Bazar ertəsi günü, 12 oktyabr 2026
     

Azərbaycan-Serbiya münasibətləri möhkəm dostluğa və strateji tərəfdaşlığa əsaslanır

Image


Azərbaycan və Serbiya arasında yaxın tərəfdaşlıq münasibətləri son illərdə yüksələn xətlə davam etməkdədir. Hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri, imzalanan sənədlər, hökumət nümayəndə heyətlərinin görüşləri, biznes-forumların keçirilməsi və digər qarşılıqlı faydalı tədbirlərin reallaşması təmasları daha da dərinləşdirməkdədir. Hər iki dövlət beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən ərazi bütövlüyü və suverenlik məsələlərində hər zaman bir-birini dəstəkləyib, eləcə də parlamentlərarası əməkdaşlığın genişlənməsi dövlətlərarası münasibətlərin inkişafında mühüm rol oynamaqdadır.

Prezident İlham Əliyevin fevralın 15-də Serbiyaya rəsmi səfəri ikitərəfli əlaqələrin daha da irəliyə aparılmasında yeni imkanlar yaradan mühüm siyasi hadisə kimi xarakterizə oluna bilər. Prezident Aleksandar Vuçiç ilə keçirilən təkbətək görüş zamanı tərəflər münasibətlərin mövcud vəziyyətini dəyərləndirib, böyük potensiala malik imkanların daha da inkişaf etdirilməsi üçün birgə vacib addımların atılmasının zəruriliyinə toxunublar.

Belqradda keçirilən Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası tərəflər arasında dərin etimadın və dostluğun bariz nümunəsinin rəmzi olmaqla diqqətçəkən mühüm məqamlarla yadda qalıb. İlk strateji iclasın Serbiyanın milli bayramı - Dövlətçilik Günündə keçirilməsi görüşün əhəmiyyətini və Azərbaycanın Belqrad üçün yaxın dost ölkə olduğunu nümayiş etdirdi.

Prezident Vuçiçin vurğuladığı kimi, Serbiya yalnız az sayda ölkələrlə bu cür formatda görüşlər keçirir, bu baxımdan iclas ikitərəfli münasibətlərimizdə dönüş nöqtəsidir və ölkələrimiz arasında münasibətlərin ən yüksək strateji səviyyəyə qaldırılması üçün birgə siyasi iradənin və qətiyyətin nümunəsidir. “Biz dost ölkə Azərbaycanla ən yaxşı strateji tərəfdaşlığı inkişaf etdirməkdə olduqca israrlıyıq. Biz bu məqsədə doğru gedəcəyik. Dostlara gəldikdə, qarşımıza çətinliklər çıxanda, bəzi məsələlərlə üzləşəndə biz hər zaman onları birlikdə həll edə bilirik. Bu, hər zaman belə olacaq. Arzu edirik ki, dostluq, daha yaxşı münasibətlərin qurulması, qarşılıqlı əlaqələr daha sürətlə və intensiv inkişaf etsin”.

Serbiya ilə qurulmuş möhkəm siyasi əlaqələr Balkan bölgəsindəki bir çox dövlətlər üçün nümunə olacaq səviyyəyə yüksəlib ki, bu da çoxtərəfli əməkdaşlıq formatlarına geniş fürsətlər yaradır. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, iki ölkə arasındakı səmimiyyətin səviyyəsi nümayiş etdirir ki, dostluğumuz haqqında və əməkdaşlığımızı necə gücləndirəcəyimiz barədə danışarkən heç bir sərhədimiz, vaxt məhdudiyyətimiz, heç bir şübhəmiz yoxdur. Bu sağlam və möhkəm bünövrə üzərində Bakı və Belqrad arasında hərbi-texniki əməkdaşlıq, iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, mədəniyyət, idman, turizm və s. sahələrdə münasibətlər daha geniş xarakter alır.

Eləcə də, Balkanlarda, Cənubi Qafqazda və daha geniş regionda vəziyyətin çox sürətlə inkişafı və yeni geosiyasi şərtlərin meydana çıxması hər iki ölkənin bu ssenarilər əsasında fəal dialoqu intensivləşdirmək, fikir və məlumat mübadiləsi apararaq baş verənlərlə bağlı müəyyən təhlillər etmək üçün təmasların dayanıqlılığını təmin etməyi zəruri edir. Strateji Şuranın ilk iclası da bu tələblər nəzərə alınmaqla birgə hədəflərə maksimum dərəcədə çatmaq üçün fəaliyyət ssenarisi hesab edilə bilər.

Prezidentlərin mətbuata bəyanatlarında da əməkdaşlığın yeni istiqamətləri ilə bağlı vacib məsələlərə toxunuldu. Aleksandar Vuçiçin ilk növbədə siyasi-iqtisadi islahatların həyata keçirilməsində Azərbaycan Liderinin unikal idarəetmə kursundan və zəngin təcrübəsindən faydalanmasını etiraf etməsi inkişaf yollarını müəyyən etmək baxımından yaxşı fürsət sayıla bilər. Xüsusilə də, dünyada və Avropada mürəkkəb geosiyasi şəraitin gərginləşdiyi dövrdə Prezident İlham Əliyevlə məsləhətləşmək, ondan bir çox məqamları öyrənmək Serbiyanın milli təhlükəsizliyi və sabitliyi üçün xüsusi əhəmiyyət kəsb edir.

Məhz bu kontekstdən baxdıqda, rəsmi Belqrad öz addımlarını atarkən ölçüb-biçir, regional layihələrdə sabitlik və inkişafa töhfə verəcək proqramlara qoşulmağa çalışır, bunun da töhfəverici nümunəsi təbii ki, Azərbaycanın liderliyi ilə icra edilən layihələrdir.

Cənab Vüçiçin qeyd etdiyi kimi, hazırda ölkənin energetika sistemində yeni infrastruktur modernləşməsinə və etibarlı təchizat blokalarının qurulmasına ciddi ehtiyac yaranıb, elektrik enerjisi təminatında məhdudiyyətləri aradan qaldırmaq üçün qazla işləyən elektrik enerjisi stansiyasının inşası üçün layihə hazırlanıb və 2029-cu ilə bu stansiyanın açılması gözlənilir ki, Azərbaycan Serbiyanın milli enerji sisteminə ən azı 500 meqavatlıq generasiya gücü qatacaq. Azərbaycan, həmçinin 2032-ci ilə qədər əlavə 8 giqavat enerji gücü əldə edərək Avropaya ixrac edəcək ki, bunun bir hissəsi Serbiyanı əhatə edəcək.

Azərbaycan və Serbiya iqtisadi-investisiya mübadilələrini də artırmaq niyyətindədir. Tərəflər arasında daha böyük potensial mövcuddur və praktiki olaraq səfərbər etmək mümkündür. 2012-ci illə müqayisədə təkcə xidmətlər sahəsində ticarət dövriyyəsi 16 dəfə artıb. Azərbaycanın aqrar və qida məhsullarının sərfəli tariflərlə Serbiya bazarlarına ixracı milli sahibkarlar üçün yeni ticarət və ixrac missiyası hesab edilə bilər. Bakı-Belqrad və əks istiqamətdə birbaşa aviareyslərinin açılışının reallaşması isə humanitar təmasların və turizmin inkişafına xüsusi töhfə verəcək.

Prezident İlham Əliyevin xatırlatdığı kimi, ölkələrimiz təkcə siyasi istiqamətdə, beynəlxalq arenada sıx işləmir, eyni zamanda, iqtisadiyyatları, sənayeləri üçün vacib layihələr icra edir. Yeni baxış və yanaşma siyasi, iqtisadi, energetika sahəsində əlaqələrimizi daha da gücləndirmək, beynəlxalq platformalarda, beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmək, birgə sərmayə layihələrini həyata keçirmək, energetika və nəqliyyat sahəsində yeni yaranmış imkanlardan yararlanaraq, daha irəliyə baxaraq çox güclü bir sinergiya yaratmaqdır. Bu sinerjinin bir hissəsi isə Azərbaycanın Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırlaşmasıdır.

Səfər çərçivəsində Prezident İlham Əliyevin və Aleksandar Vuçiçin iştirakı ilə Azərbaycan-Serbiya sənədlərinin mübadiləsi mərasimi isə yeni hüquqi çərçivənin formalaşması baxımından imkanların daha da genişlənməsidir. Qida təhlükəsizliyi, qaz-turbin elektrik stansiyasının layihələndirilməsi və tikintisi, media və kommunikasiya, mədəniyyət, idman və tibbi sığorta sahələrində imzalanmış Memorandumlar müasir əməkdaşlıq gündəliyinin reallaşdırılmasına, o cümlədən enerji sektorunda dayanıqlı təminatlara möhkəm hüquq baza yaradır.

Beləliklə, Azərbaycan Prezidentinin Serbiya rəsmi səfəri dövlətlər arasında siyasi, iqtisadi və humanitar sahələrdə əldə edilən razılaşmalar və müəyyən edilən yeni prioritetlər strateji əlaqələrinin inkişafında yeni mərhələ açacaq.

Ramid Namazov
Milli Məclisin deputatı




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ