“Redaksiya hazırda Birinci Qarabağ müharibəsində həlak olmuş şəxslərin adlarının əbədiləşdirilməsi istiqamətində yeni layihə hazırlayıb, bu işi gələcək nəsillərə ötürmək, kitabın gələcək uğurunu, gələcək taleyini müəyyənləşdirmək istiqamətində atılacaq addımlara vacib iş kimi yanaşılır”.
baki-xeber.com-un məlumatına görə, bunu Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova Respublika Xatirə Kitabı Redaksiyasının Yasamal Rayon İcra Hakimiyyəti və YAP Yasamal rayon təşkilatı ilə birgə YAP Yasamal rayon təşkilatında “44 gün – Tarixi zəfər” adlı çoxcildliyin IV cildinin təqdimat mərasimində deyib.
N.Məmmədova bildirdi ki, Birinci Qarabağ müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə təxmini olaraq 10 cild kitabın hazırlanması nəzərdə tutulub.
İradə SARIYEVA