Bazar ertəsi günü, 12 oktyabr 2026
     

Vensin gəlişi Baydenin anti-Azərbaycan siyasətini bir daha yadlara saldı...

Image


ABŞ vitse-prezidenti Ceyms Devid Vensin Bakıya rəsmi səfəri iki ölkə arasındakı münasibətlərin yeni bir mərhələyə qədəm qoyduğunu göstərdi. Səfər Azərbaycan–ABŞ əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi ilə yadda qaldı və bu, region üçün geosiyasi əhəmiyyət daşıyan hadisə oldu. Vensin səfəri Azərbaycan və ABŞ arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası ilə nəticələndi. Bu sənəd iqtisadiyyat, təhlükəsizlik, enerji, texnologiya və regional əməkdaşlıq sahələrini əhatə edən daha geniş və sistemli əməkdaşlıq çərçivəsi yaradır. Azərbaycan prezidenti İlham Əliyev imzalanan sənədi tarixi əhəmiyyətli addım kimi qiymətləndirdi və bunun iki ölkə arasında münasibətləri yeni müstəvidə inkişaf etdirəcəyini bildirdi.

Səfər çərçivəsində tərəflər təhlükəsizlik əməkdaşlığının genişləndirilməsi barədə razılığa gəldilər. ABŞ vitse-prezidenti bəyan etdi ki, Vaşinqton Azərbaycanla müdafiə sahəsində əməkdaşlığı dərinləşdirmək niyyətindədir və bu istiqamətdə yeni addımlar atılacaq. O, həmçinin ABŞ-ın Azərbaycana sahil və sərhəd mühafizəsi üçün patrul katerləri göndərəcəyini açıqladı ki, bu da ölkənin ərazi sularının qorunmasına dəstək olacaq. Səfər regionda ABŞ-ın rolunun gücləndirilməsi və Cənubi Qafqazda geosiyasi balansın yenidən formalaşdırılması prosesində baş tutdu. Analitiklər hesab edirlər ki, bu səfər yalnız qarşılqlı münasibətlər deyil, həm də regional sülh və əməkdaşlıq təşəbbüslərinin irəliləməsi baxımından mühüm addımdır. Tramp administrasiyası dövründə irəliyə aparılan Azərbaycan-ABŞ münasibətləri Vensin səfəri ilə yeni və keyfiyyətcə daha fərqli mərhələyə daxil oldu. ABŞ-ın Saratoqa Fondunun prezidenti Qlen Hovardın sözlərinə görə, səfər Azərbaycanın ABŞ-dakı mövqeyinin dəyişdiyini, münasibətlərin əlaqələrdən strateji tərəfdaşlığa keçdiyini göstərir. Rusiyalı politoloq Andrey Kortunov Vensin Bakı və İrəvana səfərini şərh edərkən diqqəti bir sıra marqlı məqamlara yönəldor: “Vensin Bakıya səfəri zamanı imzalanmış ABŞ və Azərbaycan arasında Strateji Tərəfdaşlıq Xartiyasına əsasən, Vaşinqton Mərkəzi Asiyanı da əhatə edən Transxəzər Dəhlizi çərçivəsində Azərbaycanla əməkdaşlığa diqqət yetirmək niyyətindədir. Ötən ilin yanvar ayında Bayden administrasiyasının son günlərində İrəvan və Vaşinqtonun Strateji Tərəfdaşlıq Xartiyasını necə imzaladığını xatırlayırıq. Yeri gəlmişkən, Əliyev və Vens Azərbaycanda Trampın təşəbbüsü ilə Bakı-ABŞ hökumətləri arasında Strateji Tərəfdaşlıq Xartiyasını imzaladı. Tramp mövcud boşluğu aradan qaldırmaq və bölgədəki balanslı siyasətini nümayiş etdirmək üçün belə bir xartiya irəli sürüb. Yəni, Ermənistanla strateji tərəfdaşlıq varsa, Azərbaycanla da strateji tərəfdaşlığın olması vacibdir. Azərbaycanla Ermənistanı bir-birinə qarşı qoyan Bayden administrasiyasından fərqli olaraq, Tramp sülhməramlı kimi çıxış etmək istəyirsə, bu yanaşma olduqca başadüşüləndir”.

Kortunovun sözlərinə görə, Bayden demokratik sammitlərini keçirəndə həmişə Paşinyanı dəvət edirdi, Əliyevi isə yox: “Azərbaycan prezidentinin qeyd etdiyi kimi, Bakı və ABŞ arasında münasibətlər Bayden dövründə ən aşağı səviyyəyə düşmüşdü. Trampın Azərbaycana münasibəti tamamilə fərqlidir. Azərbaycan ABŞ-la müsbət münasibətlər saxlayır. Tramp Cənubi Qafqaz məsələsinə müxtəlif dərəcələrdə qarışıb, Azərbaycan üçün milli maraqlarına xələl gətirmədən bu cür əməkdaşlıqdan siyasi və iqtisadi dividentlər əldə etmək faydalıdır. Azərbaycan artıq bunu uğurla həyata keçirir və regional nəqliyyat, logistika və enerji mərkəzinə çevrilir. O, faktiki olaraq artıq bu statusa nail olub və təsirini genişləndirmək niyyətindədir”. Ümumilikdə, Vensin Bakıya səfəri ABŞ-Azərbaycan münasibətlərində tarixi əhəmiyyətli hadisə kimi qiymətləndirilir. Bu səfər yalnız tərəflər arasında yeni əməkdaşlıq formatlarının müəyyənləşdirilməsinə deyil, həm də regionda sabitlik və inkişaf üçün daha geniş strateji əməkdaşlığın formalaşmasına zəmin yaradır. Bu səfər, ilk növbədə, onu göstərir ki, Azərbaycan artıq regionda beynəlxalq tərəfdaşlıqların formalaşmasında etibarlı və söz sahibi olan ölkədir. Səfəri, eyni zamanda, təhlükəsizlik sahəsində tərəfdaşlığın yeni mərhələyə keçidi kimi qiymətləndirmək olar. Terrorizmə qarşı mübarizə, müdafiə sənayesi, kibertəhlükəsizlik və mühüm infrastrukturun qorunması üzrə əməkdaşlığın genişlənməsi Azərbaycanın milli təhlükəsizlik maraqları baxımından mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, süni intellekt, rəqəmsal infrastruktur və Amerika şirkətləri ilə texnoloji əməkdaşlıq istiqamətləri Azərbaycanın gələcək inkişaf modelinin bilik və innovasiyaya əsaslandığını bir daĞha təsdiqləyir. Bu, ölkəmizin enerji sahəsi ilə yanaşı, yüksək texnologiyalar üzrə də regional mərkəzə çevrilməsi hədəfinə tam uyğundur. ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşı Pol Qobl bildirir ki, münasibətlər yeni mərhələyə keçir: “Tərəfdaşlıq Vaşinqton və Bakı arasında münasibətlərin genişləndirilməsi üçün yeni yol açır. Bu genişlənmənin konkret olaraq hansı formada olacağı hələlik dəqiq deyil. Məncə, TRIPP dəhlizinin təşviqinin davam etdirilməsi ilə bağlı öhdəlikdən kənarda, ən mühüm və dərhal diqqətçəkən addım ABŞ-ın Azərbaycana sahil mühafizəsi üçün hərbi-dəniz gəmiləri satmaq planıdır. Bu addım iki ölkə arasında əlaqələri daha da möhkəmləndirəcək”.

Qobl əlavə edib ki, yalnız neft-qaz ölkəsi olması deyil, eyni zamanda strateji coğrafiyada yerləşməsi Azərbaycanın önəmini artırır: “Azərbaycan regional aktor kimi də mühüm əhəmiyyət daşıyır. Onun yürütdüyü siyasət Tramp Administrasiyasının təşviq etmək istədiyi bir çox istiqamətlə üst-üstə düşür. Bunlara İsrail ilə müsəlman ölkələri arasında əlaqələrin gücləndirilməsini misal göstərmək olar”.

Ramil QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ