Prezident Putin özünə Rusiya Federasiyasında Federal Təhlükəsizlik Xidmətinin (FSB) sorğusu ilə istənilən rabitəni bloklamağa səlahiyyət verən qanunu imzalayıb.
Sənədə əsasən, telekommunikasiya operatorları "prezident qaydaları ilə müəyyən edilmiş hallarda" FSB-dən sorğular aldıqdan sonra xidməti dərhal dayandırmalıdır.
17 fevralda "Rabitə haqqında" Qanuna müvafiq düzəlişləri həm ikinci, həm də üçüncü oxunuşda qəbul edən Dövlət Dumasında düzəlişlərin təqdim edilməsi və səsverməsi isə cəmi iki dəqiqə çəkib.
Maraqlıdır ki, layihənin birinci versiyasında rabitə xidmətlərinin FSB-dən "tələb" alındıqda "prezidentin və hökumətin normativ hüquqi aktları ilə müəyyən edilmiş hallarda vətəndaşları və dövləti yaranan təhdidlərdən qorumaq üçün" dayandırıla biləcəyi əks olunduğu halda, ikinci oxunuşda əhalini "təhlükəsizlik təhdidlərindən" qorumaq bölməsi və hökumətə istinad mətndən çıxarılıb.
Beləliklə, Rusiya Prezidenti 2 dəqiqəyə parlamentdən keçirdiyi qanunla istədiyi vaxt rabitəni dayandırmaq səlahiyyəti əldə edib.
SAMİRƏ