Bazar ertəsi günü, 12 oktyabr 2026
     

ABŞ və Rusiyanın Ermənistanda “nüvə savaşı” başladı...

Image


Məlum olduğu kimi, ABŞ və Ermənistan mülki nüvə energetikası sahəsində əməkdaşlıq barədə razılığa gəlib. Saziş ABŞ-ın Cənubi Qafqazda vasitəçilik etdiyi sülh razılaşmasından sonra Vaşinqtonun Rusiya ilə ənənəvi yaxın müttəfiq olan Ermənistanla əlaqələri gücləndirmək cəhdləri fonunda imzalanıb.

Xatırladaq ki, razılaşma ABŞ vitse-prezidenti Ceyms Vens və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən təsdiqlənib. Tərəflər ABŞ-ın nüvə texnologiyası və avadanlıqlarının ixracına imkan verən, “123 sazişi” kimi tanınan danışıqların başa çatdığını açıqlayıblar. Vens bildirib ki, saziş ilkin mərhələdə Ermənistana 5 milyard dollara qədər ABŞ ixracının yolunu açacaq, uzunmüddətli perspektivdə isə 4 milyard dollarlıq yanacaq və texniki xidmət müqavilələrini əhatə edəcək. Paşinyan isə bu razılaşmanın Ermənistan–ABŞ enerji tərəfdaşlığında yeni mərhələ olduğunu vurğulayıb. Hazırda enerji təminatında əsasən Rusiya və İrandan asılı olan Ermənistan, köhnəlmiş “Metsamor” AES-in əvəzlənməsi üçün ABŞ, Rusiya, Çin, Fransa və Cənubi Koreya şirkətlərinin təkliflərini nəzərdən keçirir. Rəsmi qərar verilməsə də, yeni saziş ABŞ layihəsinin seçilməsinə üstünlük yarada bilər. Bu addım Ukraynadakı müharibədən sonra bölgədə təsiri zəifləyən Rusiya üçün geosiyasi zərbə kimi qiymətləndirilir. Proses Moskvada böyük qəzəblə qarşılanır. Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Ermənistanla ABŞ arasında iqtisadi və nüvə enerjisi sahəsində əməkdaşlığa dair imzalanan razılaşmalara münasibət bildirərkən deyib: “Ermənistanla Rusiyanı Avrasiya İqtisadi İttifaqı inteqrasiya layihəsi birləşdirir. Çətin ki, kimsə Avrasiya İqtisadi İttifaqının Ermənistanın iqtisadi inkişafının yüksək artım tempinin qorunub saxlanmasında oynadığı rolu mübahisələndirə bilsin”. Peskovun sözlərinə görə, Avrasiya İqtisadi İttifaqının Ermənistanın inkişafındakı rolu göz önündədir: “Ümid edirik ki, bizim əməkdaşlığımız davam edəcək. O ki qaldı Ermənistanın ABŞ ilə nüvə enerjisi sahəsində əməkdaşlığına, bilirsiniz ki, Ermənistanda sovet obyektləri mövcuddur, hansı ki, bunlar əlbəttə ki, sovet, Rusiya dizaynına malik obyektlərdir. Burada sözsüz ki, Rusiya daha çox üstünlüyə, rəqabətə davamlılığa malikdir. Rusiya dünyada nüvə enerjisi sahəsində qabaqcıl ölkələrdən biri kimi beynəlxalq səviyyədə ən yüksək rəqabətə malikdir. Əgər belə bir rəqabətə tərəfdaşın tələbatı olacaqsa... Yəni ki, Rusiya daha az pula uzun illər ərzində yaxşı keyfiyyəti təmin edə bilər”. Belə bir vaxtda Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, Ermənistanda yeni atom elektrik stansiyasının tikintisi Moskva ilə İrəvan arasındakı münasibətlərin gündəliyindəki vacib mövzudur.

O qeyd edib ki, bu məsələ tərəflər tərəfindən müxtəlif səviyyələrdə müntəzəm olaraq müzakirə olunur. Rusiya artıq Ermənistana ətraflı layihə təklifləri paketi təqdim edib və yerli nüvə alimləri işə başlamağa hazırdırlar: “Rosatom”, təbii ki, erməni dostlarımızı nəzərə alaraq, layihəni mümkün qədər tez həyata keçirməyə hazırdır. Etibarlı, sınaqdan keçirilmiş texnologiyaların mövcudluğu, eləcə də tikinti, sonrakı istismar və mütəxəssis təlimi və yenidən hazırlığına ehtiyac da daxil olmaqla cəlbedici maliyyə parametrləri baxımından alternativlər yoxdur”.

Xarici işlər nazirinin müavini həmçinin vurğulayıb ki, Rusiya Ermənistanın enerji təhlükəsizliyinin qarantı kimi məsuliyyətlə xidmət etməyə və respublikanın nüvə sənayesinin inkişafına töhfə verməyə hazırdır. Qaluzin xatırladıb ki , Rusiya və Ermənistan nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi sahəsində geniş əməkdaşlıq təcrübəsinə malikdirlər: “Nüvə alimlərimiz eyni sovet məktəbindəndirlər və bir-birini yaxşı başa düşürlər. Mütəxəssislərimiz hazırda stansiyanın 2036-cı ilə qədər etibarlı və səmərəli işləməsini təmin etmək üçün bir sıra layihələr üzərində işləyirlər”. Bir daha xatırladaq ki, Ermənistanın mövcud atom elektrik stansiyası sovet dövründə tikilib. Onun iki enerji bloku var, lakin yalnız biri işlək vəziyyətdədir və istismar müddəti bu il başa çatır. İrəvan stansiyanın fəaliyyətini daha on il uzatmaqda maraqlıdır. Rusiya Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı analitiki İqor Yuşkov məsələ ilə bağlı qeyd edir: “İlk növbədə, İrəvanın “Rosatom”la uzunmüddətli əlaqələri vacibdir. “Metsamor”dakı hazırkı atom elektrik stansiyası Sovet dövründə sovet layihəsinə uyğun olaraq inşa edilib və SSRİ-nin dağılmasından sonra Rosatom onun texniki xidmətinə cavabdeh olub və istismar müddətini uzadıb. “Rosatom” bu günə qədər Ermənistandakı atom elektrik stansiyasını idarə etməyə davam edir. Dövlət korporasiyamızın Ermənistanda iş təcrübəsi və seysmik təhlükə ilə xarakterizə olunan Cənubi Qafqaz bölgəsində nüvə elektrik stansiyalarının tikintisi və istismar şərtləri barədə ətraflı məlumatı var. Bu baxımdan, Ermənistan Metsamordakı eyni ərazidə və ya yeni bir yerdə yeni bir nüvə elektrik stansiyası tikmək istəyirsə, “Rosatom” ilə əməkdaşlığı davam etdirmək ən yaxşı seçimdir. İqtisadi və texniki baxımdan “Rosatom” ən yaxşı təklifi təklif edir, çünki dövlət korporasiyası stansiyanı Rusiya kreditləri hesabına tikə bilər, halbuki bu, hazırda Türkiyədə “Akkuyu” AES layihəsi ilə həyata keçirilir. Bundan əlavə, tikinti Qərb avadanlıqlarından daha ucuz olan Rusiya avadanlıqları ilə həyata keçirilir. Əlbəttə ki, siyasi səbəblərə görə Rusiya ilə əməkdaşlıqdan imtina etmək və Amerika şirkətləri ilə müqavilələr imzalamaq mümkündür. Lakin əsas sual onların zaman-zaman zəlzələlərin baş verdiyi Ermənistan üçün təhlükəsiz olacaq bir layihə təklif etməyə hazır olub-olmamalarıdır?”. İqor Yuşkov İrəvana xəbərdarlıq da ünvanlayıb: “Ermənistan hökuməti başa düşməlidir ki, amerikalıların Cənubi Qafqazda nüvə elektrik stansiyalarını idarə etmək təcrübəsi olmaması səbəbindən Amerika layihələrinin daha bahalı və həyata keçirilməsi daha çətin olacaq. Buna görə də, modul elektrik stansiyaları ilə bağlı ABŞ ilə dialoq tamamilə siyasi motivlidir. Yeri gəlmişkən, Ermənistanla əməkdaşlığa son qoymaq “Rosatom” üçün əhəmiyyətli itki olmazdı. Hazırda büdcə artıq kəsirdə olduğundan və bu cür layihələr üçün vəsait çatışmazlığı olduğundan xaricdə nüvə elektrik stansiyası tikmək üçün Rusiya krediti götürmək ehtimalı praktik olaraq istisna olunur. Lakin Amerika və digər xarici layihələr ümumiyyətlə kredit maliyyələşdirməsini nəzərdə tutmur: Ermənistan Rusiya ilə ödənişin təxirə salınması barədə danışıqlar apara bilsə də, Qərb layihəyə kommersiya baxımından yanaşacaq və əvvəlcədən ödəniş tələb edəcək”. Onun sözlərinə görə, Amerikanın Ermənistanda modul nüvə elektrik stansiyası tikmək təklifi ilə bağlı hələlik heç bir konkret məlumat yoxdur: “ABŞ-ın konkret olaraq nə təklif etdiyi hələ də məlum deyil. “Rosatom”un vəziyyətində bütün variantlar çoxdan sınaqdan keçirilib. Əgər İrəvanın böyük bir bloka ehtiyacı varsa, onda xarici dizaynlar üçün standart olan VVER-1200 var - o, Rusiyada Novovoronej AES-də, Belarusda iki belə blok fəaliyyətdədir və bu, Türkiyədəki “Akkuyu” atom elektrik stansiyasında tikilmiş blokdur. İstənilən yerə gedib blokun necə işlədiyini və hətta Türkiyədə necə tikildiyini görə bilərsiniz. Daha kiçik bloklara ehtiyac varsa, onlar Hindistanda tikilir və siz onları da görə bilərsiniz. Bəs Amerika təklifində hansı modul reaktorlardan və modul elektrik stansiyalarından danışılır? Bu, bir çox sual doğurur. “Rosatom”un mini-AES üçün təklifi var - onlar nüvə buzqıran gəmiləri üçün quru konfiqurasiyasında olan RITM-200 enerji bloklarından istifadə etməklə tikilir. İlk belə mini-AES Özbəkistanda tikiləcək və o, həmçinin yoxlama üçün də mövcud olacaq. Blok ümumiyyətlə tanınsa da, onlar nüvə buzqıran gəmilərində seriyalı şəkildə quraşdırılır və geniş əməliyyat təcrübəsi toplanıb. Ermənistana kiçik bir zavod lazım olarsa, belə bir layihəni sifariş edə bilər. Ermənistanın ABŞ ilə danışıqlarına gəldikdə isə, hələlik kommersiya səviyyəsində heç bir əlaqə olmayıb və yalnız siyasi bəyanatlar verilir”.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ