çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Rəsmi İrəvan Dohada da "dəhliz" sözündən qıcıqlandı - "niyə"sinə izah verilmir...

Image


Regional kommunikasiyaların blokdan açılmasına gəlincə, “dəhliz” termini Ermənistan üçün qəbuledilməzdir, biz TRIPP termininə sadiqik.

Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Dohada keçirilən 23-cü forumda panel müzakirələrində deyib.

Ermənistan tərəfi "dəhliz" ifadəsindən niyə bu qədər qorxur? Beynəlxalq qanunlarda "dəhliz" məfhumunun standart hüquqi statusu varmı? Əslində TRİPP özü də müəyyən şərtlər daxilində bir nəqliyyat dəhlizi deyilmi?

Ermənistanın “dəhliz” termininə qarşı mövqeyi əsasən hüquqi deyil, siyasi-psixoloji və strateji motivlərdən qaynaqlanır. Cənubi Qafqaz kontekstində “dəhliz” sözü ictimai rəy və müxalifət diskursunda tez-tez suverenlik itkisi, xüsusi rejim və xarici nəzarət assosiasiyaları ilə bağlıdır. Atalarin bir misalı var - "İlan vuran adam ala çatıdan da qorxar". Hazırda Laçın dəhlizi təcrübəsi erməni cəmiyyətində bu assosiasiyaları gücləndirib və sözü kəskin emosional yükə malik “qırmızı xətt”ə çevirib. Paşinyan administrasiyası üçün həmin sözün istifadəsi daxildə hakimiyyətə yönəlik ittihamların, küçə etirazlarının və siyasi hakimiyyətin qeyr-legitimlik çağırışına çevrilə bilər. Buna görə terminologiyanın idarə olunması onun əsas müdafiə alətidir. “Dəhliz” deməməklə Paşinyan xalq qarşısında suverenliyi qoruma mesajı verir, müxalifətin təbliğatını neytrallaşdırır və daxili siyasi sabitliyi saxlamağa çalışır.

Beynəlxalq hüquq məkanında “dəhliz” anlayışı vahid hüquqi statusa malik deyil. Məna və hüquqi nəticə konkret tərəflərin razılaşmasına, tətbiq ediləcək rejimə və beynəlxalq aktlara görə müəyyən olunur. Tarixi nümunələr göstərir ki, “dəhliz” həm adi tranzit yolu, həm də xüsusi statuslu dəhliz kimi müxtəlif məzmun ala bilər. Lakin hüquqi avtomatizm yoxdur, xüsusi status yalnız tərəflərin razılığı ilə yarana bilər. Əksinə, “tranzit” termini beynəlxalq normalarda daha dəqiq tənzimlənmiş və suverenliyə hörmət prinsipi ilə uyğun gələn kateqoriyadır. Tranzit rejimi tətbiq edildikdə ölkənin sərhəd və gömrük nəzarəti prinsipcə saxlanılır və eksterrialitet yaranmır.

TRIPP termini praktikada əslində nəqliyyat, dəmir yolu, infrastruktur, boru xətləri və enerji şəbəkələrini əhatə edən geniş regional paketdir və funksional cəhətdən bir növ transit dəhliz rolunu oynaya bilər. Lakin TRIPP-in kommunikativ üstünlüyü onun neytral, “xüsusi status” assosiasiyasından azad olmasıdır. Ermənistan bunu suverenliyin qorunması və daxili siyasi təlaşın azaldılması üçün seçir. Məzmun baxımından isə vasitələrin açılmasını, qarşılıqlı hüquqi mexanizmlərin formalaşdırılmasını və gömrük-nəqliyyat rejimlərinin suveren çərçivədə tənzimlənməsini nəzərdə tutur.

10 noyabr 2020-ci il üçtərəfli bəyannaməsinin 9-cu bəndinin məntiqi tranzit açmaq və təhlükəsizliyi təmin etmək öhdəliyidir. Mətn “dəhliz” sözünü işlətmir, ancaq maneəsiz nəqliyyat və iqtisadi əlaqələrin açılmasını, eləcə də təhlükəsizliyin təminini razılaşdırır. Praktik olaraq bu elementlər tranzitin əsassız surətdə məhdudlaşdırılmaması və fasiləsiz şəkildə həyata keçirilməsi üçün hüquqi baza yaradır. Nəzarətin Rusiya tərəfindən monitorinq forması kimi razılaşdırılması isə suverenliyi ləğv etmir, lakin regionda üçtərəfli nəzarət və icra mexanizmlərinin mövcudluğunu göstərir.

Zəngəzur - əraziyə paralel kommunikasiyaların reallaşması üçün bir neçə hüquqi mexanizm variantı nəzərdə tutula bilər. Ən realist yanaşma Ermənistanın suverenliyini saxlayan, təhlükəsizliyi təmin edən və eyni zamanda sürətli tranziti mümkün edən mexanizmlərin kombinasiyasıdır. Ermənistanın sərhəd və gömrük nəzarəti ilə birlikdə Rusiya və ya beynəlxalq tərəfdaşların monitorinqi, TIR-möhürləmə (qapalı tranzit) və ya sadələşdirilmiş gömrük rejimləri kimi praktik həllər bu kombinasiyanın tərkib hissələri ola bilər. Daha radikal modellər (xüsusi statuslu dəhliz) siyasi olaraq həm Ermənistana, həm də regiondakı güclərə qəbulolunmaz görünür və rəsmi Bakı da belə status tələb etmədiyini bəyan edib.

Paşinyanın termin siyasəti eyni zamanda xarici auditoriyalara da ayrı-ayrı siqnallar verir. Qərbə o, sülhə və kommunikasiyaların açılmasına sadiqlik, lakin sərhəd toxunulmazlığına hörmət mesajı ötürür. Rusiyaya isə xüsusi status yaradılmayacağını, beləliklə yeni hərbi-siyasi təsir zonalarının formalaşmasına imkan verilməyəcəyini bildirir. Bakı üçün mesaj sadədir: tranzitə razılıq var, amma daxildə terminoloji təlatüm yaratmaq olmaz(!). Türkiyə və digər regional aktorlar bu prosesə maraq göstərir, lakin adın seçimi siyasi həssaslıqları müəyyən edir.

Nəticə etibarilə problemlər məzmunu yox, kommunikasiya forması ilə bağlıdır. TRIPP ilə “dəhliz” arasında hüquqi substantiv fərq, demək olar ki, yoxdur. Hər ikisi praktikada nəqliyyat və enerji əlaqələrinin açılmasını hədəfləyir, lakin “dəhliz” sözü Ermənistan üçün siyasi və emosional yük daşıyır. TRIPP reallaşma modelində Ermənistanın suverenliyi qorunmalı, tranzit fasiləsiz və təhlükəsiz olmalı, praktiki həllər (qapalı tranzit, sadələşdirilmiş gömrük, birgə gömrük məntəqələri və ya xarici monitorinq) tətbiq edilməlidir. Bu yanaşma həm 10 noyabr bəyannaməsinin ruhuna, həm beynəlxalq hüquqa, həm də regional siyasi reallıqlara uyğun gəlir. Eyni zamanda, Paşinyanın daxili siyasi mövqeyini də nisbətən möhkəmləndirir.

Akif NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ