İran prezidenti Məsud Pezeşkian İran mediasına bildirib ki, İran və Rusiya arasında münasibətlər güclüdür, çoxsaylı müqavilələr bağlanıb və həyata keçirilir. "İstədiyiniz dəmir yolu marşrutunun inşaası və istismara verilməsi üçün ilin sonuna qədər (İran təqvimində ilin sonu 20 marta təsadüf edir) bu maneələri aradan qaldıracağıq"-deyə Pezeşkian bildirib. Qeyd edilir ki, Şimal-Cənub Nəqliyyat Dəhlizi Avrasiya daxilində ticarət mübadiləsini sürətləndirmək üçün Rusiya, İran, Azərbaycan və Hindistan arasında birgə layihədir.
İRADƏ