Bazar ertəsi günü, 12 oktyabr 2026
     

“Putin Trampla razılaşıb Avropanın üstünə yeriyir” - Lavrov səbəbsiz danışmaz...

Image


Abutalıb Səmədov: “Rusiyanın Avropaya münasibətdə səsləndirdiyi bəyanatlar təbiidir ki, Trampı qane edir, razı salır”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Fransanı Afrikada "arzuolunmaz hökumətləri devirməyə çalışmaqda" günahlandırıb. Paris hökumətinin terror təşkilatlarına güvəndiyini iddia edən Lavrov, Fransa prezidenti Makronu hədəfə alıb. Lavrov həmçinin Avropanı da diqqətdən qaçırmayıb və bildirib ki, Avropa Rusiyanın gözündə etibarını tamamilə itirib.

Strateji sabitliyin pozulduğunu deyən Lavrov, Avropa siyasətçilərinin Rusiyaya qarşı ittihamlarına sərt reaksiya verib: “Poltava, Stalinqrad, bütün bunlar Avropa siyasətçilərinin yeni nəsli tərəfindən unudulub”.

Avropa ilə münasibətlərə gəldikdə isə, o, açıq şəkildə bildirib ki, Moskvadan bu istiqamətdə hər hansı bir işarə və ya təşəbbüs olmayacaq: “Bunu istəyirlərmi? Yenidən düşünəcəklər. Zəhmət olmasa, bizimlə əlaqə saxlayın. Biz də bu istəkləri maraqlarımıza uyğun olaraq qiymətləndirəcəyik".

O, "təhdidlər və şantajların Rusiyanın siyasətinə təsir etməyəcəyini" bildirib.

Lavrov deyib ki, Avropanın ağlı başına gəlib və indi bizə siqnal göndərməyə çalışırlar. Liderlər səviyyəsində əlaqələrə gəldikdə isə, o deyib ki, Putinlə birbaşa əlaqə saxlayan heç bir dünya lideri rədd cavabı almayı".

Göründüyü kimi, Rusiya təkcə Fransanı hədəfə almayıb, bütövlükdə Avropanın üzərinə hücuma keçib.

Rusiya bəyan edir ki, Avropa tərəfə baxmayacağıq, lazım olsa qapımıza gəlsinlər danışaq, biz bir daha onlar tərəfə baxmayacağıq, onları saymayacağıq.

Ola bilərmi ki, Rusiya ilə ABŞ, Putinlə Tramp arasında Avropaya qarşə təzyiq göstərməklə bağlı bir razılaşma olsun? Bu mümkündürmü ki, Putin Trampdan bunun icazəsini alsın və bu barədə Trampla razılaşsın ki, Avropaya qarşı müəyyən bir müddət belə aktiv siyasət aparacaq? Yoxsa Rusiya nəyə arxayın olub Avropanın üstünə belə hücum edir?

“Alyans” SAM-ın sədri Abutalıb Səmədov baki-xeber.com-a bildirdi ki, 2022-ci ilin fevralında Kremldə Makronla görüşdükdən sonra mətbuat konfransında Putin Rusiyanın NATO ilə müharibə etmək gücünün kifayət qədər olmadığını, yəni NATO-nun Rusiyadan güclü olduğunu bəyan etdi. “Putin “biz bunu bilirik” dedi və NATO qarşısında Rusiyanın gücsüzlüyünü etiraf etdi Ancaq Trampın seçilməsindən sonra ABŞ-ın NATO-ya münasibətdə tutduğu mövqe Şimali Atlantika blokunu xeyli zəiflətdi. Məlum oldu ki, NATO-da güman edilən birlik yoxdur və üstəlik ABŞ-ın Tramp açıq şəkildə onu da bəyan etdi ki, indiyə qədər NATO müqaviləsinin 5-ci maddəsi düzgün şərh olunmayıb. Bu günə qədər hamı elə bilirdi ki, NATO-nun bir üzvünə qarşı müharibə digər üzvlərin də hərbi əməliyyatlara aktiv qoşulması ilə nəticələnəcək. Bu da təbiidir ki, NATO-nu cəlbedici edirdi. Elə Ukraynanın da, Gürcüstanın da NATO-ya üzv olmaq istəklərinin kökündə bu dayanırdı ki, əgər Rusiya onların ərazisinə hücum etsə NATO üzvlərinin hamısı onlarla çiyin-çiyinə vuruşacaqlar. Ancaq Tramp izah etdi ki, həmin maddədə bir yerdə vuruşmaq nəzərdə tutulmayıb. Hər hansı bir yardım da həmin maddənin tələblərinə əməl etmək kimi qiymətləndirilməlidir. Yəni NATO-nun bir üzvünə olan hücum digər hər hansı bir üzv tərəfindən müəyyən məhdud miqdarda silahların göndərilməsi ilə məhdudlaşa bilər, bu da 5-ci maddənin tələblərinə əməl etmək kimi qiymətləndiriləcək. Burada ehtiyac yoxdur ki, NATO-nun hər hansı bir üzvünə olan hücuma cavab olaraq yerdə qalan 31 dövlət də onunla birlikdə hərbi əməliyyatlara qoşulsun, ordu hissələri göndərsin və rəqibə qarşı birgə vuruşsunlar. Bu da təbiidir ki, NATO-nu xeyli zəiflətdi. Hətta Avropada özlərinin ordusunu yaratmaq məsələləri müzakirə olunmağa başladı. ABŞ olmadan NATO-nu gücləndirmək barədə müzakirələr keçirilməyə başladı. Təbiidir ki, bud a Rusiyanın əl-qolunu açdı. Rusiya anlayır ki, ABŞ olmadan NATO-nun elə bir gücü yoxdur, bu güc monolit deyil. NATO-nun 32 üzvü arasında Macarıstan kimi kifayət qədər müstəqil siyasət yeritməyə çalışan dövlət də var. Türkiyə kimi Avropa ölkələri ilə kifayət qədər gərgin münasibətləri olan, ancaq böyük hərbi potensiala malik dövlət də var. Bu da təbiidir ki, Rusiyanı şirnikləndirib və NATO üzvü olan Avropa ölkələrinə hədə-qorxular göndərməyə cəsarət verib”.

A.Səmədov qeyd etdi ki, Trampın prezident seçilməsinə qədərki dövrdə NATO-nin Avropadan olan üzvləri hərbi xərclərini təqribən ümumdaxili məhsulun 1 faizi səviyyəsində müəyyən etmişdilər. A.Səmədovun sözlərinə görə, Tramp əvvəlcə 2 faiz səviyyəsində olmasını tələb etdi, 2035-ci ildə isə hərbi büdcənin 5 faiz səviyyəsində müəyyənləşməsi qərara alınıb. A.Səmədov bildirdi ki, NATO-nun baş katibinin düşüncəsinə görə, ABŞ olmadan əgər Avropa öz ordusunu yaratmaq istəyirsə hərbi xərclər ümumdaxili məhsulun 10 faizindən az olmamalıdır. “Buna Avropanın iqtisadi imkanları yoxdur. Ukrayna müharibəsi də Avropa üçün kifayət qədər probelmlər yaradıb. İndi Ukraynanın xərclərinin bütün ağırlığı Avropanın üzərinə düşür ki, onlar da bu xərcləri ödəməkdə ciddi şəkildə çətinlik çəkirlər. Bu səbəbdən vaxt qazanmağa çalışırlar və Ukryana ilə Rusiya arasındakı sülh razılaşmasını mümkün qədər uzatmaq istəklərini gizlətmirlər. Rusiya da Avropanı sülh sazişi qarşısında əsas maneə sayır. Çünki Trampla Alyaskada razılaşmışdılar, Avropa ölkələri müdaxilə etdikdən sonra Tramp müəyyən qədər bu razılaşmalardan uzaqlaşmaq qərarına gəldi. Lavrov da öz müsahibəsində dönə-dönə “Ankoriç formulu”nu xatırladır və həmin formula sadiq olduqlarını deyir. Tramp nəyin bahasına olursa olsun yaxın 1-2 ayda sülhə nail olmaq istəyir. Ondan sonrakı dövrdə də seçkilərə hazırlaşmaq və Konqresə olan seçkilərdə mümkün qədər yaxşı nəticə əldə etmək istəyir. Buna da əsasən mane olan Avropa ölkələridir. Bu baxımdan təbiidir ki, Tramp Avropa dövlətlərindən çox narazıdır. Üstəlik, onların həm Qrelandiya məsələsində tutuqları mövqe, həm Sülh Şurasında iştirak etməkdən imtina etmələri Trampı təbiidir ki, qəzəbləndirib. Çox güman ki, bu narazılığını Putinlə müzakirələrdə də dilə gətirib. Ancaq Putinlə Tramp arasında bu barədə hansısa razılaşmanın olduğunu və Trampın istəyi ilə Rusiyanın bu cür bəynatlar verdiyini söyləmək çox çətindir. Rusiyanın Avropaya münasibətdə səsləndirdiyi bəyanatlar təbiidir ki, Trampı qane edir, razı salır. Çünki bu Trampa imkan verir ki, Avropaya yerini göstərsin və Avropanın öz gücünü real qiymətləndirməsinə imkan versin. Üstəlik o da nəzərə alınmalıdır ki, Avropa dövlətləri artıq Putinlə danışıqlar aparmağın yollarını axtarmağa başlayıblar və Makron belə bir arzusunun olduğunu bildirib. Digər Avropa dövlətləri də Putinlə danışıqların vacib olduğunu söylətyirlər. Bu da çox ciddi dəyişiklik sayılmalıdır. Avropa Rusiyadan çəkinir və açıq şəkildə başa düşür ki, Rusiyaya qarşı ABŞ olmadan Avropanın dayanması asan olmayacaq. Rusiya da and-aman edir ki, onun belə bir fikri yoxdur, yalnız ona qarşı hücum olarsa Avropadan olan işğalçılara kəskin cavab veriləcək və bu Ukraynadakı kimi xüsusi hərbi əməliyyat olmayacaq. Ancaq Avropada da yaxşı anlayırlar ki, bu cür təxribatlar sayəsində Rusiya kifayət qədər təcrübəlidir və özü hücum edib asanlıqla iddia edə bilər ki, o Avronanın hücumuna əks-hücumla cavab verir. Yəni təcavüzkar o deyil, Avropa ölkələridir və Rusiya da onlara cavab vermək məcburiyyətində qalıb. Bu baxımdan Avropa ilə Rusiya arasında kifayət qədər gərgin münasibətlər var”.

A.Səmədovun fikrincə, yaxın vaxtlarda Rusiyanın növbəti müharibəyə başlaması üçün kifayət qədər yoxdur. O, vurğuladı ki, Avropa ölkələrinin hərbi potensialının Rusiyadan nə qədər az olsa da iqtisadi gücləri Rusiyadan dəfələrlə çoxdur, bu Rusiya üçün də çox ağır nəticələrə gətirib çıxara bilər. A.Səmədov qeyd etdi ki, Ukrayna müharibəsi onsuz da Rusiyanı kifayət qədər yaralayıb, zəiflədib, 1 milyon 200 mindən artıq insan sıradan çıxıb və yenidən böyük bir hərbi əməliyyata, böyük bir müharibəyə girmək Rusiyanın imkanları xaricindədir. “Bunu Rusiyada yaxşı anlayırlar. Çox güman ki, Avropa liderlərinin Kremldə aparacaqları danışıqlar münasibətləri müəyyən qədər nizama salmağa imkan verəcək, gərginlik azalacaq. Ola bilsin ki, bundan da Ukrayna ziyan çəkəcək”-deyə A.Səmədov vurğuladı.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ