çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

ABŞ-da 907-ci anti-Azərbaycan sənədinin tam ləğvi müzakirə olundu...

Image


ABŞ-da səfərdə olan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkədə bir sıra görüşlər keçirərək Azərbaycan-ABŞ münasibətlərinin cari vəziyyətini və inkişaf perspektivlərini müzakirə edib.

Səməd Seyidov özü bildirib ki, avqustun 8-də Vaşinqtonda imzalanmış sənədlər artıq Azərbaycan-ABŞ münasibətlərini yeni mərhələyə yüksəldib. Bu sənədlər strateji əlaqələrin yaradılmasına, regionda sülh, əmin-amanlıq və inkişafın təmin olunmasına, həmçinin Azərbaycanın milli maraqlarının ən yüksək səviyyədə qorunmasına xidmət edir: “Bu məsələlər içərisində xüsusi yer tutan 907-ci düzəliş illər boyu Azərbaycana qarşı qeyri-obyektiv və ədalətsiz formada tətbiq olunub. 1992-ci ildə erməni lobbisinin təsiri ilə qəbul edilmiş bu düzəliş Azərbaycan üçün ciddi məhdudiyyətlər yaratmışdı. Vaşinqtonda Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə ABŞ prezidenti Donald Tramp tərəfindən imzalanmış və uzun illər ədalətsiz sayılan 907-ci düzəlişin ləğv edilməsi barədə sənəd Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edir. ABŞ tərəfindən Azərbaycana qarşı uzun illər mövcud olmuş ədalətsizliyin aradan qaldırılmasına şərait yaradan bu addımdan sonra Birləşmiş Ştatlarda ölkəmizlə bağlı münasibətlər tamamilə yeni mərhələyə keçib”. Səfər çərçivəsində konqresmenlərlə keçirilən görüşlər zamanı Donald Trampa təşəkkür ifadə olunub, sülh prosesinə dəstək konkret şəkildə vurğulanıb və artıq 907-ci düzəlişin yalnız müvəqqəti dondurulmasından deyil, tam gündəmdən çıxarılmasından danışılır: “ABŞ-da yaranmış yeni ab-hava Azərbaycanın müstəqilliyini, suverenliyini və sülh istiqamətində fəaliyyətini dəstəkləyən mövqelərin artdığını göstərir. Bu dəyişiklik Azərbaycan üçün strateji əhəmiyyət daşıyır və regionda sülhün, əməkdaşlığın və inkişafın təşviqinə xidmət edir”. Deputat əlavə edib ki, 907-ci düzəlişin tam ləğvi ABŞ tərəfindən Azərbaycana qarşı tarixi ədalətsizliyin aradan qaldırılması deməkdir: “Məhz buna görə erməni lobbisi, onların tərəfdarları və onlara dəstək verən qurumlar hələ də bu məsələ ilə maraqlanır və müdaxilə etməyə çalışırlar. Bununla yanaşı, 907-ci düzəlişin ləğvi Azərbaycan-ABŞ münasibətlərini tamamilə yeni mərhələyə yüksəltməyə şərait yaradır. Bu addım ticarət, iqtisadiyyat, süni intellekt, rəqəmsal texnologiyalar, logistika, hərbi əməkdaşlıq və digər sahələrdə əlaqələrin daha keyfiyyətli inkişafına imkan verir. 907-ci düzəlişin ləğvi faktiki olaraq rəmzi xarakter daşıyır, çünki Azərbaycan bu ədalətsiz qərarın yaratdığı mənfi nəticələri artıq öz siyasəti, xalqı və gücü vasitəsilə həll edib. Bu gün Azərbaycan tamamilə yeni istiqamətdə və səviyyədə fəaliyyət göstərir. Azərbaycan sülh istiqamətində təşəbbüslər göstərən bir dövlət kimi işğala son qoyub, separatizmin kökünü kəsib. Biz kommunikasiyaların açılmasını təşviq edərək, Ermənistanı sülhə dəvət etmişik”. Qeyd edək ki, Tramp 2025-ci ilin 8 avqust tarixində 907-ci düzəlişin icrasını dayandırmaq haqqında memorandum imzalayıb. Amma memorandum düzəlişin tam ləğvi üçün yetərli deyil. Sadəcə ABŞ prezidenti düzəlişin icrasını müvəqqəti dayandırıb. Tam ləöv üçün qərar Konqresdə qəbul edilməlidir. İndi rəsmi Bakı Konqresdən 907-ci düzəlişin tam ləğvini tələb edir. Çünki düzəlişi ləğv etmək hüquqi baxımdan Konqresin səlahiyyətidir. Bu o deməkdir ki, tam ləğv üçün Konqresdə qanuni proses aparılmalıdır.

Qeyd edək ki, 907-ci düzəlişin tam ləğvinin Azərbaycan–ABŞ münasibətlərinə təsiri çoxşaxəli və strateji baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu düzəliş 1992-ci ildən etibarən ABŞ Konqresi tərəfindən Azərbaycana qarşı tətbiq olunan siyasi məhdudiyyət kimi qiymətləndirilir və ölkə ictimaiyyətində uzun illərdir ədalətsiz addım hesab olunur. Onun ləğvi Azərbaycanın beynəlxalq mövqelərinə, ABŞ-la qarşılıqlı əlaqələrinə, regiondakı geosiyasi balanslara və iqtisadi imkanlara birbaşa təsir göstərə bilər. Bu addım yalnız hüquqi dəyişiklik deyil, iki ölkə arasında daha etibarlı, açıq və bərabərhüquqlu əməkdaşlıq üçün mühüm psixoloji və diplomatik baza formalaşdırır. Xarici İşlər naziri Ceyhun Bayramovun sözlərinə görə, düzəlişin tam ləğvi Azərbaycan–ABŞ münasibətlərində yeni mərhələnin başlanğıcı ola bilər ki, bu da Vaşinqtonla Bakı arasında siyasi dialoqun daha intensiv və qarşılıqlı faydaya əsaslanması deməkdir. Düzəlişin ləğvi iqtisadi sahədə də geniş imkanlar yarada bilər. İlk növbədə, ABŞ tərəfindən dövlət səviyyəsində birbaşa yardımların və investisiya dəstəyinin açılması mümkündür. ABŞ-dan gələcək maliyyə axınlarının artacağı ilə bağlı proqnozlar iqtisadiyyatın diversifikasiyası üçün yeni üfüqlər açır. Qeyri-neft sektoru, xüsusilə innovasiya, texnologiya, kənd təsərrüfatı və elmi tədqiqat sahələri bu yardımlar sayəsində inkişaf edə bilər. Bu, həm Azərbaycan iqtisadiyyatının dayanıqlığına xidmət edər, həm də ABŞ şirkətlərinin regionda daha geniş iştirakına şərait yaradar. ABŞ-dan investisiya və texnoloji dəstəyin güclənməsi ölkənin dünya iqtisadi sistemində mövqeyinin möhkəmlənməsinə təkan verər. Strateji və təhlükəsizlik sahəsində düzəlişin ləğvi daha ciddi nəticələr doğuracaq. ABŞ-ın Azərbaycana qarşı məhdudiyyətləri aradan qaldırması ikitərəfli təhlükəsizlik əməkdaşlığını genişləndirəcək. Sərhəd təhlükəsizliyi, antiterror proqramları, hərbi təlimlər və texniki yardım kimi sahələrdə ABŞ-la əməkdaşlıq daha geniş vüsət alacaq. Ehtimal olunur ki, bu proses Azərbaycanın müdafiə qabiliyyətinin güclənməsinə və regionda sabitliyin möhkəmlənməsinə töhfə verər. Bununla yanaşı, ABŞ-ın Cənubi Qafqazdakı mövqeyi də güclənəcək və Vaşinqton regionda daha təsirli oyunçuya çevrilə bilər. Enerji layihələrində və nəqliyyat-tranzit marşrutlarında ABŞ-ın Azərbaycana verdiyi dəstək həm ölkənin qlobal enerji siyasətində rolunu artıracaq, həm də regionun iqtisadi inteqrasiyasına yenilik gətirəcək. Bütün bu faktorlar nəzərə alındıqda, 907-ci düzəlişin tam ləğvi Azərbaycan–ABŞ münasibətlərində mühüm dönüş nöqtəsi rolunu oynaya bilər. Bu qərar siyasi, iqtisadi, strateji və humanitar sahələrdə iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə imkan verəcək. Azərbaycanın geopolitik mövqeyi, enerji və nəqliyyat layihələrində oynadığı rol, ABŞ-ın regional maraqları ilə üst-üstə düşdüyü üçün, bu inkişaf qarşılıqlı faydalı tərəfdaşlığın güclənməsinə şərait yarada bilər.

Samirə SƏFƏROVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

29.09.2026 / 15:37
Tramp İrana qarşı sanksiyaların azaldılması ilə bağlı xəbərləri təkzib etdi…

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 14:21
Prezident İlham Əliyev Pezeşkianı təbrik etdi

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

29.09.2026 / 12:45
Bakıya gələn Qazaxıstan vətəndaşının üzərindən 4 milyonluq brilyant çıxdı

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ