çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Avropa gələn sentyabradək Azərbaycan qazından asılılığa imza atmalıdır...

Image


Avropa İttifaqı ölkələri və Avropa Parlamenti Rusiyanın enerji idxalından, xüsusən də bu ölkənin qazından mərhələli şəkildə imtinaya razılaşıb. Tənzimləmə Rusiyanın enerji idxalının tamamilə dayandırılması üçün yol xəritəsinin əsas elementidir.

Vurğulanır ki, reqlament Rusiyadan həm mayeləşdirilmiş təbii qazın, həm də boru kəməri qazının idxalına qanuni qüvvəyə malik, mərhələli qadağa tətbiq edir.

Birlik ölkələri qanunun qüvvəyə minməsindən altı həftə sonra qaz idxalını qadağan edəcək, eyni zamanda mövcud müqavilələr üçün keçid dövrünü qoruyub saxlayacaq: 17 iyun 2025-ci il tarixinə qədər bağlanmış qısamüddətli müqavilələr üçün maye qaz qadağası 25 aprel 2026-cı ildə, boru kəməri qazı üçün ən geci 30 sentyabr 2027-ci il tarixində dayanacaq. Sənəd başqa mənşəli qazın idxalına icazə verir, lakin onun mənşəyinin idxaldan ən azı beş gün əvvəl təsdiqlənməsini tələb edir. Milli Enerji İnstitutunun baş direktorunun müavini Aleksandr Frolov bu xüsusda qeyd edir: “İlk növbədə qeyd etmək lazımdır ki, bu cür qərarlar müqavilə öhdəliklərini qoruyan qaydalara zidd olduğu üçün məhkəmədə etiraz ediləcək. Müqavilələr yerinə yetirilməlidir. Ona görə də Avropaya qaz tədarükçüləri ilk növbədə özlərini qanuni vasitələrlə qoruyacaqlar. Rusiya artıq digər istiqamətlərə tədarükünü genişləndirir, lakin bu, Avropaya tədarükün dayandırılması üçün tam hazırlıq sayıla bilməz. Hadisənin özü Rusiya qazının ixracı üçün kifayət qədər mənfidir. Bu ilin sonuna kimi Avropa İttifaqına 40 milyard kubmetrə qədər qaz tədarük ediləcək. Amma 2027-ci ilin əvvəlində Çinə hər il 12 milyard kubmetr qaz daşıyan Uzaq Şərq marşrutu fəaliyyətə başlayacaq. Yaxın “ Sibir Gücü” ilə tədarükün 6 milyard kubmetr artacağı gözlənilir. Bundan başqa, biz Mərkəzi Asiya ölkələrinə tədarükümüzü genişləndiririk - Özbəkistan və Qazaxıstan bizim qazımızı idxal edəcək. Lakin pul baxımından bu, xeyli az gəlir gətirəcək, çünki bu ölkələrə tədarük Avropa İttifaqına tədarükdən daha az qiymət parametrləri ilə həyata keçirilir. Bizim Türkiyə bazarında da inkişaf perspektivlərimiz var, çünki respublika Rusiya qazına olan tələbatını artırmağı planlaşdırır”. Frolov qeyd edir ki, Rusiya qazına qoyulan embarqo təkcə Avropa institutlarının anti-Rusiya kampaniyasına deyil, həm də Avropa dövlətlərinin karbohidrogen enerji mənbələrindən imtina edərək “yaşıl enerji”nin xeyrinə enerjiyə keçid siyasətinə uyğundur: “Aİ-nin bu cür hərəkətinin nəticələrinin dəqiq modelini təqdim etmək çoxlu dəyişənlərə görə çox çətindir. Bir sözlə, enerji böhranları ehtimalının artıq xroniki fazaya qədəm qoyduğunu nəzərə alsaq, Avropa İttifaqının qaz təchizatının etibarlılığı azalacaq. Aİ-nin problemi ondan ibarətdir ki, Avropa təsisatlarında mövcud hakimiyyət çox spesifik maliyyə və sənaye dairələrinin - Rusiya qazını almayanların maraqlarını təmsil edir. Rusiya ilə enerji əməkdaşlığına son qoymaqla bağlı istənilən təşəbbüslər onlar üçün problem yaratmır, lakin onlar Aİ-nin Rusiya ilə münasibətləri bərpa etmək və inkişaf etdirmək istəyən digər maliyyə və sənaye dairələrinə zərbə vurur”.

Xatırladaq ki, Avropa Parlamentinin müvafiq komitəsinin Rusiya neft və qazından mərhələli şəkildə imtina planı xeyli vaxtdır gündəmdədir. Yeni sənədə əsasən, gələn ildən Rusiyadan qaz tədarükü üçün yeni müqavilə imzalamaq mümkün olmayacaq. Rusiyadan Aİ-yə neft və neft məhsullarının tədarükünə gəlincə, gələn ildən onların dayandırılması planlaşdırılır. Bu halda Avropanın digər təchizatçılara, o cümlədən də Azərbaycana ehtiyacı daha da artacaq. Ümumiyyətlə, 2022-ci ildən etibarən Avropanın Rusiya qazından asılılığını azaltmaq məqsədilə yeni tədarük mənbələri axtarması Cənubi Qafqaz regionunun, o cümlədən Azərbaycanın strateji əhəmiyyətini əhəmiyyətli dərəcədə artırdı. Azərbaycan isə geniş qaz ehtiyatlarına, möhkəm tranzit infrastrukturuna və sabit tərəfdaşlıq münasibətlərinə malik bir ölkə kimi Avropaya enerji tədarükündə mühüm aktora çevrilməkdədir. Son illərin rəqəmləri, layihələri və siyasi dinamikanı təhlil etdikdə aydın olur ki, Azərbaycanın Avropanın qaz təhlükəsizliyində oynadığı rol təkcə artmyıb, həm də davamlı və strateji xarakter alıb. Azərbaycanın enerji sektorunda əldə etdiyi nəticələrin təməlində uzunmüddətli və uzaqgörən siyasət dayanır. Azərbaycan qazının Avropa üçün dəyərini artıran əsas amillərdən biri onun siyasi risklərinin nisbətən aşağı olmasıdır. Ölkənin Avropa ilə münasibətləri uzunmüddətli və qarşılıqlı faydaya əsaslanır, enerji əməkdaşlığı isə bu münasibətlərin əsas sütunlarından biridir. Avropa İttifaqı Azərbaycanın enerji təhlükəsizliyi baxımından etibarlı tərəfdaş olduğunu dəfələrlə vurğulamışdır. Bu etibar Azərbaycanın regional sabitlik və balans siyasəti ilə sıx bağlıdır. Digər tərəfdən, Avropa üçün yalnız böyük həcmdə qaz deyil, həm də diversifikasiya imkanları vacibdir. Azərbaycan qazının Avropanın enerji xəritəsində yeni coğrafiyalara çıxışı da son illərdə diqqətəlayiq məqamdır. TAP vasitəsilə İtaliya, Yunanıstan və Albaniya illərdir Azərbaycan qazı alırlar. Bunun ardınca Bolqarıstan, Rumıniya, Serbiya kimi Balkan ölkələri də Azərbaycan qazı ilə təmin olunmağa başlayıb. Bu, Cənub-Şərqi Avropada qaz infrastrukturunun təhlükəsizliyinə müsbət təsir göstərir və regionda enerji asılılığını azaldır. Üstəlik, Avropanın bir sıra digər ölkələri, o cümlədən Macarıstan, Sloveniya və Avstriya ilə enerji əməkdaşlığının genişləndirilməsi tərəflərə əlavə üstünlüklər qazandırır. Azərbaycan qazının Avropa üçün artan əhəmiyyətinin arxasında təkcə iqtisadi və siyasi faktorlar dayanmır. Eyni zamanda texniki və logistika baxımından da Azərbaycan öz üstünlüklərini ortaya qoyur. İxracın hər il artması, yeni bazarlara çıxış, infrastrukturun təkmilləşdirilməsi və siyasi sabitlik Azərbaycanın Avropa üçün uzunmüddətli enerji təminatçısına çevrilməsi deməkdir.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ