çərşənbə günü, 23 sentyabr 2026
     

Ramiz Mehdiyev-Əli Kərimli xəyanət birliyinin 1990-cı illərin əvvəlinə dayanan şok məqamları üzə çıxır...

Image


Dövlət çevrilişinə cəhddə ittiham edilərək oktyabrın 14-də barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin işi ətrafında proseslər getdikcə daha maraqlı xarakter alır.

Görünən odur ki, dövlət çevrilişinə cəhd prosesində Ramiz Mehdiyevin müxalif düşərgədə əsas dayağı Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və onun sədri Əli Kərimli olmalı imiş. Hər iki şəxs barəsində həbs qətimkan tədbirlərinin seçilməsi həm də bundan qaynaqlanır.

Ramiz Mehdiyev-Əli Kərimli tandemi, yəni hakimiyyətdə yüksək vəzifələr tutmuş bir şəxslə uzun illər müxalifət lideri kimi tanınan digər şəxsin gizli əməkdaşlığının kökü, əslində uzun illərə dayanır. Azərbaycan siyasi sisteminin xüsusiyyətləri və hər iki şəxsin uzun illər ərzində fərqli mövqelər tutması belə bir əməkdaşlığın real siyasi kontekstdə nə demək olduğunu indi daha dəqiq təsəvvür etməyə imkan verir. Bəllidir ki, Ramiz Mehdiyev uzun illər Azərbaycan siyasi elitasında yüksək vəzifə tutmuş, ölkənin ideoloji, elmi və dövlət idarəçiliyi sahələrində mühüm təsirə malik fiqurlardan biri olub. Əli Kərimli isə uzun illərdir Azərbaycan müxalifətinin lideri postuna iddia edib və iqtidarın davamlı tənqidçisi kimi çıxış edir. Bu iki fərqli siyasi mövqedə olan şəxsin əməkdaşlıq etməsini isə sadəcə bir məsələ şərtləndirib - xəyanət.

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, hüquqşünas Xəyal Bəşirovun açıqlamaları bu mənada xüsusi diqqət cəlb edir: “Biri ev dustaqlığına, digəri isə həbs-qətimkan tədbirinə məruz qalıb və bu, cəmiyyətdə ciddi rezonans yaradıb. Əgər istintaq və daha sonra məhkəmə tərəfindən hər iki şəxsin və digər iştirakçıların dövlət hakimiyyəti əleyhinə qanunsuz fəaliyyətləri təsdiqlənərsə, onlar qanun qarşısında cavab verəcəklər. Lakin proses bununla bitmir. Siyasi müstəvidə cavablandırılması vacib olan çoxsaylı suallar mövcuddur. Ramiz Mehdiyev uzun illər hakim partiyanın aparıcı simalarından biri, Prezident Administrasiyasının rəhbəri və yüksək dövlət rütbəsinə sahib şəxs olub. Digər tərəfdən, Əli Kərimli uzun müddət müxalifətin lideri kimi çıxış edib və AXCP-nin böyük bir hissəsinin etimadını qazanıb. O, proseslərdə sıravi şəxs kimi deyil, məhz partiya sədri qismində iştirak edib. Bu isə partiyanın digər funksionerlərinin də müəyyən formada məlumatlı olması ehtimalını gündəmə gətirir. Hazırda hər iki şəxs Cinayət Məcəlləsinin ən ağır maddələrindən biri – 278-ci maddə ilə ittiham olunur. Bu ittiham həm hakimiyyət, həm də müxalifət üçün öz cəbhəsinə xəyanət anlamı daşıya bilər”. Hüquqşünas qeyd edib ki, Əli Kərimli öz partiyasını etibarnaməsiz təmsil etdiyi üçün onun fəaliyyəti AXCP-nin hüquqi gələcəyinə də birbaşa təsir edir: “Qanuna əsasən, sədrlərin atdığı addımlar partiyanın məsuliyyəti kimi qiymətləndirilə bilər. Bu baxımdan AXCP-nin qeydiyyat məsələsi və gələcək fəaliyyətinin yenidən gündəmə gəlməsi mümkündür. Bundan başqa, qanuna əsasən, partiyanın qeydiyyatda qalması üçün 5000 üzv şərti mövcuddur. Əli Kərimlinin həbsi fonunda partiya üzvləri arasında etimadın sarsılması, bunun sosial şəbəkələrdə görünən reaksiyalarda əks olunması üzvlük sayının azalması risqini artırır. Bu isə yenidən qeydiyyat prosesini aktuallaşdırır. Ümumilikdə, həm partiyanın hüquqi statusu, həm də sədrin partiyanı təmsil edərək iştirak etdiyi iddia olunan qanunsuz fəaliyyətlər qanunvericilik baxımından yenidən qiymətləndirilə bilər. Çünki Ramiz Mehdiyevin əməkdaşlıq üçün şəxs kimi sadəcə Əli Kərimlini deyil, AXCP sədri olan birini seçməsi partiyanın məsuliyyətini də gündəmə gətirir. Buna görə də yaxın dövrdə partiyanın qeydiyyatı məsələsinin şübhə altına düşməsi və müvafiq qurumların addım atması ehtimalı yüksəkdir”.

İndiki halda Əli Kərimli barəsində səsləndirilən ittihamları qəbul etmir. Amma 2013-cü ildən etibarən Milli Şura layihəsinin Azərbaycan siyasi səhnəsində qurulması, Rusiya emissarları ilə koordinasiya və “Milyarderlər İttifaqı” xəttinin inteqrasiyası prosesi Əli Kərimli ilə əlaqəlidir. Bu fonda həm Ramiz Mehdiyevin, həm də Əli Kərimlinin yaxın çevrəsindən olan şəxslər istintaqa cəlb olunur. Bura Gültəkin Hacıbəyli də daxildir. Ümumiyyətlə, məhz bu şəxsin Əli Kərimli ilə Ramiz Mehdiyev arasında əsas əlaqələndirici olması ehtimal edilir. Gültəkin Hacıbəyli Ramiz Mehdiyev işi üzrə istintaqa cəlb edilən şəxslər sırasındadır və artıq onunla bağlı prosedurlar da başlanıb. Gültəkin Hacıbəyli hazırda Türkiyədə saxlanır. Türkiyə qanunlarına əsasən, Hacıbəyli kimi şəxslərin deportasiya qərarına etiraz etmək hüququ var. Bu proses 15 gün davam edir və həmin şəxs deportasiyanın qanunsuz olduğunu əsaslandırmalıdır. Əsaslandırma olmadığı halda deportasiya həyata keçirilir. Prosesin Ramiz Mehdiyev və Əli Kərimli kimi şəxslərlə bağlı istintaq işi fonunda aparıldığı nəzərə alınarsa, Gültəkin Hacıbəylinin deportasiyasının reallaşacağı qaçılmaz görünür. Bu arada daha bir maraqlı nüans odur ki, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının sədri, Milli Məclis sədrinin keçmiş birinci müavini Arif Rəhimzadə mediaya açıqlamasında bildirib ki, Ramiz Mehdiyev Azərbaycan Xalq Cəbhəsinin iqtidarda olduğu dövrdə rəhbərliyə müraciət edərək “mənim çox böyük təcrübəm var, işi bilirəm, mənə vəzifə verin, sizə xidmət edəcəyəm” deyib. A.Rəhimzadə qeyd edib: “Xalq Cəbhəsinə müraciətinin olmasını dəqiq bilirəm. Onda Heydər Əliyev hələ hakimiyyətə gəlməmişdi”. Milli Məclisin deputatı Kəmaləddin Qafarov isə bunlar fonunda qeyd edir ki, ehtimala əsasən, istintaq nəticəsində Ramiz Mehdiyev–Əli Kərimli cütlüyünün 1991-1992-ci illərdə Azərbaycanın vətəndaş müharibəsi astanasına gətirilməsində də aparıcı rol oynadıqları aşkar edilə bilər: “Bu gün ölkədə daxili sabitliyi sarsıtmağı, cəmiyyətdə qütbləşmə yaratmaqla dövlətin idarəetmə sistemini zəiflətməyi və beynəlxalq imicini zədələməyi özlərinə hədəf olaraq seçən düşmən ünsürlərin o keşməkeşli illərdə ölkəni parçalayaraq marionet dövlətçiklərə ayırmaq kimi niyyətlərinin olması artıq heç kimi təəccübləndirməz”. O qeyd edir ki, Ramiz Mehdiyev–Əli Kərimli–Milli Şura antidövlətçilik xəttinin iflası və ifşası Azərbaycanın siyasi sisteminə qarşı planlaşdırılan təxribatların mahiyyətini açıq şəkildə göstərir. Onun fikrincə, Cəmil Həsənlinin rəhbərlik etdiyi Milli Şura layihəsi həmin planın ön səhnəsi idi: “Formal olaraq müxalifət koalisiyası kimi təqdim olunan bu qurum, əslində, daxildən iflasa məhkum idi. Çünki qurumun siyasi xəttini və qərarlarını müəyyən edən şəxslərin real ictimai dayaqları yox idi. Milli Şura adına keçirilən mitinqlərin ardınca Ramiz Mehdiyevin kənardan diqtə etdiyi digər tələblər və Əli Kərimlinin bu tələblərə kor-koranə əməl etməsi faktiki olaraq “icraçı-sifarişçi” modelini formalaşdırmışdı. Mehdiyev mitinqlərin davamlı olmasını, kütlənin küçələrə çıxarılmasını, sosial gərginliyin artırılmasını tələb edir, Kərimli isə bu prosesin önündə gedən əsas fiqur kimi təqdim olunurdu. Əslində isə, icra edilən planın arxasında qara qüvvələrin ölkədə xaos yaratmaq və siyasi sistemi təzyiq altında saxlamaq niyyəti dururdu. Əlbəttə ki, bu niyyət Mehdiyev–Kərimli alyansının sadəcə iqtidara qarşı deyil, bütün Azərbaycan xalqına açıq-aşkar düşmən mövqelərini ortaya qoyur... Mehdiyev və Kərimlini birləşdirən keçmiş əlaqələr də təsadüfi deyildi. Uzun illər ərzində eyni siyasi çevrədə fəaliyyət göstərmiş bu şəxslər sonradan müxtəlif səbəblərlə fərqli mövqelərə keçsələr də, hakimiyyətə münasibətdə ortaq narazılıq onların yollarını yenidən birləşdirdi. “Boz kardinal” obrazı ilə tanınan Ramiz Mehdiyevin gizli görüşləri, məxfi məlumatların ötürülməsi və proseslərin koordinasiyası barədə yayılan məlumatlar bu ittifaqın xəyanətkar mahiyyətini bir daha üzə çıxarır”.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Makron Bakıya qarşı yeni plan qurub - bir özbək milyarderin üzərindən...

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

SON XƏBƏRLƏR

23.09.2026 / 11:17
Naxçıvanda 10 min manatlıq dələduzluq - tanınmış idmançı saxlandı...

23.09.2026 / 11:02
“Azərbaycanla dəmir yolu əlaqəsi quracağıq” - Paşinyan ABŞ-da TRIPP-dən danışdı…

23.09.2026 / 10:45
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı

23.09.2026 / 10:32
Hörmüz boğazında İranın Qeşm adası yaxınlığında güclü partlayış - 10 nəfər öldü…

23.09.2026 / 10:20
Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı təsdiqləndi

23.09.2026 / 10:15
Ev şəraitində hazırlanıb bazara çıxarılan qidalara sertifikat tələbi olunur? - AQTA-dan iddialara cavab...

23.09.2026 / 09:53
Bü gün Nyu-Yorkda Lavrov və Rubio arasında görüş keçiriləcək

23.09.2026 / 09:42
Rusiya erməniləri Avropaya inteqrasiyanın təhlükələrini qiymətləndirməyə çağırdı…

23.09.2026 / 09:37
Fransa Avroittifaqın sanksiya qərarından yararlana bilmədi - Usmanov siyahıdan çıxarıldı

23.09.2026 / 09:25
Uzun mübahisələrdən sonra Qrenlandiyanın təhlükəsizliyi ilə bağlı saziş imzalandı - Tramp istədiyini aldımı...

23.09.2026 / 09:19
Məmməd Musayevə ilə cinayət işi açıldı...

23.09.2026 / 08:52
Restoranda müştərinin bank kartını oğurlayıb 1590 manatını ələ keçirdi...

23.09.2026 / 08:29
Ceyhun Bayramov ABŞ Prezidentinin ev sahibliyi etdiyi qəbulda iştirak edib

23.09.2026 / 08:10
Ceyhun Bayramov Əraqçi ilə görüşdü....

22.09.2026 / 23:34
Ərdoğanın BMT-də çıxışı zamanı İsrail heyəti, Trampın çıxışı zamanı isə kubalılar zalı tərk etdi…

22.09.2026 / 23:08
Nyu-Yorkda ABŞ və İran arasında 3 saat davam edən sürpriz görüş - Tramp açıqladı…

22.09.2026 / 22:53
Səfirlik İranda qalan vətəndaşlarımızın ölkəyə qayıtması məsələsinə aydınlıq gətirdi - quru yolla...

22.09.2026 / 22:47
İran Hörmüzü açmaq üçün ABŞ qarşısında şərt qoydu – blokada və hərbi təzyiqi dayandırın...

22.09.2026 / 22:30
NATO Rusiya sərhədində nüvə silahı yerləşdirir - Litva ilk addımı atdı...

22.09.2026 / 22:19
Lukaşenkonun Suvalk təlimi - Avropa Rusiya ilə müharibə hazırlığına başladı...

22.09.2026 / 22:12
"...Azərbaycan və Ermənistan arasında davamlı sülh bərqərar olacaq" - Ərdoğan

22.09.2026 / 21:57
Vahid məktəbli formasına xor baxanlara mesaj - Bilirsiniz bu forma nələr edir...

22.09.2026 / 21:35
Sərhədlər açıq olsaydı Rusiya Tiflisə qarşı bu planı Bakıya da tətbiq edərdi...

22.09.2026 / 21:18
Özbəkistanın Türkiyə dəmiryollarına çıxışı Naxçıvana böyük gələcək vəd edir...

22.09.2026 / 21:02
Putin Ermənistan dövlətini təbrik etdi, Paşinyanı təbrik etmədi...

22.09.2026 / 20:43
Paşinyan mövqeyini dəyişmir: Rusiyanın Ermənistan dəmir yollarını idarə etməsinə son qoyulmalıdır...

22.09.2026 / 20:27
Revanşçılar Ermənistanın müstəqilliyini Kərki kəndində qeyd etdilər - Kərki ilə bağlı plan gözlərində qalacaq...

22.09.2026 / 20:23
“Formula 1”lə əlaqədar sabahdan universitetlərdə dərslər distant olacaq

22.09.2026 / 20:10
Xristianlığı dövlət dini kimi ilk qəbul edən Azərbaycan dövləti - Erməni iddiaları zibilliyə atıldı...

22.09.2026 / 19:54
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının açılışında iştirak edib

22.09.2026 / 19:47
İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırılır...

22.09.2026 / 19:36
Lənkəranda evdən içərisində 75 min manat olan seyf oğurlandı...

22.09.2026 / 19:30
"Azərbaycan Prezidenti bildirdi ki, 6 ayda möcüzə yaratmışam" - Tramp

22.09.2026 / 19:27
Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı oldu - FOTO/VİDEO

22.09.2026 / 19:16
Makron Bakıya qarşı yeni plan qurub - bir özbək milyarderin üzərindən...

22.09.2026 / 19:04
Kommunist Partiyasının siyasi varisi Almaniyada hakimiyyətə gəlir

22.09.2026 / 18:55
Azərbaycandan Gürcüstanın ərazi bütövlüyünə tam dəstək - qondarma “seçkiləri”ni tanımırıq...

22.09.2026 / 18:48
Ermənistanın baş kəşfiyyatçısı Bakıda

22.09.2026 / 18:30
Tramp Çinlə birlikdə Rusiyaya qarşı “süni intellekt planı” işləyir...

22.09.2026 / 18:16
Avropanın elektrik təminatı Azərbaycan və Türkiyənin əlində cəmləşə bilər... Oktyabrda saziş...

22.09.2026 / 17:59
Paşinyan 102-ci bazadan sonra Rusiya sərhədçilərinin də ayağını ölkədən kəsmək istəyir...

22.09.2026 / 17:45
Neft 120 dollara qalxır - Yəməndə münaqişənin təsirləri regionun hüdudlarını aşdı...

22.09.2026 / 17:20
Azərbaycanla Türkiyə hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə edib

22.09.2026 / 17:15
Özbəkistan Fransa ilə İlham Əliyevdən xəbərsiz nə hazırlayıb - Usmanov işi...

22.09.2026 / 16:57
Eldəniz Quliyev: “Yaranan situasiya ilə əlaqədar yeganə çarəmiz ölkə başçısına müraciət etmək idi” - MÜSAHİBƏ

22.09.2026 / 16:39
ABŞ mliyyə naziri Hörmüz boğazı barədə inanılmaz sözlər danışdı...

22.09.2026 / 16:08
Putin Duma seçkisindən sonra ümumi səfərbərlik edəcək – Avropada panika...

22.09.2026 / 15:45
Ərdoğan BMT TŞ-də veto hüququnun ləğvini istədi – Rusiya qarşı çıxdı...

22.09.2026 / 15:37
Kənan Musayev: “Tələbimiz odur ki, alternativ namizdələrin iştirakı ilə seçki yenidən keçirilsin”

22.09.2026 / 15:35
ABŞ Lavrovun müavininə viza verməkdən imtina etdi...

22.09.2026 / 15:12
Maarif Məhərrəmbəyli: “Seçkinin nəticələri ləğv olunmalıdır”

22.09.2026 / 14:38
DİN müsabiqə elan edir

22.09.2026 / 14:30
“AzerGold” 2030-cu ilədək illik dövriyyəsini 1 milyard manata çatdırmağı hədəfləyir

22.09.2026 / 14:03
"Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır" - Prezident

22.09.2026 / 14:01
Prezident İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxundu

22.09.2026 / 13:57
Prezident: "Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür"

22.09.2026 / 13:55
"Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir" - Prezident

22.09.2026 / 13:49
IV Bakı Təhlükəsizlik Forumu işə başlayıb

22.09.2026 / 13:35
Bakıda daha bir estetik klinikada "ÇP" çıxdı - ali təhsili olmayan "kosmetoloq" əməliyyat aparır...

22.09.2026 / 13:22
Daşkəsəndə narkotiklərin satışı ilə məşğul olan şəxs saxlandı

22.09.2026 / 13:15
Qafqaz Albaniyasının möhür və damğaları

22.09.2026 / 13:03
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi

22.09.2026 / 12:48
Prezident: "Süni intellektin bədniyyətli istifadəsi terrorçuluqla mübarizənin səmərəliliyinə ciddi maneələr yaradır"

22.09.2026 / 12:45
"Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir" - Prezident

22.09.2026 / 12:38
Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb

22.09.2026 / 12:37
“Azərbaycan 23 saatlıq antiterror əməliyatı ilə bölgədə separatizm presedentinə birdəfəlik son qoydu”

22.09.2026 / 12:22
Yasamal rayonunda 21 Sentybar-Beynəlxalq Sülh Gününə həsr olunmuş “Ağ göyərçinin izi ilə” adlı rəsm sərgisi keçirilib

22.09.2026 / 12:01
Prezidentin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib - FOTO/YENİLƏNDİ

22.09.2026 / 11:55
"Azərbaycan müdafiə sənayesi imkanlarını genişləndirir" - Nazirlik rəsmisi

22.09.2026 / 11:28
Ukrayna “Rosneft”in Samaradakı neft emalı zavodunu ikinci dəfə bombaladı...

22.09.2026 / 11:11
Bakı Bulvarının bir hissəsinə giriş məhdudlaşdırılır...

22.09.2026 / 10:57
Türkiyədə orta məktəbə silahlı hücum - səkkiz şagird yaralandı...

22.09.2026 / 10:46
ABŞ-ın yeni Hörmüz planı - Körfəz ölkələrindən milyardlarla dollar pul istədi...

22.09.2026 / 10:23
Azərbaycan nefti ucuzlaşdı - 116 dollar...

22.09.2026 / 10:06
Bakı ilə Berlin arasında YENİ MƏRHƏLƏ: Siyasi maneələr aşılacaqmı?

22.09.2026 / 09:51
İrandan ABŞ və İsrailə müharibə xəbərdarlığı - cavabımız dağıdıcı və qəti olacaq...

22.09.2026 / 09:38
Bakıda bəzi məktəblər distant təhsilə keçdi

22.09.2026 / 09:30
QAİ indiki Ermənistan ərazisində Alban irsinin öyrənilməsi üçün işçi qrup yaratdı...

22.09.2026 / 09:04
Nərimanovda mopeddən 490 manatlıq oğurluq edən şəxs saxlandı

22.09.2026 / 08:29
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı

22.09.2026 / 08:02
İngiltərənin daha bir şəhəri qaçqınlara qarşı ayağa qalxdı - referendum baş tutsa, əhalinin 90 faizi “yox” deyəcək…

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ