İsrail Baş naziri Benyamin Netanyahunun Rusiya Prezidenti Putin vasitəsilə İrana çatdırdığı mesaj bölgədə müharibə ehtimalını yenidən ön plana çıxarıb.
Netanyahunun göndərdiyi mesajda İsrailin İrana hücum etmək niyyətində olmadığı bildirilib. Ancaq bununla belə İsrail hökuməti, İranın hücuma məruz qalacağı qorxusu ilə qabaqlayıcı zərbə endirə biləcəyi ehtimalını nəzərdən keçirir. Təl-Əviv, İranın İsrailə qarşı raket hücumunu qabaqlayıcı bir addım nəzərdə keçirə biləcəyindən narahatdır. Yerli xəbərlərə görə, İsrail qüvvələri daxildə təhlükəsizlik səviyyəsi artırıb.
Məlumata görə, Netanyahunun mesajında İsrailə hücum ediləcəyi təqdirdə cavabın çox sərt olacağı barədə İrana açıq bir xəbərdarlıq yer alıb. Birbaşa hücum niyyətini inkar edən Təl-Əviv qisas təhdidini masada saxlayır. İsrail müdafiə mənbələri, İrandan gələ biləcək "səhv hesablama" və ya "kritik səhv" ehtimalına qarşı ordunun yüksək hazırlıq vəziyyətində olduğunu bildirir. Hava hücumundan müdafiə sistemləri və erkən xəbərdarlıq mexanizmləri aktiv saxlanılır.
Məlumata görə, İsrail hökuməti ABŞ-ın dəstəyi ilə İrandan gələcək hər hansı potensial qabaqlayıcı hücuma sərt cavab hazırlayır.
Bir neçə gün əvvəl ABŞ Prezidenti Donald Tramp İran hökumətinin etirazçılara qarşı güc tətbiq edəcəyi təqdirdə ABŞ-ın müdaxilə edəcəyini söyləmişdi: "Əgər İran, həmişə olduğu kimi, dinc etirazçıları güllələyərək öldürərsə, ABŞ onların köməyinə gələcək".
Tahir TAĞIYEV