ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiya ilə Ukrayna arasında sülh sazişinin bu ilin 15 may tarixinə qədər bağlanmasını gözləyir.
Bu barədə Ali Radanın Avropa Həmrəyliyi Partiyasından olan deputatı Oleksiy Qonçarenko bildirib.
Bəs niyə məhz mayın 15-i? Məsələ burasındadır ki, ABŞ Konqresinə ara seçkilər 3 noyabrda keçiriləcək və Tramp may ayına qədər müharibənin nəticəsini nümayiş etdirə bilməsə, bu onun üçün daha bir minus olacaq. Nəticədə isə o, noyabr seçkilərində uduza bilər…
Namiq QULİYEV