Cəmiyyətlərdə sosial münasibətlər, siyasi proseslərdən və hakimiyyət strukturlarından qaynaqlanaraq insanların həyat keyfiyyətinə və ümumi rifahına dərin təsir göstərir. Siyasi fəaliyyət hüquqlara hörmət və ümumi mənafenin qorunması prinsiplərinə əsaslanmalı, üstünlük və hökmranlıq deyil, etik dəyərlər və məsuliyyət ilə istiqamətlənməlidir.
Bu sözləri Qvadelupanın Azadlığı Naminə Xalq Birliyinin (UPLG) baş katibi, Beynəlxalq Dekolonizasiya Cəbhəsinin Qvadelupa bölməsi üzrə koordinatoru Jan-Jakob Bisep “Neokolonializm və qlobal bərabərsizlik” mövzusunda keçirilən beynəlxalq konfransda söyləyib.
O bildirib ki, müharibə heç vaxt təcrid olunmuş və ya təsadüfi bir hadisə deyil. O, güc balansının pozulması və uzun müddət toplanmış siyasi gərginliklərin fundamental nəticəsidir. “Fransa Prezidenti Fransua Ollandın da ifadə etdiyi kimi, münaqişə dövrlərində siyasi fəzilət bəzən pis niyyətlərin və ideoloji sapmaların təzyiqi altında sınağa çəkilir. Bu səbəbdən ədalətsiz strukturlaşmalara, bəzi ictimai sistemlərdə mövcud olan istismar və kolonialist miraslara qarşı mübarizəni davam etdirmək vacibdir ki, daha ədalətli və tarazlı cəmiyyətlər qurmaq mümkün olsun”, - deyə Jan-Jakob Bisep qeyd edib.
ZÜMRÜD