şənbə günü, 26 sentyabr 2026
     

İranın idarəçiliyində formal "xaos" - SEPAH mütləq nəzarətçi olaraq qalır...

Image


Bəlli olduğu kimi, İranı onillər boyu bir nəfər – ali rəhbər Əli Xamenei idarə edib. O, fevralın 28-də ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibənin ilk günü öldürülüb. Ekspertlər indi Tehranda qərarvermə prosesinin əvvəlkindən daha mərkəzsizləşdiyini deyirlər. Müctəba Xamenei martın əvvəlində atasının yerinə keçdikdən sonra ictimaiyyət qarşısında hələ də görünməyib. Onun yoxluğunda ölkəni yüksəkvəzifəli İran rəsmilərindən ibarət qrup idarə edir.

Ekspertlərin qənaətinə görə, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) siyasi sistemdə həlledici qüvvəyə çevrilib. İslahatçılar və mötədillər siyasi arenadan sıxışdırılıb, daha sərt xətt tərəfdarlarının hakim olduğu və ideoloji cəhətdən daha qapalı sistem formalaşıb. Bəzi müşahidəçilər bu yeni mərhələni "İslam Respublikası 3.0" adlandırır. Əsas güc mərkəzləri və fiqurların çoxu mövqelərini qorusa da, müəyyən fikir ayrılıqları getdikcə daha çox üzə çıxmağa başlayıb. 56 yaşlı Müctəba Xamenei ali rəhbər kimi bütün dövlət məsələlərində son söz sahibidir. Ancaq onun hakimiyyəti lap əvvəldən nüfuzdan salınıb. Belə ki, Xameneinin ali rəhbər seçilməsi mübahisəli qərar sayılırdı. O, heç vaxt dövlət vəzifəsində çalışmamışdı. Hakimiyyətin irsi olaraq ötürülməsini 1979-cu il İslam İnqilabının monarxiya əleyhinə yönəlmiş fundamental prinsiplərinə zidd sayanlar var idi. Xamenei atasının həlak olduğu hava hücumunda ağır yaralanıb. Onun baş, bel və ayaq nahiyəsindən aldığı yaraların indi tamamilə sağaldığı bildirilir. ABŞ kəşfiyyatının məlumatına görə, Xamenei müharibə strategiyasının hazırlanmasında və Vaşinqtonla sülh danışıqlarının idarə edilməsində mühüm rol oynayır. Əvvəlki ali rəhbər audiomüraciətlər və videoçıxışlarla hər yerdə varlığını göstərirdisə, Müctəbanın bu mənada yoxluğu gözə çarpır. Vaşinqtonda yaşayan iranlı siyasi təhlilçi Əli Əfşari "Radio Fərda"ya bildirib: "İran Əli Xameneinin ölümü və onun 36 illik hakimiyyətinin sona çatmasından sonra yeni bir keçid dövrünə daxil olub. Bu, son dərəcə çətin bir mərhələdir və müharibədən sonrakı qüvvələr balansı proseslərdə həlledici rol oynayacaq”. Sərt xətt tərəfdarı olan nüfuzlu ruhani Hüseyn Taib 2009–2022-ci illərdə SEPAH-ın kəşfiyyat bölməsinə rəhbərlik edib. O, təhlükəsizlik sistemində aparılan genişmiqyaslı struktur islahatları çərçivəsində vəzifəsindən uzaqlaşdırılmışdı. 2009-cu ildə SEPAH kəşfiyyatının rəhbəri təyin olunmazdan əvvəl Taib ölkənin ali rəhbərinin ofisində çalışıb. ABŞ və Avropa İttifaqı daxili repressiyalardakı roluna görə onu sanksiya siyahısına daxil edib. M.Xameneinin ən yaxın adamlarından biri olan Taib İran siyasətinin pərdəarxası əsas fiqurlarından sayılır. Ekspertlərin fikrincə, o, Xameneinin sistem daxilindəki digər güc mərkəzləri və əsas oyunçularla münasibətlərinin idarə edilməsində mühüm strateji rol oynaya bilər.

İran Silahlı Qüvvələrinin elit qanadı olan SEPAH ölkə siyasətində hər zaman mühüm rol oynayıb. Lakin ali rəhbər Əli Xameneinin öldürülməsindən sonra bu qurum İslam Respublikasında əsas dominant siyasi qüvvəyə çevrilib. Baxmayaraq ki, ABŞ və İsrail hərbi elitaya ağır zərbələr endirib və SEPAH-ın baş komandanı Məhəmməd Pakpur qətlə yetirilib, idarəetmə aparatındakı boşluqlar korpus tərəfindən sürətlə doldurulub. Pakpurun müavini, keçmiş daxili işlər və müdafiə naziri Əhməd Vahidi martın əvvəlində SEPAH rəhbərliyinə gətirilib. Ancaq ekspertlər Vahidinin təşkilat daxilindəki rəqib qruplaşmaları vahid cəbhədə birləşdirə biləcək nüfuza və siyasi çəkiyə malik olub-olmadığını hələ də şübhə altına alırlar. Təhlilçilər bildirir ki, müharibə və Ə.Xameneinin ölümündən sonra İranda təhlükəsizliyin ön plana çıxması SEPAH-a ölkənin daxili və xarici siyasətində mərkəzi rol qazandırıb. Fransada yaşayan iranlı siyasi şərhçi Müctəba Nəcəfi "Radio Fərda"ya müsahibəsində bildirib: "Əli Xameneidən sonrakı dövr hələ də qeyri-müəyyəndir. Bircə həqiqət ortadadır: İslam Respublikasının idarə olunmasında SEPAH-ın rolu və gücü durmadan artır". Onun sözlərinə görə, İranın idarəçiliyi, demək olar ki, tamamilə SEPAH-ın əlində cəmləşib. İqtisadi, siyasi, mədəni və ictimai həyatın hərbiləşdirilməsi isə artıq yekun mərhələyə qədəm qoyub. Mühafizəkar siyasətçi və keçmiş hərbçi Məhəmməd Baqir Qalibaf illər boyu İranın ali rəhbərliyi və SEPAH ilə sıx əlaqələr qurub. Onun siyasi karyerası mütəmadi olaraq korrupsiya qalmaqalları və uğursuz prezidentlik kampaniyaları ilə müşayiət olunub. Bununla belə, o, hazırda İslam Respublikasında ayaqda qalan ən güclü fiqurlardan sayılır. Qalibaf həm parlamentin sədri, həm də İranın ABŞ ilə danışıqlarda əsas təmsilçisidir. Ekspertlər Qalibafın ölkədəki müxtəlif hakimiyyət qanadları arasında əsas vasitəçi rolunu oynadığını deyirlər. O, yeni ali rəhbərə yaxın şəxs sayılır. Əvvəllər bu kritik balansı İranın nüfuzlu təhlükəsizlik rəhbəri Əli Laricani təmin edirdi. O, martda öldürüldü. Laricani bir-biri ilə rəqabət aparan siyasi qrupları bir araya gətirən, həmçinin SEPAH, kəşfiyyat strukturları və dini isteblishment ilə sıx əlaqələri olan birləşdirici fiqur idi. Almaniyada yaşayan siyasi təhlilçi Hüseyn Rəzzaq qeyd edir: "Qalibaf həmişə rəhbərliyin ehtiyac duyduqca istifadə etdiyi fiqurlardan biri olub. Digər əsas fiqurlar aradan götürüldükcə, onun sistem daxilində oynadığı rol daha çox ön plana çıxır".

Keçmiş SEPAH komandiri Məhəmməd Baqir Zülqədr Laricaninin yerinə Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri təyin olunub. Laricani çevik və praqmatik siyasətçi kimi tanınırdısa, Zülqədr sərt xətt tərəfdarı olan təhlükəsizlik və hərbi fiqur sayılır. Rəzzaqın fikrincə, generalın bu posta gətirilməsi Xameneinin hakimiyyət rıçaqlarını özünə sadiq adamlar arasında bölüşdürmək cəhdidir. Bu təyinat həm də İranın bütün əsas idarəetmə və güc strukturlarında SEPAH-ın dominantlığını növbəti dəfə nümayiş etdirir. İslahatçı prezident Məsud Pezeşkian ölkədə böyük siyasi çəkiyə malik fiqur hesab olunmur. Sistemdə dominant mövqedə olan sərt xətt tərəfdarları onu təhlükə kimi görmür. Pezeşkianın rolu əsasən inzibati xarakter daşıyır – hökumətin gündəlik fəaliyyətini idarə etməklə məşğuldur. Müharibə və diplomatiya da daxil olmaqla, əsas qərarlar isə birbaşa olaraq ali rəhbərlik və SEPAH mərkəzlərində verilir. Pezeşkian xarici işlər naziri Abbas Əraqçi ilə birlikdə yeni hakimiyyət strukturunda üzdə olan yeganə mötədil və islahatçı siyasətçilərdir. Pezeşkian kimi, Əraqçinin də müstəqil qərarvermə səlahiyyəti yoxdur – o, yuxarının təlimat və göstərişlərini icra edir. Bununla belə, ABŞ ilə pərdəarxası danışıqlarda hər hansı güzəştə qarşı çıxan SEPAH generalları ilə Qərblə diplomatiya tərəfdarı olan Pezeşkian- Əraqçi tandemi arasında fikir ayrılıqları artıq özünü büruzə verməyə başlayıb.

Samirə SƏFƏROVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

25.09.2026 / 15:48
Lənkəranda keçmiş məhkum 14 kq narkotiklə tutuldu

25.09.2026 / 15:36
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi

25.09.2026 / 15:33
Trampın Körfəz ölkələri ilə anti-İran toplantısına Ərdoğan niyə qatılıb?..

25.09.2026 / 15:32
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI

25.09.2026 / 15:31
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verildi

25.09.2026 / 15:16
Hörmüz boğazı 7 gündən sonra açılacaq - İrandan Vaşinqtona yeni təklif...

25.09.2026 / 15:07
Zaqatalada əməliyyat - iranlıdan aldığı narkotiki satarkən yaxalandı...

25.09.2026 / 14:55
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub

25.09.2026 / 14:46
"Azərbaycan Orta Dəhlizin inkişafında mühüm mövqeyə malikdir" - ABŞ səfirliyinin müvəqqəti işlər vəkili

25.09.2026 / 14:30
İkinci Beynəlxalq İnvestisiya Forumunda ölkəmizin regionlar arasında strateji keçid kimi rolu müzakirə olundu

25.09.2026 / 14:25
Rusiya Kiyevdə Ali Ədliyyə Şurasının binasını vurdu… - FOTO

25.09.2026 / 14:12
Dövlət qulluğuna qəbul elə çətinləşdirildi ki, tək-tək adamlara qismət olacaq...

25.09.2026 / 14:02
Zəngəzurun açılması üçün sürətləndirici mexanizmlər işə salınır...

25.09.2026 / 13:59
Xüsusi şərtlərlə pensiyaya çıxan dövlət qulluqçularının pensiyaları dəyişildi

25.09.2026 / 13:45
Ukraynanın dron zərbələri Rusiyanın daha bir neft zavodunu iflic etdi…

25.09.2026 / 13:42
Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradıldı

25.09.2026 / 13:32
Vaşinqton Ukrayna-ABŞ-Rusiya danışıqlarının BƏƏ-də keçirilməsini təklif etdi…

25.09.2026 / 12:58
Bu şəxslərə dövlət qulluğu vəzifəsini tutmaq qadağan edilir...

25.09.2026 / 12:43
Suraxanıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

25.09.2026 / 12:38
"İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır" - Prezident İlham Əliyev

25.09.2026 / 12:29
Prezident: "TRIPP Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək"

25.09.2026 / 12:26
"Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır" - Prezident

25.09.2026 / 12:21
Mikayıl Cabbarov Azərbaycanın iqtisadi inkişafında rol oynayan əsas amilləri açıqladı

25.09.2026 / 12:19
Prezident “Global Infrastructure Partners” şirkətinin rəhbərini qəbul edib - FOTO

25.09.2026 / 12:05
Prezident İlham Əliyev İrakli Kobaxidzeyə zəng etdi

25.09.2026 / 12:03
Prezident 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət etdi

25.09.2026 / 12:02
Prezident İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul edib - FOTO

25.09.2026 / 11:47
Prezident “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib - FOTO

25.09.2026 / 11:34
“Birliyin Gücü – 2026” təlimində aviasiya vasitələri şərti hədəflərə zərbələr endirdi - FOTO/VİDEO

25.09.2026 / 11:21
Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul etdi - FOTO

25.09.2026 / 11:05
Məhkəmə Trampı jurnalistləri Ağ Evə buraxmağa vadar etdi

25.09.2026 / 10:59
Azərbaycanın Mərkəzi Asiyada hərbi təsir gücü də sürətlə artır

25.09.2026 / 10:38
Xəzərdə itkin düşən daha iki qazax hərbçinin meyiti tapıldı...

25.09.2026 / 10:15
Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir

25.09.2026 / 10:02
Formula 2 - Sprint yarışında zəncirvari qəza baş verib

25.09.2026 / 09:10
Azərbaycan və Ermənistan birbaşa dialoqu davam etdirmək barədə razılığa gəldi - FOTO

25.09.2026 / 07:25
Bu dəfə Netanyahunun “radar”ında Nyu-York meridir - qarşılıqlı ittihamlar baş alıb getdi

25.09.2026 / 07:10
Qazaxıstanda hərbi təlimdə faciə - 12 hərbçi Xəzərdə batdı…

25.09.2026 / 06:52
Çin lideri Trampla görüş öncəsi “şərti şumda kəsdi” - həm də 4 şərti…

24.09.2026 / 23:37
İran qonşu ölkələrdəki hava limanlarını bağlamaqla hədələdi - ABŞ-a qoşulsalar...

24.09.2026 / 23:18
“Üç dövlətin taleyi: İngiltərənin Azərbaycan siyasəti (1918–1920)”

24.09.2026 / 22:14
“Azərbaycandan da qaz alacağıq” - Ermənistan TŞ katibi

24.09.2026 / 21:55
Paşinyan hakimiyyəti ilə diaspor arasında ölüm-dirim savaşı başladı

24.09.2026 / 21:32
BMT-də Tramp-Pezeşkian görüşü baş tutmadı...

24.09.2026 / 21:16
İran səfiri Azərbaycanla Ermənistan arasında “real güc balansı” deyilən ziyanlı narrativ verdi...

24.09.2026 / 20:50
Türk dünyasında hərbi təlimə - hələlik 3 dövlət qatıldı - İlham Əliyev tarixi təşəbbüs qaldırdı...

24.09.2026 / 20:33
Milyarder Əlişir Usmanova görə Zelenski Makronu bağışlamayacaq...

24.09.2026 / 20:31
Nazirlər Kabinetində geniş iclas keçirilib

24.09.2026 / 20:16
Naxçıvanın Qızıldağ massivində sovet dövründəki “erməni qəsdi” açılır... Prezident ipucu verdi...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ