətən yalnız şəxsi səbəblərlə izah olunmur. Xüsusilə də söhbət uzun illər xarici müdaxilələrə qarşı çıxış etmiş, anti-müharibə mövqeyi ilə tanınmış bir siyasətçidən gedirsə, siyasi faktorların da prosesdə ciddi rol oynadığı ehtimalı daha güclü görünür.

Tulsi Gabbard ABŞ siyasətində uzun müddətdir "qeyri-müdaxiləçi" xəttin əsas simalarından biri hesab olunurdu. O, həm Demokratlar Partiyasında olduğu dövrdə, həm də sonradan Tramp administrasiyasında fəaliyyət göstərərkən ABŞ-ın Yaxın Şərqdə apardığı uzunmüddətli hərbi əməliyyatları açıq şəkildə tənqid etmişdi. İraq, Suriya və İran məsələlərində Gabbard daha ehtiyatlı və diplomatik yanaşmanı müdafiə edir, Vaşinqtonun "sonsuz müharibələr" siyasətinin ABŞ üçün strateji və iqtisadi yükə çevrildiyini bildirirdi. Məhz bu baxışlar onun Tramp administrasiyasının son dövrdə sərtləşən İran siyasəti ilə toqquşmasına zəmin yaratdı.

Son aylarda Ağ Evlə ABŞ kəşfiyyat icması arasında İran məsələsində yaranan fikir ayrılıqları artıq açıq şəkildə görünməyə başlamışdı. Prezident Donald Trump dəfələrlə İranın hərbi potensialının böyük ölçüdə məhv edildiyini, ölkənin raket və dron imkanlarının sıradan çıxarıldığını bəyan edirdi. Lakin ABŞ kəşfiyyat qurumlarının hazırladığı hesabatlar fərqli mənzərə ortaya qoyurdu. Həmin qiymətləndirmələrdə İranın raket arsenalının və pilotsuz uçuş aparatları sisteminin əhəmiyyətli hissəsinin hələ də qorunduğu qeyd edilirdi. Bu isə faktiki olaraq Ağ Evin siyasi ritorikası ilə peşəkar kəşfiyyat analizləri arasında ciddi ziddiyyət demək idi.

Belə ziddiyyətlər ABŞ siyasətində yeni olmasa da, Tramp kimi daha sərt və siyasi ritorikaya əsaslanan liderlər üçün kəşfiyyatın fərqli mövqe ortaya qoyması həmişə problem yaradır. Çünki milli təhlükəsizlik məsələlərində prezidentin ictimaiyyət qarşısında verdiyi bəyanatların dövlətin rəsmi kəşfiyyat qiymətləndirmələri ilə ziddiyyət təşkil etməsi administrasiya daxilində etimad böhranına səbəb olur. Gabbardın rəhbərlik etdiyi kəşfiyyat aparatının İran məsələsində daha realist və ehtiyatlı mövqe sərgiləməsi onun Ağ Evdəki mövqeyini zəiflətmiş ola bilər.

Bu gərginliyin təkcə İran məsələsi ilə məhdudlaşmadığı da bildirilir. CNN-in yaydığı məlumatlarda qeyd olunur ki, Tulsi Gabbard İran və Venesuela ilə bağlı bəzi mühüm beynəlxalq müzakirələrdən və təhlükəsizlik toplantılarından kənarda saxlanılıb. Bu isə administrasiya daxilində ona olan etimadın zəiflədiyini göstərən ciddi siqnal hesab olunur. Xüsusilə də milli kəşfiyyat rəhbərinin əsas xarici siyasət müzakirələrindən uzaq tutulması Vaşinqton praktikasında adi hal sayılmır. Bu vəziyyət Gabbardın qeyri-müdaxiləçi baxışlarının Tramp administrasiyasının daha sərt hərbi kursu ilə artıq açıq toqquşmaya girdiyini göstərirdi.

Digər diqqətçəkən məqamlardan biri də Gabbardın Senat Kəşfiyyat Komitəsində İran müharibəsi ilə bağlı keçirilən dinləmələr zamanı nümayiş etdirdiyi mövqe oldu. O, senatorların sərt sualları qarşısında İranın "imminent threat", yəni "dərhal təhlükə" yaratdığını bildirərək Tramp administrasiyasının mövqeyini müdafiə etməyə çalışdı. Lakin maraqlıdır ki, həmin çıxışında ABŞ kəşfiyyat icmasının öz qiymətləndirmələrinə demək olar toxunmadı. Halbuki, əvvəlki hesabatlarda İranın imkanlarının tam sıradan çıxmadığı göstərilmişdi. Gabbardın bu məqamdan yayınması Vaşinqtonda onun artıq ciddi siyasi təzyiq altında olması barədə ehtimalları gücləndirdi.

O, çıxışlarından birində "prezident kimi seçilmiş Trump nəyin təhlükə olub-olmadığını müəyyənləşdirməkdən məsuldur" ifadəsini işlədərək, məsuliyyəti siyasi rəhbərliyin üzərinə yönəltdi. Bu yanaşma isə kəşfiyyat rəhbərinin peşəkar qiymətləndirmədən daha çox, siyasi xətti müdafiə etməyə məcbur qaldığı görüntüsünü yaratdı. Belə bir vəziyyətin uzun müddət davam etməsi isə həm Gabbardın siyasi mövqeyini, həm də administrasiya daxilindəki təsir imkanlarını zəiflədə bilərdi.

Bütün bunların fonunda onun istefasının yalnız ailə məsələsi ilə bağlı olduğunu düşünmək çətin görünür. Əlbəttə, ərinin ağır xəstəliyi real və ciddi faktordur. Lakin böyük siyasətdə şəxsi səbəblər çox zaman siyasi qərarların ictimaiyyətə təqdim olunması üçün daha uyğun və daha az konfliktli forma rolunu oynayır. Xüsusilə də administrasiya daxilində fikir ayrılıqları artıq açıq mərhələyə keçibsə, istefanın şəxsi səbəblərlə əsaslandırılması həm Ağ Ev, həm də istefa verən şəxs üçün ən rahat çıxış yolu hesab edilir.

Tulsi Gabbardın vəziyyətində də görünən odur ki, şəxsi və siyasi faktorlar eyni vaxtda üst-üstə düşüb. O, doğrudan da ailəsinə vaxt ayırmaq qərarı vermiş ola bilər. Amma eyni zamanda İran məsələsində Ağ Evlə dərin fikir ayrılıqları, administrasiya daxilində təcrid olunması və kəşfiyyat qiymətləndirmələrinin siyasi ritorika ilə toqquşması onun vəzifədə qalmasını getdikcə çətinləşdirirdi. Buna görə də istefa həm şəxsi qərar, həm də siyasi zərurət kimi ortaya çıxmış görünür.

Nəticədə, Tulsi Gabbardın istefası ABŞ daxilində yalnız kadr dəyişikliyi kimi deyil, həm də Tramp administrasiyası ilə kəşfiyyat sistemi arasında İran siyasəti ətrafında yaranan ziddiyyətlərin növbəti göstəricisi kimi qiymətləndirilir. Bu hadisə bir daha göstərir ki, ABŞ-da milli təhlükəsizlik qərarları yalnız hərbi strategiyalarla deyil, eyni zamanda siyasi ideologiyalar, şəxsi baxışlar və administrasiya daxilindəki güc balansı ilə də formalaşır.

Politoloq Xaqani Cəfərli məsələ ilə bağlı "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirdi ki, ABŞ-ın Milli Kəşfiyyat Direktoru Tulsi Gabbardın həyat yoldaşına sümük xərçəngi diaqnozu qoyulması istefasının əsas səbəbi kimi göstərilsə də, xanım Gabbardın Trampın komandasında özünü rahat hiss etmədiyi aydın idi: "Ümumiyyətlə, Trampın dəyərlər və ideyalar ətrafında birləşmiş komandası olmadığı üçün komanda üzvlərindən heç kim özünü rahat hiss edə bilmir. Üstəlik, Vens istisna olmaqla, hər kəs hər an istefaya göndərilə biləcəyi qorxusu altındadır. Tulsi Gabbardın Trampla münasibətlərində soyuqluq hiss olunurdu. ABŞ-ın kəşfiyyat orqanlarının hesabatları ilə bağlı mətbuata sızdırılan məlumatlar bunun göstəricisi idi. Belə hadisələr isə Tampla Milli Kəşfiyyat Direktoru Tulsi Gabbard arasında münasibətlərə mənfi təsir edirdi. Ona görə də həyat yoldaşına sümük xərçəngi diaqnozu qoyulması xanım Gabbardın istefa vermək qərarına səbəb olub".

Dəniz NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

25.09.2026 / 15:48
Lənkəranda keçmiş məhkum 14 kq narkotiklə tutuldu

25.09.2026 / 15:36
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi

25.09.2026 / 15:33
Trampın Körfəz ölkələri ilə anti-İran toplantısına Ərdoğan niyə qatılıb?..

25.09.2026 / 15:32
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI

25.09.2026 / 15:31
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verildi

25.09.2026 / 15:16
Hörmüz boğazı 7 gündən sonra açılacaq - İrandan Vaşinqtona yeni təklif...

25.09.2026 / 15:07
Zaqatalada əməliyyat - iranlıdan aldığı narkotiki satarkən yaxalandı...

25.09.2026 / 14:55
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub

25.09.2026 / 14:46
"Azərbaycan Orta Dəhlizin inkişafında mühüm mövqeyə malikdir" - ABŞ səfirliyinin müvəqqəti işlər vəkili

25.09.2026 / 14:30
İkinci Beynəlxalq İnvestisiya Forumunda ölkəmizin regionlar arasında strateji keçid kimi rolu müzakirə olundu

25.09.2026 / 14:25
Rusiya Kiyevdə Ali Ədliyyə Şurasının binasını vurdu… - FOTO

25.09.2026 / 14:12
Dövlət qulluğuna qəbul elə çətinləşdirildi ki, tək-tək adamlara qismət olacaq...

25.09.2026 / 14:02
Zəngəzurun açılması üçün sürətləndirici mexanizmlər işə salınır...

25.09.2026 / 13:59
Xüsusi şərtlərlə pensiyaya çıxan dövlət qulluqçularının pensiyaları dəyişildi

25.09.2026 / 13:45
Ukraynanın dron zərbələri Rusiyanın daha bir neft zavodunu iflic etdi…

25.09.2026 / 13:42
Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradıldı

25.09.2026 / 13:32
Vaşinqton Ukrayna-ABŞ-Rusiya danışıqlarının BƏƏ-də keçirilməsini təklif etdi…

25.09.2026 / 12:58
Bu şəxslərə dövlət qulluğu vəzifəsini tutmaq qadağan edilir...

25.09.2026 / 12:43
Suraxanıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

25.09.2026 / 12:38
"İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır" - Prezident İlham Əliyev

25.09.2026 / 12:29
Prezident: "TRIPP Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək"

25.09.2026 / 12:26
"Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır" - Prezident

25.09.2026 / 12:21
Mikayıl Cabbarov Azərbaycanın iqtisadi inkişafında rol oynayan əsas amilləri açıqladı

25.09.2026 / 12:19
Prezident “Global Infrastructure Partners” şirkətinin rəhbərini qəbul edib - FOTO

25.09.2026 / 12:05
Prezident İlham Əliyev İrakli Kobaxidzeyə zəng etdi

25.09.2026 / 12:03
Prezident 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət etdi

25.09.2026 / 12:02
Prezident İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul edib - FOTO

25.09.2026 / 11:47
Prezident “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib - FOTO

25.09.2026 / 11:34
“Birliyin Gücü – 2026” təlimində aviasiya vasitələri şərti hədəflərə zərbələr endirdi - FOTO/VİDEO

25.09.2026 / 11:21
Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul etdi - FOTO

25.09.2026 / 11:05
Məhkəmə Trampı jurnalistləri Ağ Evə buraxmağa vadar etdi

25.09.2026 / 10:59
Azərbaycanın Mərkəzi Asiyada hərbi təsir gücü də sürətlə artır

25.09.2026 / 10:38
Xəzərdə itkin düşən daha iki qazax hərbçinin meyiti tapıldı...

25.09.2026 / 10:15
Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir

25.09.2026 / 10:02
Formula 2 - Sprint yarışında zəncirvari qəza baş verib

25.09.2026 / 09:10
Azərbaycan və Ermənistan birbaşa dialoqu davam etdirmək barədə razılığa gəldi - FOTO

25.09.2026 / 07:25
Bu dəfə Netanyahunun “radar”ında Nyu-York meridir - qarşılıqlı ittihamlar baş alıb getdi

25.09.2026 / 07:10
Qazaxıstanda hərbi təlimdə faciə - 12 hərbçi Xəzərdə batdı…

25.09.2026 / 06:52
Çin lideri Trampla görüş öncəsi “şərti şumda kəsdi” - həm də 4 şərti…

24.09.2026 / 23:37
İran qonşu ölkələrdəki hava limanlarını bağlamaqla hədələdi - ABŞ-a qoşulsalar...

24.09.2026 / 23:18
“Üç dövlətin taleyi: İngiltərənin Azərbaycan siyasəti (1918–1920)”

24.09.2026 / 22:14
“Azərbaycandan da qaz alacağıq” - Ermənistan TŞ katibi

24.09.2026 / 21:55
Paşinyan hakimiyyəti ilə diaspor arasında ölüm-dirim savaşı başladı

24.09.2026 / 21:32
BMT-də Tramp-Pezeşkian görüşü baş tutmadı...

24.09.2026 / 21:16
İran səfiri Azərbaycanla Ermənistan arasında “real güc balansı” deyilən ziyanlı narrativ verdi...

24.09.2026 / 20:50
Türk dünyasında hərbi təlimə - hələlik 3 dövlət qatıldı - İlham Əliyev tarixi təşəbbüs qaldırdı...

24.09.2026 / 20:33
Milyarder Əlişir Usmanova görə Zelenski Makronu bağışlamayacaq...

24.09.2026 / 20:31
Nazirlər Kabinetində geniş iclas keçirilib

24.09.2026 / 20:16
Naxçıvanın Qızıldağ massivində sovet dövründəki “erməni qəsdi” açılır... Prezident ipucu verdi...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ