Ermənistan Prokurorluğu tərəfindən bütün ermənilərin katolikosu II Qareginə qarşı cinayət işi başlanıb.
Vəkil Ara Zoqrabyan qeyd edib ki, Qareginə iş açılması keşiş Arman Saroyanla bağlı məhkəmə aktının icrasına mane olmaq barədə ittihamla əlaqəlidir.
Qareginin ölkədən çıxışına qadağa qoyulduğunu deyən vəkil bildirib ki, bu, Avstriyada keçirilməsi planlaşdırılan yepiskopların görüşünü pozmaq cəhdidir.
TAHİR