İranın Türkiyədə PKK ilə bağlı planları var. Baki-xeber.com xəbər verir ki, bu iddia ilə Suriya Kürd Mütərəqqi Demokrat Partiyasının (PDPK-S) İstanbul nümayəndəsi Ahmed Kasım çıxış edib.
Onun sözlərinə görə, İran PKK-nı dəstəkləyərək Türkiyəni qarışdırmağı planlaşdırır. PKK-nın İrandan dəstək aldığını ifadə edən A.Kasım bildirib ki, son hadisələrdən sonra PKK özünə dəstək tapmaq məcburiyyətindədir: "Yaxşı, kim bu dəstəkçi? O da İrandır. İranlılar və türklərin qarşıdurması keçmiş tarixə əsaslanır. İran PKK ilə oynayıb, ortalığı bir-birinə qata bilər".