“Bizim qarşımızda duran ən böyük vəzifələrdən biri ideoloji işin gücləndirilməsi, gənclərdə vətənpərvərlik ruhunun hər zaman oyaq olması, onların bu ruhda tərbiyə olunmasıdır. Hazırda dünyamız nə qədər inkişaf etsə də yazılı nəşrlərə böyük ehtiyac var.
Düşünürəm ki, nə qədər çox kitablar, yazılı mətbuat, qəzetlər olsa bu bir o qədər bizim apardığımız ideoloji işə töhfə verəcək. Yəqin siz də fikir verdiniz, Davos formunda insanlara “Vaşinqton Post” qəzeti paylanırdı. Bu fakt özü bir daha qəzetlərin, kitabların nə qədər önəmli olduğunu göstərir”. baki-xeber.com-un məlumatına görə, bu sözləri millət vəkili Ceyhun Məmmədov Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının Yasamal Rayon İcra Hakimiyyəti və YAP Yasamal rayon təşkilatı ilə birgə YAP Yasamal rayon təşkilatında “44 gün – Tarixi zəfər” adlı çoxcildliyin IV cildinin təqdimat mərasimində deyib.
İradə SARIYEVA