Bazar ertəsi günü, 12 oktyabr 2026
     

Tramp Vensin qarşısında Zəngəzurla bağlı vəzifə qoymuşdu - keçmiş səfirin ehtimalı...

Image


Xaqani Cəfərli: “Trampın xarici siyasətində ən doğru məqam Mərkəzi Asiya və Cənubi Qafqazla istiqamətdir”

Samir Hümbətov: “...Müəyyən mənada nail olub”

Atlantik Şurasının Avrasiya Proqramının direktoru və ABŞ-ın Ukrayna və Özbəkistandakı keçmiş səfiri Con Herbst Armenian News – NEWS.am-ın "Güc Faktoru" proqramında çıxışı zamanı bildirib ki, Trampın həm Orta Asiya, həm də Cənubi Qafqazı uzaqgörənliklə başa düşdüyünü qiymətləndirir və bunu altı ay əvvəl Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Paşinyanla görüşərkən nümayiş etdirib və Amerikanın bölgədə sabit sülhə olan marağını bir daha təsdiqləyib. “Və biz bu istiqamətdə irəliləyiş görürük. Eyni zamanda, o, Cənubi Qafqazda Mərkəzi Asiya, Türkiyə və Avropanı birləşdirəcək bir dəhliz haqqında danışmağa başlayıb.

Bundan əlavə, ötən ilin noyabr ayında o, Mərkəzi Asiya ölkələrinin bütün liderləri ilə görüşdü və ABŞ-ın Orta Dəhlizdə marağını təsdiqlədi. Tramp administrasiyası Tramp Dəhlizini Mərkəzi Asiyaya dəhlizlə birləşdirmək istəyir", - Herbst vurğulayıb.

O qeyd edib ki, Tramp bu ideyaları həyata keçirmək üçün ABŞ vitse-prezidenti Vensi İrəvana və Bakıya göndərib. "Vens hər hansı bir nəticə əldə edib-etmədiyini bilmirəm, amma onun səfəri ən azı bu ideyanı irəli aparır", - deyə ekspert bildirib.

Keçmiş səfir deyir ki Tramp Zəngəzur dəhlizini Mərkəzi Asiyaya qədər olan dəhlizlə birləşdirmək istəyir. O, vurğulayıb ki, ABŞ-ın vitse-prezidenti Ermənistana və Azərbaycana səfəri zamanı Trampın bu istəyinə nail olub olmadığını bilmir. Doğrudan da maraqlıdır, Vens bu səfər zamanı Trampın əsas hədəfini, yəni Tramp marşrutu ilə Mərkəzi Asiyaya gedən dəhlizi birləşdirmək vəzifəsini yerinə yetirmək üçün əhəmiyyətli bir addım ata, bu vəzifənin öhtəsindən gələ bildimi?

Politoloq Xaqani Cəfərli baki-xeber.com-a bildirdi ki, Qərbin beyin mərkəzlərində hesab edirlər ki, ABŞ-ın Mərkəzi Asiya mədən sektorunda iştirak perspektivləri nəqliyyat marşrutları Rusiya və Çinin nəzarətində olduğu müddətdə çox aydın görünmür: “Britaniyanın məşhur S&P Global Platts analitiklərinin hesabatına görə, nəqliyyat marşrutları Rusiya və Çinin nəzarətində olduğu müddətdə ABŞ-ın Mərkəzi Asiyanın mineral mədənlərinə sərmayə qoyması ciddi çətinliklərlə üzləşə bilər. Logistikadan asılılıq Rusiya və İran ətrafında baş verən hadisələr fonunda daha aydın müşahidə olunur. Ona görə nəqliyyat dəhlizləri həyati əhəmiyyət kəsb etməyə başlayır. Lakin burada ciddi problemlər var”.

O, vurğuladı ki, məsələn, Xəzər dənizinin dayazlaşmasına səbəb olan iqlim dəyişikliyi bütün planları təhlükəyə ata bilər. “Yeri gəlmişkən, Xəzər dənizini Qara dənizlə birləşdirəcək kanal bu problemin həlli olmaqla yeni imkanlar yara bilər. Ona görə, rəsmi Bakı Xəzər dənizini Qara dənizlə birləşdirəcək kanal layihəsini gündəmə gətirməlidir.

ABŞ-ın Ukrayna və Özbəkistandakı keçmiş səfiri, Atlantik Şurasının Avrasiya Proqramının direktoru Con Herbstin TRIPP layihəsinin ABŞ və Türkiyə arasındakı münasibətləri gücləndirəcəyi ilə bağlı fikiri doğrudur. Ancaq qənaətimcə, Bakı və Vaşinqtonun diqqəti Cənubi Qafqazın və Xərər hövzəsinin problemlərinə yönəlməlidir. Əgər, Xəzər dayazlaşmaqda davam edərsə TRIPP layihəsinin özü şübhə altına düşə bilər. Və yaxud da Rusiyadan asılılıq daha da güclənə bilər. Halbuki, TRIPP layihəsinin məqsədi Rusiyadan asılılığı aradan qaldırmaq və yaxud da azaltmaqdır.

Con Herbstin Trampın həm Mərkəzi Asiya, həm də Cənubi Qafqazla bağlı uzaqgörən bir anlayışa sahib olduğu fikiri isə həqiqətdir. Qənaətimcə, Trampın xarici siyasətində ən doğru məqam Mərkəzi Asiya və Cənubi Qafqazla istiqamətdir”-deyə X.Cəfərli qeyd etdi.

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov isə baki-xeber.com-a bildirdi ki, Vensin səfəri əsasən Cənubi Qafqazla, xüsusən də Azərbaycan və Ermənistanla bağlı idi. “Çünki Abş prezidenti Tram üçün burada ən önəmli hal Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin paraflanmasından sonra əldə edilən razılaşma idi ki, Tramp marşurtunun hazırlanıb istifadəyə verilməsi mümkün olsun. Əslində bu kəşfiyyat xarakterli bir səfər idi ki, Vens yoxlayırdı, görsün tərəflərin bununla bağlı atdığı addımlar 8 avqust razılaşmasının tələblərinə uyğundur, yoxsa yox. Amma o, gəlib gördü ki, uyğundur. Düşünürəm ki, Amerika tərəfi, xüsusən də Vens bu səfərdən çox razı getdi. Ən azı ona görə ki, tərəflər artıq bir-biri ilə dil tapırlar, danışırlar, Amerika tərəf də bundan məmnundur. Əldə olunan nəticə ABŞ-ın Cənubi Qafqaz maraqlarına uyğundur. Bu birinci şərtdir. İkinci bir məsələ əgər Cənubi Qafqaz məsələsi, konkret desək, Ermənistan Azərbaycan məsələsi tam həll olunduqdan sonra siyasi-iqtisadi əlaqələr bərpa olunub tam başa çatacaqsa bu əslində ABŞ-ın Orta Asiyaya açılan dəhlizinin təmin olunması demək olacaq. Bu kifayət qədər önəmli məsələdir. Bunu da Amerika bilir. Ona görə də düşünürəm ki, ABŞ strategiyasında bu özünü göstərir. Hamısına birdən hökm etmək çətin olacaq deyə məsələyə mərhələli şəkildə yanaşılır, burada Azərbaycan və Ermənistanla razılaşmaları tamamlayıb, onlarla əlaqələri dərinləşdirdikdən sonra artıq Mərkəzi Asiyada öz nüfuzunu həm Çindən, həm də Rusiyadan üstün mövqeyə gətirmək planı üzərində işləyə bilər. Bu səbəbdən də düşünürəm ki, hardasa Tramp administrasiyası buna müəyyən mənada nail olub. Amma təbii ki, praktik olaraq işlər də yekunlaşmalıdır ki, nəticə uğurlu olsun”.

S.Hümbətovun fikrincə, Vensin səfərində istər ikili münasibətlər, istərsə də ümumi maraqlara xidmət edən Zəngəzur dəhlizinin (TRİPP) açılışı olsun, bunlar hamısı öz məntiqi nəticəsini verməkdədir.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ