Trampın "Kuba çox tezliklə yıxılacaq…” sözlərinə cavab olaraq Kubada milli qəhrəman Xose Martinin doğum günü münasibətilə məşəl yürüşü keçirilib.
Yürüşdə Kuba lideri Diaz-Kanel şəxsən iştirak edərək, "Heç kim bizə nə edəcəyimizi deyə bilməz"- deyə bildirib.
Qeyd edək ki, Venesueladakı əməliyyatdan sonra Kubaya neft daşınmasının dayandırılması adada elektrik kəsintilərini və yanacaq növbələrini artırıb. Havana Universitetinin tələbələrinin məşəl yürüşü Ağ Evə cavab məqsədi daşıyıb.
SAMİRƏ