İran lideri Müctəba Xameneinin baş müşaviri və ölkənin aparıcı siyasətçilərindən biri olan Əli Əkbər Vilayəti ABŞ prezidenti Donald Trampın Çinə qarşıdan gələn səfəri ilə bağlı sosial media hesabında diqqət çəkən açıqlama verib.
"Cənab Tramp, hazırkı sakitliyimizdən istifadə edərək əsla Pekinə qələbə ilə girə biləcəyinizi düşünməyin. Əvvəlcə Qərbi Asiyanın yeni geosiyasi nizamının əlifbasını öyrənin" deyən Vilayəti iddia edib ki, Tramp "Pentaqonun hərbi itkilərlə bağlı irəli sürdüyü yalanlara inanaraq" dolayı yolla İranı nüvə silahı ilə hədələyib.
ABŞ-ı müharibədə məğlub etdiklərini iddia edən Vilayəti, ABŞ-ı diplomatik prosesdə qalib gələcəyini düşünməməyə çağırıb.
Tahir TAĞIYEV