Bakıda kirayə yaşayan şəxs dəm qazından boğularaq ölüb. Hadisə 28.01.2026-cı il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nizami rayonu ərazisində baş verib.
Belə ki, həmin ünvanda yaşayan Qənbəralıyev İmran Teymur oğlu və Məmiyev Ramazan Rafiq oğlu dəm qazının təsirindən zəhərləniblər.
Hadisə nəticəsində Ramazan Məmiyev hadisə yerində ölüb, İmran Qənbəralıyev isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Nizami rayon prokurorluğunda araşdırma aparılır.
ZÜMRÜD