Bütün Ermənilərin Katolikosu II Qaregin məhkəmədə ifadə verməkdən imtina edib. Bu barədə onun vəkili Ara Zöhrabyan jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, cinayət təqibinin məqsədi Yepiskopal Məclisi pozmaq olub.
Zöhrabyan qeyd edib ki, "Bu, Ermənistan tarixində utancverici günlərdən biridir. Belə bir qərar çox dəhşətli nəticələrə səbəb olacaq".
Xatırladaq ki, 14 fevralda prokurorluq Bütün Ermənilərin Katolikosuna qarşı Arman Saroyanla bağlı məhkəmə qərarının icrasına mane olmaq ittihamı ilə cinayət işi açıb. Katolikosun Ermənistanı tərk etməsi qadağan edilib.
SAMİRƏ