Ermənistanın radikal müxalifətdəki “Daşnaksütyun” Partiyasının ali orqanının nümayəndəsi İşxan Saqatelyan iddia edir ki, hökumət “Gümrü 2” ssenarisindən qorxur. Ötən il Gümrüdə keçirilən bələdiyyə seçkilərdən sonra müxalifət qüvvələri birləşərək “Vətəndaş Sazişi”nin orada iadərəçiliyi ələ keçirməsinə mane olublar.
Saqatelyan bildirib: "Hakimiyyətin ciddi narahatlıqları və bu narahatlığa səbəbləri var. Müxalifətin vahid səslərinin özlərindən daha çox olacağından narahat olmaqda haqlıdırlar". Son günlər hakim partiya mütəmadi olaraq ikinci prezident Robert Köçəryanın, milyarder iş adamı Samvel Karapetyanın və Çiçəklənən Ermənistan Partiyasının lideri Qaqik Tsarukyanın rəhbərlik etdiyi qüvvələrin birləşib koalisiyada hakimiyyəti ələ keçirməsinə icazə verməyəcəkləri barədə xəbərdarlıq edir. Vətəndaş Sazişi”ndən olan deputat Vaaqn Aleksanyan bildirib: “Qulağınızın dibini görəcəksiiniz, amma “Gümrü 2” əməliyyatını görməyəcəksiniz”. Milli Məclisin sədr müavini Ruben Rubinyan öz növbəsində bildirib: "Rusiyalı oliqarxa və Belarus meylli yerli oliqarxa və Köçəryana ölkəmizin taleyini həll etməyə imkan verməməliyik". İşxan Saqatelyan vəd edir ki, bir neçə həftə ərzində ikinci prezidentin rəhbərlik etdiyi "Hayastan" fraksiyasının tərkibində parlamentə daxil olan “Daşnaksütyun” seçkilərdə hansı ittifaq və baş nazir namizədi ilə iştirak edəcəyini açıqlayacaq: "Düşünürəm ki, bu mənada heç bir böyük sürpriz olmayacaq, amma bu barədə indi danışmaq düzgün olmazdı, yəni rəsmi olaraq düzgün vaxtda təqdim edəcəyik". Daha əvvəl ikinci prezident Robert Köçəryan bildirmişdi ki, sorğular onun yenidən alyansa rəhbərlik edəcəyini, yoxsa başqa bir namizəd olacağını müəyyən edəcək. Digər müxalifət qüvvələri də Gümrüdə baş verdiyi kimi seçkilərdən sonra vahid ittifaqda birləşib-birləşməyəcəklərini açıqlamağa tələsmirlər. Məsələn, Qaqik Tsarukyanın qüvvələri belə bir ehtimalı istisna etmirlər. Tsarukyanın sözçüsü İveta Tonoyan bildirib: “Gəlin seçkilərin nəticələrini gözləyək. Xalqın bizə verəcəyi etimad səsverməsi digər qüvvələrə də veriləcək və buna əsasən hansı proseslərin baş verəcəyini demək mümkün olacaq”. Hakimiyyət "Gümrü 2" ssenarisi ilə bağlı xəbərdarlıq etsə də, digər müxalifət qüvvələri birbaşa birləşmək barədə danışmağa tələsmir və seçki kampaniyasına yeni qüvvələr qoşulur. Bu arada, digər müxalifət qüvvəsi olan "Parlaq Ermənistan" partiyasının lideri Edmon Marukyan "Gümrü 2" məsələsinə şübhə ilə yanaşır: "Gümrü seçkilərindən sonra Vağarşapat seçkiləri keçirildi və orada Gümrü ssenarisini təkrarlamağa cəhd edildi, lakin bu, fiasko və məğlubiyyətlə başa çatdı - heç nə əldə edilmədi".
Nahid SALAYEV