çərşənbə günü, 23 sentyabr 2026
     

Dilsiz Azərbaycançılıq ideyası ola bilməz - Prezident məsələni kəskin qoydu...

Image


Azərbaycançılıq müstəqil, suveren Azərbaycanın istiqlalını və bu ölkədə dünyəvi prinsiplərə malik sivil demokratik dövlət uğrunda mübarizəni strateji məqsəd seçən Azərbaycan xalqının ideologiyasıdır.

Onun əsasında Azərbaycanı özünə vətən sayan bütün xalqların milli, etnik, dini və sosial hüquqlarının bərabərliyi ideyası dayanır. Azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ideologiya halına gəlməsi, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi Ümummilli lider Heydər Əliyevin tarixi xidmətidir. Heydər Əliyev hələ Sovet dövründə Azərbaycana rəhbərlik edərkən azərbaycançılıq məfkurəsinin bütün həmvətənlərimiz arasında yayılmasına, bu ideyanın geniş ictimai dəyər qazanmasına çalışıb. Azərbaycançılıq ideyasının kökündə millətçilik yox, vətəndaşlıq dəyəri dayanır. Bu ideyanın məqsədi çoxmillətli Azərbaycan xalqının birləşməsi və demokratik yolla inkişaf etməsinə zəmin yaradan dəyərlər sistemini formalaşdırmaqdır.

Dilin saflığının qorunması hər bir vətəndaşın işi olmalıdır

Məlum olduğu kimi, Prezident AMEA-nın 80 illik yubileyində dilimizin qorunması ilə bağlı xüsusi öhdəlik qoydu: “Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Yəni, dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar bu məsələyə çox böyük diqqət verməlidirlər. Yenə də deyirəm, 10 il bundan əvvəl mən bu məsələni qaldırmışdım. Çünki bu, məni narahat edirdi. On il ərzində lazımi tədbirlər görüldü ki, biz dilimizi kənar kəlmələrdən qoruya bilək. Amma yenə də oradan-buradan eşidirəm, - həm televiziyalarda, həm yazılı mediada, həm bəzi insanların çıxışlarında, - buna heç bir gərək yoxdur. Yəni, biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər”.

Azərbaycan dilinin qorunması azərbaycançılıq ideyasının təbliğində, onun qorunmasında necə effektiv rol oynaya bilər? Çünki bunlar bir-biri ilə sıx bağlıdır.

Azərbaycan dili azərbaycançılıq ideologiyasının, azərbaycanşünaslığın canlı daşıyıcısıdır

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən yazıçı-publisist, Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalının fikrincə, Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyində dilimizin qorunması haqqında xüsusi vurğusu sıradan bir çağırış deyil: “Bu, həm ideoloji ismarıcdır, həm strateji bir yöndür, həm də milli təhlükəsizlik səviyyəsində vacib bir öhdəlik dərəcəsidir. Dövlət başçısının Azərbaycan dilinin saflığının qorunmasını hər bir Azərbaycan vətəndaşının işi kimi xarakterizə etməsi təkcə dilçilərə və yazarlara aid edilən məsuliyyət deyil; bu, hamımıza, özəlliklə də informasiya istehsal edən və onu dövriyyəyə buraxan aydınlara birbaşa ünvanlanmış tapşırıqdır.

Dil – milli kimliyin üstün yaddaşıdır. Baxın, azərbaycançılıq ideyasının özülündə üç əsas sütun dayanır:

1. Vətəndaşlıq və dövlətçilik duyğusu;

2. Tarixi-mədəni yaddaş;

3. Azərbaycan dili.

Bu üçlüyün üçüncüsü – ana dilimiz – digər ikisini həm ifadə edən, həm də möhkəmləndirən vasitədir. Dil yalnız ünsiyyət vasitəsi kimi qavranmamalıdır; o, tarixdir, yaddaşdır, düşüncə tərzidir. Ulusun öz kimliyini qorumasının əsas yolu dil kodunun, strukturunun qorunmasından keçir. – Biz onu, o da bizi qoruyur…

Bəli, “dil millətin nəfəsidir” deyənlər haqlı idi. – Nəfəs pozularsa, yaddaş da zədələnər, kimlik də. Prezidentin 10 il öncə də bu məsələni qaldırdığını xatırlatması təsadüfi deyil. Bəlli olduğu kimi, son on ildə:

-informasiya mühiti sürətlə qloballaşıb;

-sosial şəbəkələr yeni dil davranışları yaradıb;

-televiziya və media dili qeyri-peşəkar təsirlərə məruz qalıb;

-yad dillərin – özəlliklə də ingilis, rus və bəzən ərəb-fars dilinin – mətnlərə tənzimlənmədən daxil olması halları artıb yaxud azalmalı olduğu qədər azalmayıb. Bu fonda ana dilinin saflığının qorunması sadəcə mədəni məsələ ola bilməz – o, artıq milli kimlik təhlükəsizliyinin tərkib hissəsidir. Azərbaycan dili – azərbaycançılıq ideologiyasının, azərbaycanşünaslığın canlı daşıyıcısıdır.

Başqa sözlə, azərbaycançılıq dilsiz tamamlanmır. Çünki:

1. Dil milli birliyi formalaşdırır

Dövlət sərhədlərindən Ərzuruma, Borçalıdan Dərbəndə, Güney Azərbaycandan Kərkükə, hətta Əfqanıstana qədər uzanan böyük coğrafiyada dilimiz bizi birləşdirən böyük mədəni körpüdür. Dilin zədələnməsi bu mədəni birliyi zəiflədir.

2. Dil dünyagörüşü yaradır

Azərbaycançılıq – həm siyasi, həm də mənəvi ideyadır. Bu ideya ana dilinin semantik qatlarında yaşayır:

“yurd”, “daş yeri”, “ocaq”, “qayğı”, “vicdan”, “el”, “qardaşlıq”, “bütövlük” kimi sözlər yalnız leksika deyil; milli kodlarımızdır. Dil dəyişərsə, bu kodların anlamı soluxmağa başlayır”.

Ə.Qoşalı onu da qeyd etdi ki, dil informasiya müharibəsində identikliyi qoruyur: “Müharibədən sonrakı dövrdə Azərbaycanımızın qarşısında yeni ideoloji meydan açılıb. Bu meydanda böyük silahlardan biri söz və onun düzgün istifadəsidir. Televiziyalar, media platformaları, sosial şəbəkə aparıcıları qeyri-standart, yarımçıq, yad dillərin təsiri altında yaranmış konstruksiyaları dövriyyəyə buraxanda, milli informasiya mühiti təhrifə uğrayır. Bu isə tədricən milli identiklikdə boşluq yarada bilər. Dildə saflığı milli ruhun saflığı bilənləri haqlı sayıram. Əgər dil gərgin deformasiyaya uğrayırsa, sanki Azərbaycan kimliyinin sütunları da aşınmağa başlayır. Unutmayaq ki, Cümhuriyyət dönəmində ilk böyük milli layihə Azərbaycan dilinin dövlət dili elan edilməsi idi. Sovet dönəmində də ən önəmli dirəniş nöqtəmiz məhz dil olub. Günümüzdə isə bu dirəniş yeni mərhələyə qədəm qoyur. Söhbət yad təsirlərdən özümüzü qoruma, milli düşüncəni milli dildə ifadə etmə, dilimizi müasirləşdirərək saflaşdırma mərhələsindən gedir.Bəs Azərbaycan dili azərbaycançılığı necə gücləndirir?

Birincisi, dil milli özünüdərk yaradır. Azərbaycan dilində danışmaq – ünsiyyətdən üstün, milli aidiyyət hissinin gündəlik təsdiqidir. Bu, özəlliklə gənclər üçün identiklik tərbiyəsidir;

İkincisi, dövlətçilik düşüncəsini gücləndirir. Rəsmi idarəetmədə, medianın əsas platformalarında dilin saflığı ciddiyyət, mədəni səviyyə və intellektual nüfuz yaradır;

Üçencüsü, dil milli mədəniyyətin qoruyucusudur. Aşıq yaradıcılığı, muğam, dastanlar, klassik poeziya – bunların hamısı dili qoruyaraq, dildə qorunaraq bizə gəlib çatıb. Dil saf olmasa, bu irs gələcək nəsillərə tam ötürülə bilərmi?

Dördüncüsü, dil, bir növ, dünyaya açılma modelimizdir. Azərbaycan dilinin qorunması digər dillərlə rəqabəti əngəlləmir; əksinə, özünəxas kimlik yaradır. Heç bir güclü millət öz dilini zəiflədərək qloballaşmayıb. Azərbaycan da, haqlı olaraq, bu yolla gedir.

Beləliklə, dil – milli varlığımızın təməl qatıdır. Prezidentin verdiyi mesaj dilçilərə akademik tapşırıq olmaqla bitmir və cəmiyyətimizə ünvanlanmış milli kimlik çağırışı olaraq qavranmalıdır. Dilimizin saflığı estetik məsələ olmaqdan daha üstün – strateji məsələdir.

Qoruduğumuz hər bir söz, seçdiyimiz ifadələr, yazdığımız hər mətn azərbaycançılığın bir kərpici deməkdir. Bu səbəbdən ana dilinin saflığının qorunması – həm milli borcumuzdur, həm də gələcək nəsillərə böyük mirasımız”.

Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Makron Bakıya qarşı yeni plan qurub - bir özbək milyarderin üzərindən...

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

SON XƏBƏRLƏR

22.09.2026 / 23:34
Ərdoğanın BMT-də çıxışı zamanı İsrail heyəti, Trampın çıxışı zamanı isə kubalılar zalı tərk etdi…

22.09.2026 / 23:08
Nyu-Yorkda ABŞ və İran arasında 3 saat davam edən sürpriz görüş - Tramp açıqladı…

22.09.2026 / 22:53
Səfirlik İranda qalan vətəndaşlarımızın ölkəyə qayıtması məsələsinə aydınlıq gətirdi - quru yolla...

22.09.2026 / 22:47
İran Hörmüzü açmaq üçün ABŞ qarşısında şərt qoydu – blokada və hərbi təzyiqi dayandırın...

22.09.2026 / 22:30
NATO Rusiya sərhədində nüvə silahı yerləşdirir - Litva ilk addımı atdı...

22.09.2026 / 22:19
Lukaşenkonun Suvalk təlimi - Avropa Rusiya ilə müharibə hazırlığına başladı...

22.09.2026 / 22:12
"...Azərbaycan və Ermənistan arasında davamlı sülh bərqərar olacaq" - Ərdoğan

22.09.2026 / 21:57
Vahid məktəbli formasına xor baxanlara mesaj - Bilirsiniz bu forma nələr edir...

22.09.2026 / 21:35
Sərhədlər açıq olsaydı Rusiya Tiflisə qarşı bu planı Bakıya da tətbiq edərdi...

22.09.2026 / 21:18
Özbəkistanın Türkiyə dəmiryollarına çıxışı Naxçıvana böyük gələcək vəd edir...

22.09.2026 / 21:02
Putin Ermənistan dövlətini təbrik etdi, Paşinyanı təbrik etmədi...

22.09.2026 / 20:43
Paşinyan mövqeyini dəyişmir: Rusiyanın Ermənistan dəmir yollarını idarə etməsinə son qoyulmalıdır...

22.09.2026 / 20:27
Revanşçılar Ermənistanın müstəqilliyini Kərki kəndində qeyd etdilər - Kərki ilə bağlı plan gözlərində qalacaq...

22.09.2026 / 20:23
“Formula 1”lə əlaqədar sabahdan universitetlərdə dərslər distant olacaq

22.09.2026 / 20:10
Xristianlığı dövlət dini kimi ilk qəbul edən Azərbaycan dövləti - Erməni iddiaları zibilliyə atıldı...

22.09.2026 / 19:54
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının açılışında iştirak edib

22.09.2026 / 19:47
İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırılır...

22.09.2026 / 19:36
Lənkəranda evdən içərisində 75 min manat olan seyf oğurlandı...

22.09.2026 / 19:30
"Azərbaycan Prezidenti bildirdi ki, 6 ayda möcüzə yaratmışam" - Tramp

22.09.2026 / 19:27
Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı oldu - FOTO/VİDEO

22.09.2026 / 19:16
Makron Bakıya qarşı yeni plan qurub - bir özbək milyarderin üzərindən...

22.09.2026 / 19:04
Kommunist Partiyasının siyasi varisi Almaniyada hakimiyyətə gəlir

22.09.2026 / 18:55
Azərbaycandan Gürcüstanın ərazi bütövlüyünə tam dəstək - qondarma “seçkiləri”ni tanımırıq...

22.09.2026 / 18:48
Ermənistanın baş kəşfiyyatçısı Bakıda

22.09.2026 / 18:30
Tramp Çinlə birlikdə Rusiyaya qarşı “süni intellekt planı” işləyir...

22.09.2026 / 18:16
Avropanın elektrik təminatı Azərbaycan və Türkiyənin əlində cəmləşə bilər... Oktyabrda saziş...

22.09.2026 / 17:59
Paşinyan 102-ci bazadan sonra Rusiya sərhədçilərinin də ayağını ölkədən kəsmək istəyir...

22.09.2026 / 17:45
Neft 120 dollara qalxır - Yəməndə münaqişənin təsirləri regionun hüdudlarını aşdı...

22.09.2026 / 17:20
Azərbaycanla Türkiyə hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə edib

22.09.2026 / 17:15
Özbəkistan Fransa ilə İlham Əliyevdən xəbərsiz nə hazırlayıb - Usmanov işi...

22.09.2026 / 16:57
Eldəniz Quliyev: “Yaranan situasiya ilə əlaqədar yeganə çarəmiz ölkə başçısına müraciət etmək idi” - MÜSAHİBƏ

22.09.2026 / 16:39
ABŞ mliyyə naziri Hörmüz boğazı barədə inanılmaz sözlər danışdı...

22.09.2026 / 16:08
Putin Duma seçkisindən sonra ümumi səfərbərlik edəcək – Avropada panika...

22.09.2026 / 15:45
Ərdoğan BMT TŞ-də veto hüququnun ləğvini istədi – Rusiya qarşı çıxdı...

22.09.2026 / 15:37
Kənan Musayev: “Tələbimiz odur ki, alternativ namizdələrin iştirakı ilə seçki yenidən keçirilsin”

22.09.2026 / 15:35
ABŞ Lavrovun müavininə viza verməkdən imtina etdi...

22.09.2026 / 15:12
Maarif Məhərrəmbəyli: “Seçkinin nəticələri ləğv olunmalıdır”

22.09.2026 / 14:38
DİN müsabiqə elan edir

22.09.2026 / 14:30
“AzerGold” 2030-cu ilədək illik dövriyyəsini 1 milyard manata çatdırmağı hədəfləyir

22.09.2026 / 14:03
"Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır" - Prezident

22.09.2026 / 14:01
Prezident İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxundu

22.09.2026 / 13:57
Prezident: "Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür"

22.09.2026 / 13:55
"Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir" - Prezident

22.09.2026 / 13:49
IV Bakı Təhlükəsizlik Forumu işə başlayıb

22.09.2026 / 13:35
Bakıda daha bir estetik klinikada "ÇP" çıxdı - ali təhsili olmayan "kosmetoloq" əməliyyat aparır...

22.09.2026 / 13:22
Daşkəsəndə narkotiklərin satışı ilə məşğul olan şəxs saxlandı

22.09.2026 / 13:15
Qafqaz Albaniyasının möhür və damğaları

22.09.2026 / 13:03
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi

22.09.2026 / 12:48
Prezident: "Süni intellektin bədniyyətli istifadəsi terrorçuluqla mübarizənin səmərəliliyinə ciddi maneələr yaradır"

22.09.2026 / 12:45
"Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir" - Prezident

22.09.2026 / 12:38
Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb

22.09.2026 / 12:37
“Azərbaycan 23 saatlıq antiterror əməliyatı ilə bölgədə separatizm presedentinə birdəfəlik son qoydu”

22.09.2026 / 12:22
Yasamal rayonunda 21 Sentybar-Beynəlxalq Sülh Gününə həsr olunmuş “Ağ göyərçinin izi ilə” adlı rəsm sərgisi keçirilib

22.09.2026 / 12:01
Prezidentin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib - FOTO/YENİLƏNDİ

22.09.2026 / 11:55
"Azərbaycan müdafiə sənayesi imkanlarını genişləndirir" - Nazirlik rəsmisi

22.09.2026 / 11:28
Ukrayna “Rosneft”in Samaradakı neft emalı zavodunu ikinci dəfə bombaladı...

22.09.2026 / 11:11
Bakı Bulvarının bir hissəsinə giriş məhdudlaşdırılır...

22.09.2026 / 10:57
Türkiyədə orta məktəbə silahlı hücum - səkkiz şagird yaralandı...

22.09.2026 / 10:46
ABŞ-ın yeni Hörmüz planı - Körfəz ölkələrindən milyardlarla dollar pul istədi...

22.09.2026 / 10:23
Azərbaycan nefti ucuzlaşdı - 116 dollar...

22.09.2026 / 10:06
Bakı ilə Berlin arasında YENİ MƏRHƏLƏ: Siyasi maneələr aşılacaqmı?

22.09.2026 / 09:51
İrandan ABŞ və İsrailə müharibə xəbərdarlığı - cavabımız dağıdıcı və qəti olacaq...

22.09.2026 / 09:38
Bakıda bəzi məktəblər distant təhsilə keçdi

22.09.2026 / 09:30
QAİ indiki Ermənistan ərazisində Alban irsinin öyrənilməsi üçün işçi qrup yaratdı...

22.09.2026 / 09:04
Nərimanovda mopeddən 490 manatlıq oğurluq edən şəxs saxlandı

22.09.2026 / 08:29
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı

22.09.2026 / 08:02
İngiltərənin daha bir şəhəri qaçqınlara qarşı ayağa qalxdı - referendum baş tutsa, əhalinin 90 faizi “yox” deyəcək…

22.09.2026 / 07:17
Burnham Səudiyyəni husilərdən qoruyacaq - Baş nazir Kral Hərbi Hava Qüvvələrini səfərbər edir…

22.09.2026 / 06:59
Tramp özünə tənqidsiz-şərhsiz 24 saatlıq telekanal yaratdı - azad medianı isə “demokratiya üçün təhlükə” adlandırdı

22.09.2026 / 06:50
Şimali Kipr Türk Respublikası Xarici İşlər Nazirliyi bəyanat yaydı

22.09.2026 / 06:40
Atatürk Universiteti məzunlarını Bakıda bir araya gətirir

22.09.2026 / 06:30
Putin G20-lərin sammitində iştirak etməyəcək - Cinə isə gedəcək…

22.09.2026 / 06:01
Pentaqonun Polşada hərbi baza açmaq planı ertələndi

21.09.2026 / 23:08
ABŞ-dan bütün dünyaya İran təhdidi - dollar sistemindən çıxarılacaqsınız…

21.09.2026 / 22:45
Tramp ABŞ ordusuna husilərə hücum əmr verdi, qısa müddət sonra qərarını ləğv etdi...

21.09.2026 / 22:19
Avroittifaq Rusiyaya qarşı sanksiyaları uzadır - milyarderlər siyahıdan çıxarılır…

21.09.2026 / 21:56
Tramp Rusiyanın neft sənayesi üzərində nəzarəti itirdiyini dedi – zavodların çoxu vuulub…

21.09.2026 / 21:40
Paşinyan Rusiyanı Ermənistanda ancaq metro tikintisinə buraxır...

21.09.2026 / 21:22
"Karusel səsverməsi" Putinin də, Dumanın da dadına yetişdi...

21.09.2026 / 21:07
Azərbaycan 2023 - Antiterroru keçirməsəydi... Olacaq hansı dəhşətlərdən yan keçdik...

21.09.2026 / 20:42
Paşinyan Putinə - “qonşu ilə münaqişədə olan Ermənistanla sülh içindəki Ermənistanın fərqini bilin”...

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ