çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Azərbaycan neft diplomatiyasında yeni yol açır - Hikmət Hacıyev anons verdi...

Image


Azərbaycan və Ermənistan neft məhsullarının ixracını müzakirə ediblər. Bunu Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev Doha Forumunda çıxışı zamanı deyib. Hikmət Hacıyevlə eyni paneldə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da iştirak edib.

Hikmət Hacıyev Azərbaycan üçün Ermənistanla müharibənin bitdiyini deyib. O, neft və neft məhsullarının ixracı məsələsinin Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın keçən həftə Qəbələyə səfəri zamanı müzakirə edildiyini bildirib: “Bir müddət əvvəl Ermənistan baş nazirinin müavini Azərbaycanın Qəbələ rayonuna səfər etdi. Bu, misilsiz hadisə idi. Ermənistan baş nazirinin müavini Azərbaycana rəsmi səfəri zamanı sərhədlərin delimitasiya prosesi müzakirə edildi. Bununla bərabər iki ölkə arasında bəzi qarşılıqlı ticarət məsələləri müzakirə edildi. Bu istiqamətlərdən biri indi bizim müzakirə etdiyimiz neft və neft məhsullarının Azərbaycandan Ermənistana ixracı məsələsidir. Bu da həmçinin misilsiz hadisədir”. H.Haciyev bir müddət əvvəl Azərbaycan ərazisindən Ermənistana buğda ixracına izn verilməsinin regionda sülh üçün vacib töhfə olduğunu bildirib. O, Ermənistanla sülhün əldə olunmasında ABŞ Prezidenti Donald Trampın rolunun fundamental olduğunu deyib. Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan isə Ermənistanın TRİPP marşrutunun açılmasından yeni imkanlar gözlədiyini bildirib. Xatirladaq ki, Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan noyabrın 28-də Qəbələyə səfər edib. Səfərdə məqsəd delimitasiya komissiyasının 12-ci iclasında iştirak etmək olub. Elə burada Azərbaycandan Ermənistana neft və neft məhsullarının ixracı diqqət mərkəzində yer alıb. Burada bir daha qeyd edək ki, Azərbaycanla Ermənistan arasında uzun illər davam edən qarşıdurma təkcə siyasi və hərbi münasibətləri deyil, həm də iqtisadi əlaqələri tamamilə məhdudlaşdırıb. Bu müddət ərzində iki ölkə arasında hər hansı enerji mübadiləsi, xüsusən də neft və neft məhsullarının ticarəti mümkün olmayıb. 2020-ci ildən sonra regionda formalaşan yeni geosiyasi reallıq və sülhə dair aparılan danışıqlar fonunda gələcəkdə belə bir əməkdaşlığın nəzəri əsasları barədə müzakirələr daha çox gündəmə gəlməyə başlayıb.

Bəllidir ki, Azərbaycan dünyanın mühüm enerji istehsalçıları arasında yer alır və neft sektoru ölkənin iqtisadi inkişafının aparıcı sütunu olmaqda davam edir. Bakı-Tiflis-Ceyhan kimi nəhəng ixrac kəmərləri Azərbaycanın qlobal enerji bazarındakı rolunu möhkəmləndirib və neft məhsullarının emalı sahəsində də ölkə regionda aparıcı mövqedədir. Ermənistan isə enerji mənbələri baxımından məhdud imkanlara malikdir və neft məhsullarını əsasən idxal yolu ilə əldə edir. Bu idxal marşrutlarının böyük hissəsi yanlış geosiyasi xəritənin nəticəsi olaraq bahalı, riskli və məhdud alternativli olaraq qalır. Buna görə də Ermənistan üçün Azərbaycan neftinin və emal olunmuş neft məhsullarının potensial ixracı nəzəri baxımdan iqtisadi cəhətdən sərfəli görünə bilər. Lakin bu ehtimalın reallaşması ilk növbədə siyasi mühitdən asılıdır. Azərbaycan və Ermənistan arasında uzun illər davam edən münaqişə böyük etimad uçurumu yaradıb. Neft və neft məhsulları kimi strateji əhəmiyyətli məhsulların ticarəti isə tərəflər arasında yüksək səviyyədə siyasi sabitlik və möhkəm etimad tələb edir. Ermənistanda müxtəlif siyasi qrupların sülh prosesinə münasibəti fərqlidir, bu da uzunmüddətli razılaşmaların dayanıqlığını şübhə altına ala bilir. Azərbaycan üçün belə bir əməkdaşlığa başlamaq yalnız Ermənistanın sülh razılaşmasına əməl etməsinə və regionda destruktiv fəaliyyətlərdən əl çəkməsinə bağlı ola bilər. Neft və neft məhsullarının ixracı müəyyən üstünlüklər yarada bilər. Azərbaycanın enerji diplomatiyasında yeni bir kanalın açılması regional təsir imkanlarının genişlənməsi deməkdir. Ermənistanın enerji təminatında Azərbaycana bağlılığı həm də onun siyasi addımlarına müsbət davranış stimulu yarada bilər. Enerji sahəsində qarşılıqlı asılılıq isə sülh prosesinin davamlılığı baxımından ciddi əhəmiyyət daşıyır. Texniki aspektlər də az əhəmiyyətli deyil. Mövcud vəziyyətdə Ermənistana neft və neft məhsullarının nəqli yalnız avtomobil və ya dəmir yolu üzərindən mümkündür. Boru kəməri infrastrukturunun qurulması hazırki reallıqda nə iqtisadi, nə də siyasi baxımdan məqsədəuyğun görünür. Yol boyunca təhlükəsizlik, logistik xərclər və sərhəd keçid mexanizmləri kimi məsələlər əhəmiyyətli rol oynayır. Əgər gələcək sülh razılaşması çərçivəsində Zəngəzur dəhlizi və ya digər kommunikasiya yolları açılarsa, logistik imkanlar nəzərəçarpacaq dərəcədə genişlənə bilər. Bununla belə, istənilən halda enerji məhsullarının daşınması üçün yüksək səviyyədə təhlükəsizlik zəmanətləri tələb olunur. Ermənistan daxilindəki qeyri-sabit siyasi mühit, bəzi radikal qrupların regiondakı sülh gündəminə qarşı çıxması və xarici aktorların bölgədə öz maraqları uğrunda apardıqları siyasət belə bir razılaşmanın uzunmüddətli dayanıqlığını sual altına ala bilər. Azərbaycan isə enerji ixracında həmişə etibarlılıq və təhlükəsizlik faktorlarını əsas götürüb. Ermənistanla əməkdaşlıq yalnız bu risklər ciddi şəkildə minimuma endirildiyi halda nəzərdən keçirilə bilər. Bütün bu reallıqları nəzərə alaraq demək olar ki, Azərbaycandan Ermənistana neft və neft məhsullarının ixracı nəzəri olaraq mümkündür, lakin praktik reallaşma yalnız dərin siyasi transformasiya və qarşılıqlı etimadın bərpası fonunda baş verə bilər. Sülh müqaviləsinin imzalanması, kommunikasiyaların açılması, təhlükəsizlik zəmanətlərinin verilməsi və iki ölkənin enerji bazarında şəffaf əməkdaşlıq mühiti yaradılması bu istiqamətdə əsas şərtlərdir. Əgər bu şərtlər təmin olunsa, enerji əməkdaşlığı Cənubi Qafqazda dayanıqlı sabitlik və iqtisadi inteqrasiyanın vacib elementinə çevrilə bilər.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ