Bu fikri "Bakı-Xəbər" media qrupunun rəhbəri, politoloq Aydın Quliyev özünün Facebook səhifəsində yazıb. A.Quliyev daha sonra bildirir:
Paşinyan özü danışdı, Milli Assambleya sədri Simonyan danışdı, indi XİN Mirzoyan danışır. Məzmun belədir - "onların həbsdə saxlanması Bakı ilə sülh prosesinin ruhuna uyğun deyil"....Guya uyğun deyilmiş...Heç şübhə yoxdur ki, Ermənistan hakimiyyəti xalqımıza qarşı ağır cinayətləri məhkəmə ilə sübuta yetirilmiş şəxslərin azad edilməsini Bakı ilə aparılan sülh prosesinin paralel rəsmi istiqamətinə çevirməyə çalışır. Artıq mötəbər və xüsusilə də sülh prosesinin içtirakçısı olan beynəlxalq dairələri də işə cəlb ediblər. Az əvvəl Yerevanda ABŞ vitse-prezidenti Vensə bu məsələnin xüsusi çatdırıldığını və Vensin Bakıda mövzunu necə qaldırdığını gördük. Rəsmi Yerevan ən tezi yayda parlament seçkilərinə qədər, ən geci isə Azərbaycanla sülhə imza atılanadək separatçı canilərin buraxılmasına nail olmağı hədəfləyir...
Ancaq Bakıda ömürlük və 15-20 il iş almış separatçı caniləri tək bir haldan başqa heç cür azad etmək olmaz - qanuni cəza müddətlərini son saatına kimi başa vuranadək....Demək istəmirəm ki, onlar buraxılsa, Azərbaycan üçün böyük təhlükə ola bilər. Xeyr, onlar artıq siyasi meyitə çevrilib. Təhlükə ondadır ki, Ermənistanda Azərbaycana qarşı yeni qisasçı və təcavüzkar qüvvələrin yetişmək təhlükəsi var. Bu təhlükəni nisbətən yavaşıtmağın üsullarından biri isə Bakıdakıları sonadək saxlamaq və Yerevanda "qan qisası" ilə yaşayanlara "yerinizdə sakit oturun, bu aqibəti siz də yaşaya bilərsiniz" mesajı verməkdir...
Mövzunun Bakı-Yerevan sülh prosesinə daxil edilməsinə qəti imkan verilməməlidir..
Şəhidlərin ruhu, qazilərin və hadisə şahidlərinin yaralı qəlbi inciyər....
SAMİRƏ