Prezident İlham Əliyev bu gün yerli televiziyalara müsahibəsində vəzifələrə təyin olunmuş yeni kadrlardan da çox məzmunlu danışdı. İstisna etmədi ki, Prezidentin səlahiyyətli nümayəndələri institutu bütün Azərbaycanı əhatə edə bilər.
Bu mənada cənab Prezident Naxçıvana təyin olunmuş səlahiyyətli nümayəndənin etimadı doğrultmadığını tam açıq mətnlə dedi...Və onun vəzifəsindən azad edildiyini çox əsaslı qərar kimi bildirdi.
Heç şübhəsiz ki, burada Prezident İlham Əliyev Naxçıvanın keşmiş səlahiyyətli nümayəndəsi Fuad Nəcəflini nəzərdə tutdu. Prezident İlham Əliyev birbaşa olmasa da, tam aydın mətnlə Fuad Nəcəflinin və digərlərinin fəaliyyəti haqqında bir çox mənbələrdən məlumat alaraq qərar verdiyini açıqladı.
Tahir TAĞIYEV