İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "2025-ci ilin yekunları və hədəflər" mövzusunda keçirilən mətbuat konfransında "Tibbi sığorta haqqında" Qanunda edilən dəyişikliklər barədə məlumat verib. O bildirib ki, qeyri-dövlət və qeyri-neft/qaz sektorunda işləyənlər üzrə sığortahaqqının hesablanması qaydası dəyişdirilib: İşəgötürən tərəfindən işçinin əməkhaqqının 2500 manatadək olan hissəsindən 2 %, 2500 manatdan yuxarı olan hissəsindən 0,5 %; İşçi tərəfindən əməkhaqqının 2500 manatadək olan hissəsindən 2 %, 2500 manatdan yuxarı olan hissəsindən 0,5 %. Əvvəl bu məbləğ 8000 manat idi.
İradə SARIYEVA