ABŞ-ın İran siyasəti və son günlər hərbi donanmalarını Körfəz sularına göndərməsi region ölkələri tərəfindən diqqətlə izlənilir və bu ölkələrin ABŞ hücumları halında hansı mövqe tutacağı günün sualı olaraq qalır.
Bu arada Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman İran prezidenti Məsud Pezeşkianla telefon danışığı aparıb və bildirib ki, Ər-Riyad öz ərazisinin Tehrana qarşı hərbi təcavüz üçün istifadəsinə icazə verməyəcək.
Söhbət zamanı İran prezidenti Tehranın istənilən sülh prosesini alqışladığını qeyd edib.
SAMİRƏ