şənbə günü, 26 sentyabr 2026
     

Fransa-Yunanıstan-Ermənistan-Hindistan ittifaqı Qafqazda Azərbaycan-Türkiyə tandeminə qarşı...

Image


“Ermənistan ilk Fransa CAESAR artilleriya sistemlərini alıb və bu, sadəcə hərbi təchizat deyil. Bu, Parisin Rusiyanın təsirini zəiflətməyə və Ermənistanı uzunmüddətli təhlükəsizlik tərəfdaşına çevirməyə çalışdığı Cənubi Qafqaza daha geniş Fransa təzyiqinin bir hissəsidir”.

Bu fikirlərin yer aldığı “defense24.com” nəşri yazır ki, Fransa hazırda Moskvanın onilliklərdir dominant mövqe tutduğu bir bölgədə mövqe qazanmağa çalışır.
O da qeyd edilir ki, Fransanın Ermənistana dəstəyi siyasi bəyanatlardan konkret hərbi əməkdaşlığa keçib: “İrəvan Rusiyanın təhlükəsizlik zəmanətlərinin artıq kifayət olmadığını başa düşdü. Moskva formal olaraq Ermənistanda qaldı, lakin bu, Azərbaycanı çəkindirmədi. Bu, Fransanın Ermənistanın suverenliyini və ərazi müdafiəsini dəstəkləməyə hazır olan bir tərəfdaş kimi tez bir zamanda ortaya çıxması üçün siyasi və hərbi fürsət yaratdı. İlk CAESAR sistemləri artıq Ermənistanın əlindədir və Respublika Günü paradında təqdim edilməsi gözlənilir. Yerli xəbərlərdə 36 CAESAR 6x6 sistemi üçün mümkün sifarişdən bəhs olunsa da, çatdırılan sistemlərin dəqiq sayı rəsmi olaraq təsdiqlənməyib. Təchizatların tam həcminin yekun təsdiqi olmadan belə, istiqamət aydındır: Ermənistan Fransa artilleriyasına, Fransa hava hücumundan müdafiə sistemlərinə və Qərb standartlarına doğru irəliləyir. Əgər İrəvan Azərbaycandan gələcək təzyiqin qarşısını almaq istəyirsə, indi yalnız ritorikaya deyil, real imkanlara ehtiyac duyur.
Cənubi Qafqaz getdikcə daha həssas bir bölgəyə çevrilir, çünki bu, birbaşa Rusiya, Türkiyə, İran və Avropanın maraqlarına təsir göstərir. Fransa da Ermənistana daha geniş ittifaq şəbəkəsi vasitəsilə baxır. Paris Yunanıstanla güclü münasibətlər saxlayır və Yunanıstan da öz növbəsində Ermənistanla əlaqələrini gücləndirir. Bu vacibdir, çünki Türkiyə Azərbaycanı dəstəkləyir və Fransanın Qafqazdakı siyasəti qaçılmaz olaraq Fransa-Türkiyə münasibətlərinə təsir göstərir. Praktikada Fransa-Yunanıstan-Ermənistan üçbucağı getdikcə daha çox nəzərə çarpır ki, burada Hindistan da silah təchizatı və siyasi əlaqələr vasitəsilə getdikcə daha vacib rol oynayır”. Burada xatırladaq ki, Emmanuel Makronun dövlət səfəri zamanı Ermənistan və Fransa arasında Strateji Tərəfdaşlıq Bəyannaməsi imzalanıb. Sənəddə, xüsusən də Ermənistan və Fransanın beynəlxalq sülhməramlı missiyalar çərçivəsində, yəni Fransanın dəstəyi ilə, o cümlədən Avropa İttifaqının ümumi təhlükəsizlik və müdafiə siyasəti çərçivəsində ölkənin bu missiyalarda iştirakını genişləndirməklə əməkdaşlığı gücləndirmək niyyətində olduqları bildirilir. Ermənistan və Fransa həmçinin beynəlxalq və regional təhlükəsizlik strukturları çərçivəsində silahlara nəzarət və yayılmama kimi qarşılıqlı maraq doğuran bütün müdafiə məsələləri üzrə əməkdaşlığı dərinləşdirəcək. Bundan əlavə, Ermənistan və Fransa süni intellekt, kibertəhlükəsizlik və yarımkeçiricilər sahəsində əməkdaşlıq; hərbi texnologiyaların inkişafı və müdafiə sistemlərinin tədqiqi və hərbi geyimlərin təchizatı ilə bağlı müqavilələr imzalayıblar. Razılığa əsasən, Ermənistan Fransadan altı hərbi helikopter və xüsusi təyinatlı qüvvələr üçün nəzərdə tutulmuş avadanlıqlar alacaq. Hazırda Ermənistanın hərbi arsenalının 15 faizindən çoxunu Fransadan alınmış texnikalar təşkil edir. Ekspertlərin fikrincə, helikopterlərlə bağlı qərar Ermənistanın bu istiqamətdəki planlarının başlanğıcı ola bilər.

Bundan başqa, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryanın Dehliyə səfəri və Hindistanın hərbi rəhbərliyi ilə keçirdiyi yüksək səviyyəli görüşləri iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Qeyd edək ki, Ermənistan əvvəllər Hindistandan "Pinaka" və "Akash" sistemlərini və "Swathi" radarlarını alıb. Hindistanın rəsmi bəyanatları da təsdiqləyir ki, İrəvan, sadəcə “alıcı” deyil, o, texnologiya transferi və birgə istehsalat proqramlarının fəal tərəfdaşı olmağa can atır. Bu xüsusda müzakirələrin diqqətçəkən hissələrindən biri Hindistanın “Pralay” taktiki raket sistemi ilə bağlıdır. Ermənistan bu silahı əldə etməklə uzaqmənzilli zərbə imkanlarını artırmağı və strateji obyektlərə təzyiq potensialını gücləndirməyi hədəfləyir. Ermənistan Hindistanın uzaqmənzilli “hava-hava” tipli “Astra Mk1” raketinin əldə edilməsini və Su-30SM qırıcılarının modernləşdirilməsini nəzərdən keçirir. İrəvan quru qoşunlarını gücləndirmək məqsədilə Hindistandan ATAGS və MARG kimi artilleriya sistemləri alıb. Hindistan mətbuatının yazdığına görə, Ermənistana dəyəri təxminən 150 milyon ABŞ dolları olan “ATAGS” haubitsaları da tədarük ediləcək. Hətta 155 mm-lik bu topların atış məsafəsinin 48 kilometrə qədər olduğu, dağ döyüş əməliyyatları şəraitində sınaqdan keçirildiyi və hazırda Hindistan ordusunun arsenalına 150 ədəd “ATAGS”ın daxil edildiyi də bildirilir. Bundan başqa, Hindistanın pilotsuz təyyarələri vurmaq üçün hava hücumundan müdafiə sistemləri istehsal edən "Zen Technologies" şirkəti Ermənistanda filial açmaq niyyətindədir. O da sirr deyil ki, Ermənistanın xarici tərfədaşlarının yardımı ilə silahlanması, hərbi sənaye kompleksini gücləndirməsi narahatlıq yaradır. Üstəlik, son illərdə bu ölkədə revanşist əhval-ruhiyyə də kifayət qədər artıb. Bu fonda Azərbaycan Ermənistanın silahlanma sahəsindəki fəaliyyətinə biganə yanaşa bilməz. Bu durumda son illərə qədər Cənubi Qafqazla maraqlanmayan Hindistan indi fərqli siyasət yürüdür. Dehli regiona marağını Azərbaycan, Türkiyə və Pakistanın hərbi-strateji əməkdaşlığı ilə əsaslandırır. Hindistanın regionda mövcudluğu təkcə Ermənistanla hərbi-texniki əməkdaşlıqla məhdudlaşmır. Bu ölkənin hökumətinə yaxın beyin mərkəzi olan “Observer Research Foundation” bir müddət əvvəl diqqətə çatdırmışdı ki, İrəvanla kəşfiyyat sahəsində də sıx əməkdaşlıq həyata keçirilir. Daha əvvəl məlumat yayılmışdı ki, Yunanıstan arsenalında olan Rusiya istehsalı hava hücumundan müdafiə vasitələrini Ermənistana göndərəcək. Qeyd edilir ki, Yunanıstan Silahlı Qüvvələri öz arsenalından Rusiya istehsalı sistemləri çıxarmaq və köhnə sistemləri yeni Qərb texnologiyası ilə tam əvəzləmək niyyətindədir. Bu səbəbdən də, Yunanıstanın Milli Müdafiə üzrə Baş Qərargahı Rusiya istehsalı "S-300", "Tor-M1" və "Osa" sistemlərini Ermənistana göndərəcək. Bunun əvəzində isə Yunanıstan İsraildən təqribən 2 milyard dollar dəyərində yeni sistemlər alacaq. Qeyd edək ki, Ermənistan–Yunanıstan hərbi əməkdaşlıq proqramı Afina və İrəvan arasında təmasları xeyli intensivləşdirib.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

25.09.2026 / 15:48
Lənkəranda keçmiş məhkum 14 kq narkotiklə tutuldu

25.09.2026 / 15:36
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi

25.09.2026 / 15:33
Trampın Körfəz ölkələri ilə anti-İran toplantısına Ərdoğan niyə qatılıb?..

25.09.2026 / 15:32
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI

25.09.2026 / 15:31
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verildi

25.09.2026 / 15:16
Hörmüz boğazı 7 gündən sonra açılacaq - İrandan Vaşinqtona yeni təklif...

25.09.2026 / 15:07
Zaqatalada əməliyyat - iranlıdan aldığı narkotiki satarkən yaxalandı...

25.09.2026 / 14:55
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub

25.09.2026 / 14:46
"Azərbaycan Orta Dəhlizin inkişafında mühüm mövqeyə malikdir" - ABŞ səfirliyinin müvəqqəti işlər vəkili

25.09.2026 / 14:30
İkinci Beynəlxalq İnvestisiya Forumunda ölkəmizin regionlar arasında strateji keçid kimi rolu müzakirə olundu

25.09.2026 / 14:25
Rusiya Kiyevdə Ali Ədliyyə Şurasının binasını vurdu… - FOTO

25.09.2026 / 14:12
Dövlət qulluğuna qəbul elə çətinləşdirildi ki, tək-tək adamlara qismət olacaq...

25.09.2026 / 14:02
Zəngəzurun açılması üçün sürətləndirici mexanizmlər işə salınır...

25.09.2026 / 13:59
Xüsusi şərtlərlə pensiyaya çıxan dövlət qulluqçularının pensiyaları dəyişildi

25.09.2026 / 13:45
Ukraynanın dron zərbələri Rusiyanın daha bir neft zavodunu iflic etdi…

25.09.2026 / 13:42
Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradıldı

25.09.2026 / 13:32
Vaşinqton Ukrayna-ABŞ-Rusiya danışıqlarının BƏƏ-də keçirilməsini təklif etdi…

25.09.2026 / 12:58
Bu şəxslərə dövlət qulluğu vəzifəsini tutmaq qadağan edilir...

25.09.2026 / 12:43
Suraxanıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

25.09.2026 / 12:38
"İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır" - Prezident İlham Əliyev

25.09.2026 / 12:29
Prezident: "TRIPP Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək"

25.09.2026 / 12:26
"Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır" - Prezident

25.09.2026 / 12:21
Mikayıl Cabbarov Azərbaycanın iqtisadi inkişafında rol oynayan əsas amilləri açıqladı

25.09.2026 / 12:19
Prezident “Global Infrastructure Partners” şirkətinin rəhbərini qəbul edib - FOTO

25.09.2026 / 12:05
Prezident İlham Əliyev İrakli Kobaxidzeyə zəng etdi

25.09.2026 / 12:03
Prezident 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət etdi

25.09.2026 / 12:02
Prezident İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul edib - FOTO

25.09.2026 / 11:47
Prezident “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib - FOTO

25.09.2026 / 11:34
“Birliyin Gücü – 2026” təlimində aviasiya vasitələri şərti hədəflərə zərbələr endirdi - FOTO/VİDEO

25.09.2026 / 11:21
Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul etdi - FOTO

25.09.2026 / 11:05
Məhkəmə Trampı jurnalistləri Ağ Evə buraxmağa vadar etdi

25.09.2026 / 10:59
Azərbaycanın Mərkəzi Asiyada hərbi təsir gücü də sürətlə artır

25.09.2026 / 10:38
Xəzərdə itkin düşən daha iki qazax hərbçinin meyiti tapıldı...

25.09.2026 / 10:15
Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir

25.09.2026 / 10:02
Formula 2 - Sprint yarışında zəncirvari qəza baş verib

25.09.2026 / 09:10
Azərbaycan və Ermənistan birbaşa dialoqu davam etdirmək barədə razılığa gəldi - FOTO

25.09.2026 / 07:25
Bu dəfə Netanyahunun “radar”ında Nyu-York meridir - qarşılıqlı ittihamlar baş alıb getdi

25.09.2026 / 07:10
Qazaxıstanda hərbi təlimdə faciə - 12 hərbçi Xəzərdə batdı…

25.09.2026 / 06:52
Çin lideri Trampla görüş öncəsi “şərti şumda kəsdi” - həm də 4 şərti…

24.09.2026 / 23:37
İran qonşu ölkələrdəki hava limanlarını bağlamaqla hədələdi - ABŞ-a qoşulsalar...

24.09.2026 / 23:18
“Üç dövlətin taleyi: İngiltərənin Azərbaycan siyasəti (1918–1920)”

24.09.2026 / 22:14
“Azərbaycandan da qaz alacağıq” - Ermənistan TŞ katibi

24.09.2026 / 21:55
Paşinyan hakimiyyəti ilə diaspor arasında ölüm-dirim savaşı başladı

24.09.2026 / 21:32
BMT-də Tramp-Pezeşkian görüşü baş tutmadı...

24.09.2026 / 21:16
İran səfiri Azərbaycanla Ermənistan arasında “real güc balansı” deyilən ziyanlı narrativ verdi...

24.09.2026 / 20:50
Türk dünyasında hərbi təlimə - hələlik 3 dövlət qatıldı - İlham Əliyev tarixi təşəbbüs qaldırdı...

24.09.2026 / 20:33
Milyarder Əlişir Usmanova görə Zelenski Makronu bağışlamayacaq...

24.09.2026 / 20:31
Nazirlər Kabinetində geniş iclas keçirilib

24.09.2026 / 20:16
Naxçıvanın Qızıldağ massivində sovet dövründəki “erməni qəsdi” açılır... Prezident ipucu verdi...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ