Bazar ertəsi günü, 12 oktyabr 2026
     

Zelenskinin Putinlə bağlı “xüsusi niyyəti” var, tapşırıq verdi, Putin isə yayınır...

Image


Abutalıb Səmədov: “Zelenski iki tərəfli görüşə bu cür can atmaqda...”

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinlə şəxsən görüşmək istəyir. Zelenski “Axios”a verdiyi müsahibədə deyib ki, ərazi məsələlərində irəliləyiş əldə etməyin ən yaxşı yolu Putinlə şəxsi görüşdür. O, komandasına liderlərin gələcəkdə Cenevrədə görüşünü təşkil etməyi tapşırdığını söyləyib.

Zelenski öz nümayəndələrinə tapşırıq verib ki, Rusiya ilə növbəti danışıqlarda Putinlə şəxsi görüş məsələsini qaldırsınlar. Zekenski Putinlə üz-üzə görüşə niyə bu qədər can atır? Ancaq məlumdur ki, Putin bu görüşdən qaçır.

“Alyans” SAM-ın sədri Abutalıb Səmədov baki-xeber.com-a bildirdi ki, Ukrayna ilə Rusiya arasında danışıqlar uzun müddət davam edir. Əvvəlcə İstanbulda bir neçə raund görüşlər keçirildi, sonradan Abu-Dabidə oldu, indi də Cenevrədə görüşdülər, danışdılar. “Əvvəlcədən məlum idi ki, bu danışıqlar hələ uzun müddət davam edəcək. Çünki tərəflər arasında fikir ayrılıqları çox ciddidir. Heç kim güzəştə getmək istəmir. Putinin bu məsələdə mövqeyi daha güclüdür, çünki Trampla eyni mövqedən, eyni platformalardan çıxış edirlər. Dəfələrlə bunu bəyan ediblər ki, Rusiya “Ankoriç formulu”na sadiqdir. Bu formul da Alyaska görüşü zamanı Putinlə Tramp tərəfindən razılaşdırılıb. Alyaska görüşündə Rusiya müəyyən qədər öz mövqeyindən çəkildi. Yəni əgər əvvəl Zaparoji və Xersonu inzibati sərhədləri ilə tələb edirdisə indi təmmas xəttində dayanmağa razılıq verib. Təqribən hər iki vilayətin ərazisinin 25 faizindən imtina etməyə razı olduğunu bəyan edib. Ancaq Dombası bütünlüklə istəyir. Tramp da təzyiq göstərərək tələb edir ki, Zelenski onun təklifini qəbul etsin. Ən ağır məsələ də bu ərazi məsələsidir. Zelenski dəfələrlə onu da deyib ki, ərazi məsələsini müzakirə etmək üçün mütləq Putinlə görüşməsinə ehtiyac var. İlk baxışdan bu inandırıcı görünmür. Çünki uzun müddətdir ki, ərazi məsələsində elə bir ciddi irəliləyişə nail olunmayıb. Rusiya “Dombas mənə verilməlidir” deyir. Zelenski “Dombasdan çıxmağa bir şərtlə razıyam ki, o ərazi heç kimin olmasın, orada azad iqtisadi zona yaradılsın” deyir. Onun bu təklifini də Rusiya qəbul etmir, “Dombas heç kimin olmaya bilməz” deyir. Orada Rusiya hərbiçilərinin olmaması təklifini qəbul edir, “ancaq Rusiya polisi mütləq olmalıdır” deyir. Bax, belə çıxılmaz vəziyyət yaranıb. Üstəlik ərazi ilə bağlı razılaşmalar olsa Zelenski bunu referenduma çıxarmaq istəyir. Ukraynada keçirlən müəyyən rəy sorğuları göstərir ki, əhalinin təqribən 60 faizi bu təklifi qəbul etmək fikrində deyil. Təbiidir ki, müharibə gedən ölkədə rəy sorğularının düzgünlüyünə inanmaq o qədər də asan deyil. Bəzən insanlar özlərini vətənpərvər göstərmək üçün də bu cür sorğularda belə cavablar verə bilərlər. O da aydındır ki, Ukrayna xalqı da müharibədən yorulub, işıqsız, istiliksiz yaşamaq, daim raket zərbələri altında qorxu keçirmək təbiidir ki, onları yorub. Ancaq rəy sorğularında göstərilən kimi referendum başa çatsa deməkli, hətta Zelenski ilə Putin razılaşsa da heç bir xeyri olmayacaq. Ancaq iki tərəfli görüşə Zelenski təkid edir. Putin də özünə məxsus tərzdə onu Moskvaya dəvət edir, öz ayağına çağırır, “gəl Moskvada görüşək” deyir. Zelenski də onu Kiyevə dəvət edirdi “qorxmursansa gəl” deyirdi. Yəni bu cür qarşılıqlı müraciətlərlə, bir-birinə bu sayaq münasibətlə təbiidir ki, ən kiçik məsələləri də həll etmək mümkün deyil, nəinki belə ağır bir məsələni həll etmək. Sonuncu dəfə Zelenski Cenevrədə görüşməyi təklif etdi. Bu təklif də qəbul olunmadı. Putin niyə bu görüşdən qaçır? Hesab edir ki, əvvəlcə bu məsələ aşağı səviyyədə razılaşdırılmalıdır, əgər kiçik problemlər qalsa onları görüşüb həll etmək olar. Üstəlik Putin Zelenskini legitim hesab etmir. Çünki Zelenskinin prezidentlik müddəti başa çatıb. Putin iddia edir ki, Ukayna konstitusiyasına görə Zelenskinin müharibə vəziyyətində səlahiyyətinin uzadılması mümkün deyil, parlamentin müddəti uzadıla bilər, ancaq prezidentin səlahiyyəti uzadıla bilməz. Ona görə hətta sülh sazişinin Zelenski tərəfindən imzalanmasını da Putin qeyri-qanuni hesab edir. Bu səbəbdən nə görüşməyə can atır, nə də onunla hər hansı bir sənəd imzalamağa. Hesab edirəm ki, Zelenski iki tərəfli görüşə bu cür can atmaqda haqlı deyil, çünki özü də bilməlidir ki, bu görüşün heç bir nəticəsi ola bilməz. Hətta ola bilsin ki, münasibətlərdə bir az da gərginlik yaradar”.

A.Səmədov qeyd etdiyinə görə, qarşılıqlı nifrət o qədər böyükdür ki, oradan konstruktiv nə isə gözlələmək qətiyyən mümkün deyil. “Bundan piar məqsədilə hər iki tərəf istifadə etməyə, şou göstərməyə çalışacaq. Bu da iki dövlət arasında münasibətləri daha da kəskinləşdirəcək. Bu səbəbdən hesab edirəm ki, bu görüşün baş tutması mümkünsüzdür. Zelenski də təkid etməməlidir. Üstəlik, burada bir başqa problem də var. Zelenskinin danışıqlarda iştirak edən komandasının üzvləri arasında da fikir ayrılığı var. Budanov razılaşma tərəfdarıdır, Yermak əksinə əvvəlki barışmaz mövqedə dayanmağın tərəfdarıdır. Amerika nümayəndələri də dəfələrlə bəyan ediblər ki, Zelenskinin danışıqlarda iştirak edən nümayəndələri onun kimi düşünmürlər. Bu da təbiidir ki, Ukraynanın mövqeyini zəiflədir. Ukraynaya təzyiqlər davam edir, Ukrayna qətiyyətlə bu şərtləri qəbul etməkdən imtina edir. Nə qədər dayana biləcək, uğurlu əməliyyatlar keçirmək mümkün olacaqmı və Rusiyanı kifayət qədər geriyə atmaq, Ukrayna ərazisindən çıxarmaq mümkün olacaqmı? Təbiidir ki, uğurlu əməliyyatlar olsa Ukraynanın danışıqlarda mövqeyi güclənə bilər. Bunu da biz çox arzulayırıq”-deyə A.Səmədov bildirdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ