Bazar günü günü, 26 iyul 2026
     

AB İran SEPAH-ını terror qurumu kimi tanımağa hazırlaşır - 1 təşəbbüsə 2 dövlət də qoşuldu...

Image


Avropa Birliyində İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatı kimi tanınması məsələsi son illərdə ilk dəfə deyil gündəmə gəlir, lakin bu dəfə müzakirələr əvvəlkilərlə müqayisədə daha real və praktik mərhələyə keçib. Xüsusilə İtaliyanın təşəbbüsü ilə bu mövzu Aİ-nin xarici siyasət gündəminin mərkəzinə çıxıb və bu sadəcə siyasi bəyanatlar deyil, hüquqi və institusional nəticələr doğura biləcək qərar ehtimalı müzakirə olunur. Artıq Fransa və İspaniya İtaliyanın bu təşəbbüsünü dəstəklədiklərini açıqlayıb.

Avropa Birliyi bu cür bir addımı əsaslandırarkən bir neçə xətt üzrə arqument irəli sürür. Birincisi, SEPAH-ın Yaxın Şərqdəki silahlı qruplara verdiyi dəstək Aİ tərəfindən regional sabitliyə birbaşa təhlükə kimi qiymətləndirilir. Hizbullah, HƏMAS, Yəməndə husilər və İraqdakı şiə silahlı dəstələri ilə SEPAH arasında qurulan əlaqələr Avropa paytaxtlarında artıq təkcə “regional problem” yox, Avropanın təhlükəsizliyinə təsir edən faktor kimi qəbul edilir. İkincisi, Aİ SEPAH-ı İran daxilində insan haqlarının kütləvi şəkildə pozulmasında əsas icraçı strukturlardan biri sayır. Etirazların zorakılıqla yatırılması, həbslər və repressiyalar zamanı SEPAH-ın rolu Brüssel üçün bu qurumu sırf hərbi təşkilat deyil, ideoloji və repressiv mexanizm kimi təqdim edir. Üçüncüsü isə Avropa kəşfiyyat və təhlükəsizlik qurumlarının iddialarına görə, SEPAH Avropa ərazisində də kəşfiyyat fəaliyyəti, təzyiq və hətta sui-qəsd planlarında dolayı və ya birbaşa iştirak edib ki, bu da terror təşkilatı kimi tanınma üçün hüquqi əsas kimi göstərilir.

Əgər Aİ həqiqətən bu qərarı qəbul etsə, nəticələr çoxşaxəli və kifayət qədər ağır ola bilər. İlk və ən birbaşa nəticə hüquqi və maliyyə sahəsində özünü göstərəcək. SEPAH-la əlaqəli bütün qurumların və şəxslərin Avropadakı aktivləri dondurula, onlarla hər hansı maliyyə və iqtisadi əməkdaşlıq cinayət məsuliyyəti yarada bilər. Bu, xüsusilə SEPAH-ın İran iqtisadiyyatındakı geniş payını nəzərə alsaq, Avropa-İran ticarət əlaqələrinə ciddi zərbə vuracaq. Bir çox Avropa şirkəti İran bazarından tamamilə çəkilmək məcburiyyətində qala bilər, çünki SEPAH-ın dolayı iştirak etdiyi sahələrdən yan keçmək faktiki olaraq mümkünsüzdür.

Siyasi və diplomatik müstəvidə isə münasibətlərin daha da gərginləşməsi qaçılmaz görünür. İran tərəfi artıq indidən belə bir addımı “qırmızı xətt” adlandırır və cavab tədbirləri ilə hədələyir. Bu cavablar səfirlərin geri çağırılması, diplomatik əlaqələrin məhdudlaşdırılması və ya Avropanın Yaxın Şərqdəki maraqlarına qarşı daha sərt mövqe ola bilər. Eyni zamanda, İranın Avropa ilə aparılan nüvə danışıqlarında daha sərt mövqeyə keçməsi ehtimalı da artır. SEPAH-ın terror təşkilatı kimi tanınması Tehranın gözündə kompromis imkanlarını daraldan və “Qərbin düşmən mövqeyini” təsdiqləyən addım kimi təqdim olunacaq.

Təhlükəsizlik baxımından da nəticələr ikitərəfli ola bilər. Aİ tərəfdən baxıldıqda, bu qərar SEPAH-la əlaqəli şəbəkələrin Avropada fəaliyyətini məhdudlaşdırmaq, hüquq-mühafizə orqanlarının əlini gücləndirmək üçün alət rolunu oynaya bilər. Digər tərəfdən isə İran və ona yaxın qrupların Avropaya qarşı qeyri-simmetrik cavab addımları riski də arta bilər. Bu, kiberhücumlar, siyasi təzyiq mexanizmləri və ya regionlarda Avropa maraqlarının hədəfə alınması şəklində özünü göstərə bilər.

Nəticə etibarilə, SEPAH-ın terror təşkilatı kimi tanınması Aİ üçün təkcə simvolik və ya mənəvi mövqe deyil, çox ciddi strateji seçimdir. Bu qərar Avropa Birliyinin İranla münasibətlərində “təzyiq və məhdudlaşdırma” xəttini açıq şəkildə üstün tutduğunu göstərər və dialoq imkanlarını xeyli daraldar. Məhz buna görə də Aİ daxilində hələ də tərəddüd var: bir tərəfdə təhlükəsizlik və dəyərlər arqumenti, digər tərəfdə isə regionda daha böyük eskalasiyanın və diplomatik kanalların tam bağlanmasının riski dayanır. Bu balansın necə qurulacağı yaxın dövrdə Avropa-İran münasibətlərinin gələcəyini müəyyən edəcək əsas amillərdən biri olacaq.

Akif NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Bankı ləğv edilən Mehdiyev nələrdən oldu?..

Rusiya gizli görüşü danır - Belə də Putinin inanılmış adamı müharibədən 2 həftə sonra Bakıya niyə gəlmişdi?

Azərbaycan Türkiyədən S-400 raketlərini almalıdırmı?..

SON XƏBƏRLƏR

26.07.2026 / 14:29
ABŞ raket çatışmazlığı təhlükəsi ilə üzləşdi - İrana qarşı hücumlar dayandırılır...

26.07.2026 / 14:10
Ermənistanın pendir ixracı da təhlükə ilə üzləşdi - Rusiya idxalı dayandırsa ölkə gəlirlərin 80 fazini itirəcək...

26.07.2026 / 12:49
İran 200-dən çox Amerika əsgərinin öldürüldüyünü iddia etdi...

26.07.2026 / 12:24
Ukraynanın müvəqqəti işlər vəkili İran XİN-ə çağırıldı...

26.07.2026 / 11:50
Ermənistan güləşçiləri dünya çempionatında iştirak etmək üçün Bakıya gəldi

26.07.2026 / 11:17
Prezident İlham Əliyev Maldiv Prezidentini təbrik etdi

26.07.2026 / 10:32
Ukrayna Xəzərdə İranın ticarət gəmisini vurdu – ölən və yaralanan var...

26.07.2026 / 09:11
Xəzər dənizində zəlzələ olub

25.07.2026 / 23:11
İran ABŞ-ın 11 qırıcısını və 17 PUA-sını vurdu – SEPAH-dan iddia…

25.07.2026 / 22:46
ABŞ-ın İrana dünənki hücumları niyə təxirə salındı? - Trampdan orduya yeni əmr gəldi…

25.07.2026 / 22:17
Keçmiş İran səfiri: "ABŞ İrana qarşı quru hücumuna hazırlaşır"

25.07.2026 / 20:21
Tokayev Rusiya-Ukrayna müharibəsini Azərbaycan-Ermənistan münaqişəsi ilə müqayisə etdi...

25.07.2026 / 19:25
ABŞ İrana qarşı yerüstü əməliyyata başlayır? - İranlılar silahlanaraq sahilə axın edirlər... - VİDEO

25.07.2026 / 18:10
Gürcüstanda enerji böhranı – təxribat, ya...? - DTX hərəkətə keçdi...

25.07.2026 / 17:57
Ukrayna Xəzərdə İrana hərbi yük daşıyan Rusiya gəmilərini vurdu...

25.07.2026 / 17:35
Belarusun Brest şəhəri ilə Naxçıvan şəhəri qardaşlaşır...

25.07.2026 / 17:20
Cənubi Qafqazda uzunmüddətli barışığın formalaşdırılması Azərbaycan xarici siyasətinin mərkəzi hədəfidir

25.07.2026 / 17:05
Gürcüstanda enerji böhranı - Bakı-Tbilisi qatarı da yolda qaldı...

25.07.2026 / 16:48
Husilər Aramco şirkətini vurdu - Səudiyyənin iki şəhərinə uçuşlar dayandırıldı...

25.07.2026 / 16:34
DİN anası tərəfindən zəncirləndiyi deyilən uşaqla bağlı araşdırmalara başladı...

25.07.2026 / 16:21
Rusiyadan Azərbaycana onlayn pul köçürmələri dayandırıldı...

25.07.2026 / 16:07
Ukrayna Tümendə neft zavodunu vurdu - güclü yanğın başladı... - VİDEO

25.07.2026 / 15:54
Husilər Səudiyyəni təhdid etdi – bunu cavabsız qoymayacağıq...

25.07.2026 / 15:41
ABŞ-dan sonra daha iki Körfəz ölkəsi İrana hücum etdi – ŞOK İDDİA...

25.07.2026 / 15:16
Siz deməyin 50 min il əvvəl ermənilərin babaları Ermənistan yaylasında daş alətlər düzəldirmişlər...

25.07.2026 / 15:00
Tramp ABŞ konstitusiyasını heçə saydı - yenidən prezidentliyə namizəd olacağam...

25.07.2026 / 14:48
70 illik ömür yolu – Fazil Şükürov...

25.07.2026 / 14:36
Gədəbəydə avtoxuliqanlıq edən sürücülər saxlandı

25.07.2026 / 14:27
HƏSƏN BƏY ZƏRDABİNİ ANARKƏN

25.07.2026 / 14:05
Prezident İlham Əliyev Milix Yevdayevi təltif etdi

25.07.2026 / 13:50
Ukraynada “uşaq böhranı” getdikcə dəhşətli şəkil alır...

25.07.2026 / 13:34
Əsrin boşanması – milyarder həyat yoldaşına 644 milyon dollar təzminat ödəyəcək...

25.07.2026 / 12:57
Polis Şüvəlanda əməliyyat keçirdi, çətənə yetişdirən şəxs saxlandı

25.07.2026 / 12:40
TÜRKPA ABŞ Nümayəndələr Palatasının qanun layihəsini pislədi...

25.07.2026 / 11:25
DİN bir gündə 45 kq-dan çox narkotik ələ keçirdi

25.07.2026 / 11:06
Narkoman və “alkaş” Səudiyyə şahzadəsinin London otelində ölümünü 6 ay gizlədiblər...

25.07.2026 / 09:27
Rus qazından imtina edən Avropa ABŞ-dan asılı vəziyyətə düşür...

24.07.2026 / 22:17
Yaxın Şərqdə ABŞ-ın mühüm kəşfiyyat bazaları ifşa olundu - Rusiya məlumatlar sızdırdı...

24.07.2026 / 21:55
Rusiyaya qarşı ABŞ-ın “rüsum müharibəsi” başladı - Azərbaycan problemdən yan keçdi...

24.07.2026 / 21:39
Özgür Özəl 91 deputatla CHP-dən çıxdı - Kılıcdaroğlunun “mutlak butlan” planı iflas etdi(?)...

24.07.2026 / 21:25
ABŞ-İran müharibəsinə bölgənin bu dövlətləri də qoşula bilər...

24.07.2026 / 21:10
Kaliforniya erməniləri Trampçıların dəstəyilə Konqresdə Azərbaycana qarşı daha bir qətnamə çıxardılar...

24.07.2026 / 20:57
Senat İrana qarşı quru əməliyyatlara yaşıl işıq yandırdı... Tramp bölgəyə çoxli tibb işçisi gətirir...

24.07.2026 / 20:45
Marşal Fondu Azərbaycanın Orta Dəhlizinə yeni status verdi...

24.07.2026 / 20:31
ABŞ İranın ən böyük sahibkarlarından birinin "şəbəkəsinə" sanksiyalar tətbiq etdi

24.07.2026 / 20:27
Bakı Qızlar Universiteti bağlanır? - Universitet açıqlama yaydı...

24.07.2026 / 20:23
Yunanıstan “Axilles Qalxanı”na üz tutur

24.07.2026 / 20:16
Meşə yanğınları Fransada 60 min insanın qaçqın düşməsinə səbəb oldu

24.07.2026 / 19:53
Səhiyyə və təhsilə bu qədər vəsait qoyuruq, Dünya Bankı bizi niyə ermənilərdən və gürcülərdən “aşağı tutdu”...

24.07.2026 / 19:40
ABŞ-dan Ukraynaya kömür daşıyan gəmi Rumıniya sahillərində vuruldu...

24.07.2026 / 19:35
Gürcüstanın Kulevi Neft Emalı Zavodu da Rusiyanın “oduna yandı”…

24.07.2026 / 19:31
Ermənilərin məhkəməsində prokurorların çıxışı davam edir - FOTO

24.07.2026 / 19:22
Lavrov Moskvanın “istənilən halda” Ukraynada məqsədinə çatacağından əmindir…

24.07.2026 / 19:07
49 mindən çox içkinin tarixini dəyişib təkrar satışa çıxaracaqdılar - AQTA vaxtında yetişdi...

24.07.2026 / 18:52
AB Rusiyaya görə Gürcüstanın yeganə neft zavoduna da sanksiya tətbiq etdi...

24.07.2026 / 18:34
Tramp İranda sonu görünməyən müharibə risqi ilə üzləşir – Ağ Ev müşavirləri narahatdır...

24.07.2026 / 18:03
Tramp ABŞ-ın 60 ticarət tərəfdaşına yeni tariflər tətbiq etdi - bu, ədalətsizlikdir...

24.07.2026 / 17:47
İran Bəhreyndə “Amazon” məlumat mərkəzini vurdu...

24.07.2026 / 17:31
ABŞ da, İran da quru əməliyyatlara hazırlaşır... "200 əsgər İran əsirliyində..."

24.07.2026 / 17:16
Paşinyan siyasi rəqiblərini sahədə bir-bir dənləyir...

24.07.2026 / 17:08
Ermənipərəst rüşvətxor Menendes getdi, indi də onun davamçısı konqresmen Şerman iş başında - Milli Məclisdən ABŞ Konqresinə etiraz...

24.07.2026 / 16:55
Rusiyanın neft emalı zavodlarına zərbələr ABŞ və Avropaya da təsir etməyə başlayıb...

24.07.2026 / 16:31
“Dollar iynəsindən” xilas olan Rusiya bu dəfə "yuan qarmağına" keçdi

24.07.2026 / 15:53
Paşinyan katolikos Qaregini parlamentə buraxmadı...

24.07.2026 / 15:49
Ermənistanda "fermer inqilabı" gözlənilir...

24.07.2026 / 15:42
Tramp Səudiyyə ilə nüvə sazişini "İsraili tanımaq" tələbindən azad etdi...

24.07.2026 / 15:28
Rusiyanın sıxılmış qazı Afinanın sayəsində 21-ci sanksiyadan yaxasını hələlik qurtardı...

24.07.2026 / 15:13
"Moskva Krımın üzərindən keçəcək" - Zelenskinin yeni planları...

24.07.2026 / 15:02
Bankı ləğv edilən Mehdiyev nələrdən oldu?..

24.07.2026 / 14:41
Rusiya rəhbərliyindəki korrupsiyaya aid inanılmaz fakt: Dünyanın ilk kosmanavtının paltarının ABŞ-a satılması...

24.07.2026 / 14:10
Ukrayna Rusiyanın daha iki bölgəsində “Wildberries”in anbarlarını bombaladı...

24.07.2026 / 13:52
Rəşad Aslanov Azərbaycanın Türkiyədə səfiri təyin olundu...

24.07.2026 / 13:50
İtaliyadakı səfirimiz geri çağırıldı

24.07.2026 / 13:48
Rəşad Məmmədov Azərbaycanın Özbəkistandakı səfiri təyin edildi

24.07.2026 / 13:46
Azərbaycanın Türkiyədəki səfiri geri çağırıldı

24.07.2026 / 13:37
CHP-də ŞOK PARÇALANMA... Özgür Özel 91 deputatla yeni partiya qurur - parlamentdə çoxluğu da ələ keçirdilər...

24.07.2026 / 13:35
Yaxın Şərqdən neftin ixrac marşrutları bir-bir sıradan çıxarılır - dünya fəlakət astanasında...

24.07.2026 / 13:15
Növbəti köç karvanı Şükürbəyli kəndinə çatdı

24.07.2026 / 13:00
Qazaxıstanın Avropaya neft pəncərəsi bağlanır - əsas ümid Azərbaycanadır...

24.07.2026 / 12:20
“Sadə insan kimi tanınsam, daha yaxşıdır” - Taleh Yahyayev

24.07.2026 / 12:15
Montrö Konvensiyasına hücum başladı - Türkiyənin Qara dənizdə hakim mövqeləri hədəfdə...

Süni intellekt texnologiyaları təhsil proqramlarına necə inteqrasiya olunur...

XƏBƏR ARXİVİ