Rusiya XİN müavini Mixail Qaluzin bildirib ki, Qərb Ermənistandan Moskva ilə qarşıdurmada geosiyasi mübarizə aləti kimi istifadə edir.
Bu günlərdə Paşinyan “Ermənistanın yürütdüyü xətt Rusiyanın maraqlarına zərər vurmağı nəzərdə tutmur” sözlərinə diqqət çəkən Qaluzin deyib: “Bununla belə, görürük ki, İrəvan Qərb ölkələri və birlikləri ilə hərbi-siyasi və iqtisadi yaxınlaşma templərini artırır. Erməni tərəfdaşlarımıza dəfələrlə demişik ki, Qərb üçün Ermənistan Moskva ilə qarşıdurmada geosiyasi mübarizə alətidir və bunu orada artıq gizlətmirlər".
Bütün bunlara baxmayaraq, Qaluzin deyib ki, Rusiya yenə də Ermənistanı Cənubi Qafqazda Moskvanın təbii müttəfiqi hesab edir.
TAHİR