Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) və Daxili İşlər Nazirliyinin Baş Təhlükəsizlik İdarəsi tərəfindən keçirilən birgə əməliyyat zamanı İran kəşfiyyat xidmətləri üçün siyasi və hərbi casusluqda şübhəli bilinən altı nəfər saxlanılıb.
Əməliyyatlar eyni vaxtda Ankara, İstanbul, Van, Samsun və Yalovadakı ünvanlarda keçirilib. Saxlanılan şəxslərin SEPAH-ın kəşfiyyat xidmətləri ilə əlaqəli olduqları ehtimal edilir.
Şübhəlilərin Türkiyədə, o cümlədən xaricdə yerləşən hərbi bazalar və strateji əhəmiyyətli obyektlər haqqında məlumat topladıqları aşkar edilib. “Saxlanılan şəxslər Adanadakı “İncirlik” Hava Bazasının müşahidəsini təşkil edərək, toplanmış kəşfiyyat və logistika məlumatlarını İran kəşfiyyatına ötürüblər. Şübhəlilər, həmçinin Türkiyə üzərindən üçüncü ölkələrə pilotsuz uçuş aparatlarının ötürülməsini də izləyiblər” - deyə Türkiyə mediası yazır.
ZÜMRÜD