çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Trampın dolaşıq oyunları - ABŞ kiminlə müharibəyə hazırlaşır?..

Image


ABŞ-ın Avropa ölkələrindən 2027-ci ilə qədər müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmaq tələbi transatlantik təhlükəsizlik memarlığında yeni mərhələnin başlandığını göstərir.

Vaşinqton təkcə maliyyə yükünün bölüşdürülməsini yox, həm də Avropanın raket istehsalı, kəşfiyyat məlumatlarının toplanması və müdafiə sənayesinin genişləndirilməsi kimi vacib sahələrdə daha böyük rol oynamasını istəyir. Bu tələb, xüsusilə son üç ildə Avropanın müdafiə qabiliyyətlərini istənilən səviyyədə artırmaması ilə bağlı ABŞ-ın narazılığı fonunda səslənir. Məlumata görə, ABŞ bu tələblərin yerinə yetirilməməsi halında NATO-nun bəzi müdafiə mexanizmlərində öz iştirakını məhdudlaşdıra biləcəyini açıq şəkildə bildirib ki, bu da 75 illik ittifaq tarixində nadir hallarda rast gəlinən sərt xəbərdarlıqdır.

Bu yanaşma Vaşinqtonun son illərdə apardığı “məsuliyyətin yenidən bölüşdürülməsi” siyasətinin davamıdır. ABŞ uzun illərdir ki, NATO çərçivəsində Avropanın təhlükəsizliyinin əsas yükünü daşıyır: kəşfiyyat məlumatlarının 70-80%-i, hərbi loqistikanın böyük hissəsi və yüksək texnoloji silah sistemlərinin təminatı ABŞ tərəfindən qarşılanırdı. Avropa isə, xüsusilə 1990-cı illərin sonundan bəri müdafiə xərclərini minimum səviyyəyə endirərək sosial, iqtisadi və enerji sektorlarına prioritet verib. Bu qeyri-bərabərlik Ukrayna müharibəsi fonunda daha da qabarıq göründü. Avropanın ən böyük dövlətləri belə - Almaniya, Fransa, İtaliya - müharibənin ilk ilində sursat çatışmazlığı, istehsal gücünün zəifliyi və hərbi sənaye kompleksinin yavaş reaksiya verməsi ilə üzləşdilər.

ABŞ-ın yeni tələbləri Avropa üçün təkcə iqtisadi məsələ deyil, həm də siyasi seçimdir. Çünki 3-5% müdafiə xərcləri yalnız dövlət büdcələrində milyonlarla deyil, yüz milyardlarla avroluq xərclərin artması deməkdir. Bu isə sosial təminat, səhiyyə, təhsil kimi sahələrdə sərt kəsintilər və ictimai narazılıq risqi yaradır. Xüsusilə Belçika, Hollandiya, İspaniya kimi ölkələr artıq açıq şəkildə bildirirlər ki, belə sürətli artım real və ya siyasi cəhətdən mümkün deyil.

Reallıq budur ki, Avropa ölkələrinin müdafiə qabiliyyəti və təhlükəsizlik prioritetləri regiondan regiona ciddi şəkildə fərqlənir. Baltikyanı ölkələr və Şimali Avropa dövlətləri, yəni Rusiya təhlükəsini birbaşa hiss edən region ABŞ-ın çağırışlarına ən fəal reaksiya verənlərdir. Bu ölkələr xərcləri artırmağa hazırdır və ABŞ-ın NATO-dan qismən çəkilməsini öz təhlükəsizlikləri üçün ən böyük risq kimi qəbul edirlər. Polşa və Rumıniya kimi Şərqi Avropa dövlətləri də Vaşinqtonun tələblərinə daha yaxın mövqedədir, çünki onlar üçün NATO təkcə kollektiv təhlükəsizlik mexanizmi deyil, həm də ABŞ-la ikitərəfli strateji əməkdaşlıq vasitəsidir.

Lakin Qərbi Avropada vəziyyət fərqlidir. Almaniya illərlə aparılan aşağı səviyyəli müdafiə xərcləri siyasətinin nəticələrini indi aradan qaldırmağa çalışsa da, iqtisadi tənəzzül və siyasi parçalanma fonunda sürətli dəyişiklik etmək çətindir. Fransa isə daha çox Avropa mərkəzli müdafiə sisteminin qurulmasını istəyir və ABŞ-dan tam asılılıqdan uzaqlaşma xəttini müdafiə edir. Cənubi Avropanın böyük bir hissəsi isə yüksək borc yükü və sosial mükəlləfiyyətlər səbəbindən ABŞ-ın istədiyi dramatik artımı həyata keçirə biləcək durumda deyil.

Bu mənzərə Avropanın öz daxilində də parçalanma risqini artırır. Əgər bəzi ölkələr ABŞ-ın tələblərinə cavab verib müdafiə xərclərini sürətlə artırsa, digərləri buna siyasi və iqtisadi səbəblərlə qarşı çıxa bilər. Bu, NATO daxilində “iki sürətli təhlükəsizlik sistemi”nin formalaşmasına gətirib çıxara bilər: bir tərəfdə ABŞ-a tam bağlı və yüksək hərbi xərclər aparan ölkələr, digər tərəfdə isə maliyyə məhdudiyyətləri və fərqli geosiyasi baxışları olan dövlətlər dayanacaq.

ABŞ-ın siyasi kursunda Tramp administrasiyasının rolu xüsusi qeyd edilməlidir. Trampın yanaşması ənənəvi transatlantik diplomatiyadan fərqlənir - onun təhlükəsizlik anlayışı daha çox biznes məntiqinə söykənir: “Kim ödəyirsə, qorunacaq”. Bu, Avropada ciddi narahatlıq yaradır, çünki ABŞ uzun illər Avropa ölkələri tərəfindən nəinki müttəfiq, həm də təhlükəsizliyin təminatçısı kimi qəbul edilib. Trampın diskursu isə Avropanı seçim qarşısında qoyur: ya daha çox məsuliyyət götürmək, ya da ABŞ-ın istehkam rolunun zəifləməsi ilə barışmaq.

Əslində Tramp siyasəti ABŞ-ın qlobal strategiyasının daha dərin transformasiyasını əks etdirir. Vaşinqton artıq Avropanı əsas prioritet görmür. Diqqətin böyük qismi Asiya-Sakit okean regionuna, xüsusilə də Çinlə rəqabətə yönəlib. Çünki Çin iqtisadiyyatının son illər sürətli inkişafı ABŞ-ı ciddi narahat edir, onu dünyada özünə 1 nömrəli rəqib hesab edir. ABŞ-ın hazırkı siyasəti bəlkə də Cinlə qarşıdurmaya hazırlığın bir hissəsidir. Vaşinqton Avropanın yükünü çiynindən atmaqla əlavə hərbi potensial əldə etmək istəyir. Bu o deməkdir ki, ABŞ Avropada yükü azaltmaq və resurslarını Asiyaya yönəltmək niyyətindədir.

NATO-nu dağıtmaq yox, onu “yenidən bölüşdürülmüş məsuliyyət modeli”nə keçirmək istəyir.

Bu prosesin gələcək perspektivlərinə gəlincə, ən real gözlənti NATO-nun dağılması deyil, onun dəyişməsidir. Avropa istəsə də, istəməsə də, müdafiə qabiliyyətlərini artırmağa məcburdur. ABŞ Avropanı tam tərk etməyəcək, lakin hərbi yükü əvvəlki kimi 70-80% həcmində öz üzərinə götürməyəcək. Avropa isə tədricən öz müdafiə sənayesini və təhlükəsizlik arxitekturasını gücləndirmək məcburiyyətində qalacaq.

Bu proses həm təhlükələrin artdığı, həm də imkanların yarandığı bir dövrün başlanğıcıdır. Avropa daha müstəqil, daha hazırlıqlı bir aktora çevrilə bilər. Lakin bunun üçün uzunmüddətli siyasi iradə, iqtisadi sabitlik və ictimai dəstək tələb olunur. Əks halda, transatlantik münasibətlərdə gərginlik artacaq, NATO daxilində parçalanma dərinləşəcək və qlobal təhlükəsizlik arxitekturası yeni, daha qeyri-sabit bir mərhələyə qədəm qoyacaq.

Akif NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ