ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişə ilə əlaqədar Rusiyaya tətbiq edilən sanksiyaların müddətinin daha bir il uzadılması barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, Co Bayden administrasiyası tərəfindən 2022-ci ilin fevral ayında, Tramp administrasiyası tərəfindən 2018-ci ildə və Barak Obama administrasiyası tərəfindən 2014-cü ildə tətbiq edilən məhdudiyyətlər daha bir il uzadılıb.
Sənəddə deyilir:“Bu sərəncamlarda nəzərdə tutulan hərəkətlər ABŞ-nin milli təhlükəsizliyi və xarici siyasət maraqları üçün qeyri-adi və fövqəladə bir təhdid yaratmaqda davam edir".
İradə SARIYEVA