Bazar ertəsi günü, 28 sentyabr 2026
     

ABŞ-dan Ukraynaya misilsiz xəyanət - ərazini Rusiyaya verin, əvəzində təminat verək...

Image


“Euronews”in yaydığı məlumata görə, Amerika Birləşmiş Ştatları (ABŞ) Ukraynaya təhlükəsizlik zəmanətini Rusiyaya ərazi güzəşti ilə əlaqələndirib. Bu xəbər doğrudursa mahiyyəti ondan ibarətdir ki, ABŞ Ukraynaya “təhlükəsizlik zəmanəti o halda veriləcək ki, Rusiyaya ərazi güzəştləri edilsin” mesajını verib.

Bu nə dərəcədə doğru xəbər ola bilər? Əgər doğrudan da Ukraynanın təhlükəsizliyi onun ərazi mübadiləsinə razılığı ilə əlaqələndiriləcəksə, Ukraynaya təhlükəsizlik zəmanətini ərazi güzəştinə satacaqlarsa, bu Ukrayna müharibəsinin taleyinə necə təsir edəcək?

“Alyans” SAM-ın sədri Abutalıb Səmədov baki-xeber.com-a bildirdiyinə görə, Rusiya Alyaska görüşünə qədər qəti şəkildə tələb edirdi ki, Krım və 4 vilayət inzibati sərhəddləri ilə Rusiya verilsin. A.Səmədov qeyd etdi ki, Alyaskada keçirilən görüşdə Putin Trampla müzakirələr zamanı bu tələbindən müəyyən qədər güzəştə getdi. “Bəyan etdi ki, Zaparoji və Xersonu inzibati sərhədləri ilə deyil, tutduğu ərazilər qədər istəyir. Yəni Zaporoji və Xersonun hardasa 75 faiz hissəsi Rusiyanın nəzarətindədir. Rusiya bununla kifayətlənmək öhtəliyi götürdü. Ancaq Dombası bütünlüklə tələb etdi, Tramp da razılaşdı. Danışıqlar Alyaskanın Ankoriç şəhərində keçirildiyinə görə, elə bu razılaşmanın da adı “Ankoriç formulası” kimi qaldı. Ondan sonra Avropanın dəstəyi ilə Ukrayna bu planı qəbul etmədi. Rusiya da dəfələrlə Trampa həmin “Ankoriç formula”sını xatırlatdı və razılaşmaya sadiq olduqlarını dedi. Ukrayna ilə danışıqlarda Trampla Putinin mövqeyi eynidir. İki məsələdə birmənalı şəkildə Putinin mövqeyini müdafiə edir. Birincisi, ərazi məsələsi Putinin tələb etdiyi kimi “Dombas bütünlüklə Rusiyaya verilməlidir” deyir. Ukraynanın nəzarətində olan hissədə azad iqtisadi, silahsızlaşdırılmış zona yaratmaq təklifləri verilsə də bu ərazinin Rusiyanın nəzarətinə verilməsini qəti şəkildə tələb edir. İkinci ciddi fikir ayrılığı təhlükəsizlik təminatı ilə bağlıdır. Məlumdur ki, “Avropa Arzulayanlar koalisiyası” deyilən bir qrup Ukraynada hərbi qüvvələrini yerləşdirmək istəyir. Sülh sazişi imzalandıqdan sonra Ukrayna ərazisində təbiidir ki, təmas xəttinə yaxın yerdə yox,təhlükəsiz yerdə hərbi qüvvələrini yerləşdirmək və bununla guya Ukraynaya təhlükəsizlik təminatı verməyi planlaşdırırlar. Rusiya bunu qətiyyətlə qəbul etmir, “Ukrayna ərazisində yalnız neytral qüvvələr ola bilər. Avropanın silahlı qüvvələri Ukrayna ərazisində yerləşə bilməz” deyir. ABŞ da bu mövqedən çıxış edir. Burada da Putinlə Trampın mövqeyi eynidir və ABŞ da hesab edir ki, Ukraynaya əgər xarici qüvvələrin yeridilməsinə ehtiyac varsa bu qüvvələr neytral dövlətlərdən təşkil oluna bilər. Neytral deyəndə kimlər nəzərdə tutula bilər? Rusiya Çini, Hindistanı və qlobal Cənubun digər təmsilçilərini nəzərdə tutur. Çin nə qədər neytral sayıla bilər? Bu da kifayət qədər mübahisəli məsələdir. ABŞ Bayden dövründə Ukraynanın ən yaxın müttəfiqi idi. Birinci müttəfiqi idi. İndi neytral sayıla bilər. Rusiya ABŞ-ın hərbiçilərinin Ukraynada yerləşdirilməsinə razılıq verəcəkmi? Çox güman ki, verməyəcək. Çünki hakimiyyətlər dəyişəndən sonra münasibətlər də dəyişir. Nəzərə alsaq ki, Tramp Amerika cəmiyyətində nüfuzunu itirməkdə davam edir, tamamilə mümkündür ki, növbəti seçkilərdə Demokratlar qalib gəlsin və onların da Rusiya- Ukrayna müharibəsinə münasibəti məlumdur.Bu səbəbdən çox güman ki, Rusiya ABŞ-ın hərbiçilərinin də Ukraynaya yeridilməsinə etiraz edəcək. Son Abu-Dabi danışıqlarında ərazi məsələsi ilə bağlı razılıq əldə olunmayıb. Çünki çox ağır məsələdir və Zelenski ərazi məsələsində güzəştə getməyə cəsarət etmir, ancaq təzyiqlər var. Təzyiqlər iki istiqamətdə təşkil olunub. Söhbət ABŞ-ın təzyiqlərindən gedir. Bir tərəfdən ABŞ nümayəndələri Zelenskinin korrupsiyaya bulaşdığını yaxşı bilirlər, əllərində kifayət qədər faktlar var və bu faktları ictimailəşdirmək hədəsi ilə Zelenskini güzəştlərə məcbur etmək istəyirlər. Çox təəssüf ki, Ukraynaya ayrılan yardımı bir hissəsini Zelenski və onun yaxın ətrafı mənimsəyib. Bu faktların ortaya çıxması şübhəsiz ki, Zelenskiyə çox ciddi problemlər yarada bilər. Digər tərəfdən, ABŞ qəti şəkildə deyir ki, əgər Ukrayna ərazi güzəştinə getməsə ABŞ ona veriləcək təhlükəsizlik təminatında iştirak etməyəcək. Bu təhlükəsizlik təminatı nədən ibarət ola bilər?

Məlumdur ki, Azərbaycanda 44 günlük müharibədən sonra Rusiya-Türkiyə Monitorinq Mərkəzi yaradıldı. Bu mərkəz atəşkəsə nəzarət etmək funksiyasını yerinə yetirirdi. Belə bir mərkəzin Ukraynada da yaradılması nəzərdə tutulur. Bu mərkəzin həlledici tərəflərindən biri ABŞ olacaq. Çox güman ki, monitorinq mərkəzində iştirakla ABŞ Ukraynanın təhlükəsizliyinə təminat verməyə cəhd göstərəcək. Digər məsələlərdə Rusiya razılığa gələcəkmi, ABŞ-ın hərbiçilərinin Ukraynada yerləşməsinə icazə verəcəkmi? Bu kifayət qədər çətin məsələdir və çox güman ki, Rusiya bu razılığı verməyəcək. Abu-dabi danışıqlarında bufer zona barədə də müəyyən müzakirələr keçirilib. Burada müəyyən irəliləyişlərin olduğu deyilir. Ancaq ən ağır, ən əsas məsələlər qalıb. Burada birinci məsələ şübhəsiz ki, ərazi məsələsidir. Zelenski bu məsələdə güzəşt etməyə çəkinir və bu məsələni hətta referenduma çıxaracağını deyir. Referendumun nəticəsi də çox güman ki, ABŞ-ın istədiyi kimi olmayacaq. Bu səbəbdən Tramp ona nail olmağa çalışır ki,Zelenskini ərazi güzəştinə getməyə məcbur etsin, onu təsdiq etmək məsələsi isə referendumda yox, parlamentdə həll olunsun. Tramp Ukrayna parlamentində çıxış etməyə də hazır olduğunu deyir”.

A.Səmədovun sözlərinə görə, Abu-Dabi görüşündən sonra élan olunub ki, bir həftədən sonra tərəflər yenə də təkrar görüşəcəklər və Putinlə Zelenskinin yaxın zamanda ya Moskvada, ya da Kiyevdə görüşməsi tamamilə mümkündür. “Bu qətiyyən real bir məsələ deyil. Zelenskinin Moskvaya gəlməsi, yaxud Putinin Kiyevə getməsi aydındır ki, mümkünsüzdür. Ancaq hər halda hansısa şəhərdə, İstanbulda, yaxud başqa bir yerdə belə bir görüşün baş tutması mümkündür və format da artıq müəyyənləşib. Çox güman ki, Zelenski ilə Putin birbaşa görüşməyəcəklər, danışıqlar aparmayacaqlar, ABŞ nümayəndələri ilə danışacaqlar. Ancaq üzbə-üz oturub danışmaları da mümkündür. Sənədlərin imzalanması məsələsi isə ABŞ ilə olacaq. Yəni həm Rusiya, həm də Ukrayna ABŞ-la bu sənədləri imzalayacaq. Rusiya ilə Ukrayna arasında sənədlərin imzalanması nəzərdə tutulmur. Danışıqlarda belə bir gərgin vəziyyət yaranıb. Zelenski çox güman ki, ABŞ-ı özünə qarşı qaldırmamaq üçün bu danışıqlarda iştirak edir.Ancaq ərazi güəştinə getmək barədə addım atmaq istəmir, qarşılığında ABŞ da Ukraynaya təhlükəsizlik təminatı verməyəcəyini deyir. Vəziyyətdən çıxış yolunun necə tapılacağını isə yəqin ki, fevralın 1-nə planlaşdırılan Abu-Dabi görüşü müəyyən qədər aydınlaşdıracaq.

Ukrayna ABŞ-a və Avropaya güvənərək bu müharibəyə girdi. Artıq ABŞ tamamilə Ukraynaya yardımları dayandırıb, yalnız kəşfiyyat məlumatları verir, bir də Avropa vasitəsilə silah satır. Avropanın tələb olunan yardımları göstərmək imkanı yoxdur. Ukraynaya təxminən ildə azı 90 milyard yardım göstərilməlidir, ancaq Avropa yalnız 2026-cı və 2027-ci ilə 90 milyard yevro yardım göstərmək haqqında qərar verib. Təbiidir ki, bu da Ukraynanın Rusiyanın qarşısında dayanmaq imkanlarını çox azaldıb. Ukrayna artıq irəli getmək barədə düşünmür. Çox təəssüf ki, ərazilərinin də ağır-ağır da olsa Rusiyanın nəzarətinə verir. Artıq hamıya aydındır ki, Ukraynanın bu müharibədən qələbə ilə yox, az torpaq itkisi ilə çıxması qeyri-mümkündür. Sülh sazişi ləngidikcə Ukrayna daha çox ərazi itirəcək. Zelenskinin və ondan əvvəlki prezidentlərin buraxdığı səhvlər cinayətdən də ağır siyasi səhvlərdir. Təbiidir ki, bu Ukraynaya baha başa gələcək”-deyə A.Səmədov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

27.09.2026 / 00:03
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

26.09.2026 / 23:23
"Bu münasibətləri kənar qüvvələrin təxribatlarına qurban vermək olmaz" - Bəhruz Quliyev

26.09.2026 / 21:18
Zelenski Trampdan Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" tətbiq etməsini istədi...

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:38
Oktyabrda Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək - FOTO

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ