Paşinyan bu layihədə Rusiyanı hər iki ölkəyə dost bir ölkə ilə əvəzləmək istəyir... Baş nazir deyib ki, Ermənistanın dəmiryollarına nəzarət edən Cənubi Qafqaz dəmiryolları Cəmiyyətini həm Rusiyaya, həm də Ermənistana dost olan başqa bir ölkəyə vermək daha məqsədəuyğundur.
Baş nazir belə izah edir ki, bir çoxları Naxçıvandan sonra marşrutu Ermənistanın üzərindən davam etdirməyə ehtiyac olmadığını düşünürlər, çünki Ermənistandakı mövcud dəniryolları Rusiyaya məxsusdur. Paşinyanın məntiqinə görə, bu vəziyyətdən çıxış yolu Cənubi Qafqaz, dəmiryollarını 3-cü ölkəyə verməkdir.
Bəs bu ölkə hansı olacaq? Paşinyan konkret ad çəkmir.
Beləliklə, regionda həm Rusiyaya, həm də Ermənistana dost ölkə kimdir? Təbii ki, bu nə Türkiyə, nə Rusiya, nə İrandır. Böyük ehtimalla, Paşinyan Qazaxıstanı nəzərdə tutur. Çünki Qazaxıstan hər iki ölkənin dostu hesab oluna bilər, üstəlik Ermənistan son iki ayda Qazaxıstandan minlərlə ton buğda alıb...
TAHİR