Rusiyanın Rostov vilayətinin hakimiyyət orqanları region qubernatorunun imzaladığı fərmana əsasən, kuryer xidmətləri və pərakəndə satış da daxil olmaqla bir neçə əsas sektorda çalışan miqrant işçiləri qadağan edən yeni məhdudiyyətlər tətbiq edib.
Tədbirlər 1 apreldən 31 dekabr 2026-cı il tarixinə qədər qüvvədə olacaq və miqrantların kuryer kimi işləməsini, topdansatış və pərakəndə satış obyektlərində qida, içki və tütün məhsulları satmasını qadağan edəcək.
Çatdırılma və pərakəndə satış işlərindən əlavə, məhdudiyyətlər çərçivəsində miqrantların quru və boru kəməri nəqliyyatında, eləcə də poçt xidmətlərində işləməsi də qadağan ediləcək. 1 martdan etibarən miqrantların qiymətli metallar satması və ya idman salonlarında işləməsi də məhdudlaşdırılacaq.
Bildirilir ki, yeni qaydalar regionun işçi qüvvəsinin əhəmiyyətli bir hissəsinə ciddi təsir edəcək. Hesablamalara görə, hazırda Rostov vilayətində 400 mindən çox sərbəst işləyən kuryer fəaliyyət göstərir, baxmayaraq ki, xarici işçilərin payı Moskva və ya Sankt-Peterburq kimi böyük şəhərlərə nisbətən daha aşağıdır.
Hüquq mütəxəssisləri hesab edir ki, qadağaların yalnız Rusiyanın patent sistemi (Azərbaycan, Moldova, Tacikistan və Özbəkistan kimi ölkələrin vətəndaşları üçün tələb olunan xüsusi icazə) çərçivəsində işləyən miqrant işçilərə təsir edəcək.
Avrasiya İqtisadi Birliyinə üzv dövlətlərin (Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstan) vətəndaşları mövcud müqavilələr çərçivəsində patentsiz işləyə biləcəkləri üçün bu qadağalardan təsirlənməyəcəklər.
TAHİR