Cümə günü, 06 noyabr 2026
     

Universitetlər boşalır, tələbələr könüllü qaçır...

Image


Rizvan Fikrətoğlu: “Tələbə reallıqda görür ki, proqram köhnədir, nəzəriyyə ağırdır, laboratoriyalar…”

Ali məktəbə qəbul olub tələbə adını qazanmaq üçün gənclər kifayət qədər zəhmət çəkir, həm maddi, həm də digər məsələlərdə əziyyətə qatlaşır. Amma maraqlıdır ki, ali məktəbdəki təhsilini könüllü yarımçıq qoyub universitetləri tərk edən tələbələrə də rast gəlirik, özü də sayları az deyil, əksinə çoxdur. Əksəriyyətimiz tələbənin oxumadığına, yaxud daxili intizam qaydalarına və sair əməl etmədiyinə, yaxud təhsil haqqı ödəyə bilmədiyinə görə universitetlərdən qovulduğunu bilirdik, ali məktəbi könüllü tərk edənlər elə də çox deyildi.

Mətbuatda universiteti könüllü tərk edən tələblər barədə diqqətçəkən statistika öz əksini tapıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev bildirib ki, 2024-2025-ci tədris ilində ADPU-da ümumilikdə 144 nəfər universitetdən xaric edilib: “139 nəfər öz istəyi ilə, bir nəfər nizam-intizamı pozduğuna, dörd nəfər isə başqa ali təhsil müəssisəsinə köçürüldüyünə görə universitetdən xaric edilib”.

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AZMİU) ötən il 173 tələbə universitetdən uzaqlaşdırılıb.

Bu barədə ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Abdullayev bildirib: “Tələbənin universitetdən uzaqlaşdırılması "Təhsil haqqında" Qanuna əsasən tənzimlənir. Əgər ödənişli təhsil alan tələbə təhsil haqqını uzun müddət ödəməsə, dərslərdə iştirak etməsə, tələbə ilə universitetin münasibəti kəsilir, ancaq bu, bərpa oluna bilər.

Digər bir səbəb isə tələbənin şəxsi istəyinə görə universitetdən xaric olunmaq üçün ərizə yazmasıdır. Həmçinin o, əgər cinayət məsuliyyətinə cəlb olunarsa, təhsil müəssisəsində onun iştirakı təhlükəli hesab olunarsa, universitetdən xaric edilir. Sevindirici haldır ki, 2024-2025-ci tədris ilində AZMİU-da cinayət məsuliyyətinə cəlb olunan tələbə olmayıb. Ancaq digər hallarda, 173 tələbə öz xahişi ilə və ya təhsil haqqını ödəmədiyinə görə universitetdən uzaqlaşdırılıb".

Azərbaycan Tibb Universitetinin (ATU) Mətbuat Xidmətinin rəhbəri Günel Aslanova isə qeyd edib ki, ötən il ATU-dan uzaqlaşdırılanlar yalnız xarici tələbələr olublar. “Onların hər biri isə öz istəyi ilə uzaqlaşdırılıb", - deyə Günel Aslanova bildirib.

2025-ci ildə Xəzər Universitetində ümumilikdə 45 tələbə xaric edilib.

Universitetin Mətbuat Xidmətinin rəhbəri Əlövsət Əmirbəyli bildirib ki, onlardan 27-si bakalavr, 18-i isə magistr tələbəsi olub və hamısı öz ərizələrinə müvafiq olaraq xaric edilib.

Azərbaycan Dövlət İqtisad Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova bildirib ki, 2024-cü ildə 913, 2025-ci ildə 723 tələbənin xaric olunması barədə əmr verilib.

Azərbaycan Texniki Universitetinin Mətbuat Xidmətinin rəhbəri Sevinc İsgəndərovanın sözlərinə görə isə, ötən semestr AZTU-dan heç bir tələbə xaric olunmayıb.

Tələbələr universitetləri niyə könüllü şəkildə tərk edirlər? Məsələn, 173 nəfər universitetləri tərk edib, onun 140 nəfəri bu addımı könüllü atıb.

Dediyim kimi, yalnız bir-iki tələbə oxuya bilmədiyi üçün xaric olunub, qalanlar özləri ərizə yazıb çıxıb. Maraqlıdır ki, bu ali məktəblər içində təkcə Texniki Universitetdən bir nəfər də olsun tələbə ərizə yazıb könüllü getməyib. Yəni o ali təhsil müəssisəini tərk edən tələbə yoxdur.

Tələbələr ali məktəbləri niyə könüllü tərk edirlər, oxumaqdan niyə imtina edirlər? Nə baş verir?

“Xaric olunan tələbələrin əksəriyyətini birinci və ikinci kurs tələbələri təşkil edir”

Təhsil eksperti Rizvan Fikrətoğlu baki-xeber.com-a bildirdi ki, bu statistika 2024-2025-ci tədris ilini əhatə edir, amma söhbət 2025-ci ildə baş verənlərdən gedir. “Azərbaycanda 1100 nəfərdən çox tələbə universitetdən xaric olunub. Burada bəzi tələbələr öz istəkləri ilə, bəziləri müvafiq qaydalara əməl etmədiklərinə, kredit, yaxud təhsil haqqı borclarını ödəyə bilmədiklərinə görə xaric olunanlar da var. Məsələn, ADPU-dan 164 nəfər tələbə xaric olunub. Bunlardan biri nizam-intizam qaydalarını pozduğuna, 4 nəfər başqa ali təhsil müəssisələrinə transfer etdiyinə görə bu hal baş verib. AZMİU-dan 173 nəfər uzaqlaşdırılıb. Burada universitetdən uzaqlaşdırma “Təhsi Haqqında” Qanuna görə tənzimlənir. Əgər ödənişli təhsil alan tələbə təhsil haqqını uzun müddət ödəməsə, dərslərdə iştirak etməsə tələbə ilə universitetin əlaqəsi kəsilir. Ancaq bu elə bir məsələdir ki, tələbə bərpa da oluna bilər. Tutalım, tələbə kredit borcuna, təhsil haqqına görə, yaxud öz ərizəsi ilə xaric olunubsa onun bərpası çox rahatdır. Yəni təhsil haqqını ödədikdən sonra geri qayıdıb təhsilini davam etdirmək imkanı var. Amma nizam-intizam qaydalarını ağır formada pozduğuna görədirsə onun bərpası çox çətin məsələdir. Yaxud tələbə cinayət məsuliyyətinə cəlb olunubsa, təhsil müəssisəsində onun iştirakı təhlükəli hesab olunursa o universitetdən xaric oluna bilər.

Məsələn, Tibb Universitetindən yalnız xarici tələbələr çıxarılıb, onlar arasında yerli tələbə yoxdur. Xəzər Universitetindən 45 nəfər xaric edilib. İqtisad Universitetində bu rəqəm həddən artıq böyükdür. 2025-ci ildə 723 nəfər, 2024-cü ildə isə 903 nəfər İqtisad Universitetindən xaric olunub.

Texniki Universitetdə bu hal baş verməyib.

Xaric olunanların səbəbləri var. Öz ərizəsinə əsasən ali məktəblərdən xaric olunan tələbələrin əksəriyyəti ali məktəbə daxil olarkən düşünürdülər ki, daha çox praktik bilik əldə edəcəklər, ixtisası gələcəkdə düşündüyü kimi olacaq. Amma tələbə reallıqda görür ki, proqram köhnədir, nəzəriyyə ağırdır, laboratoriyalar, praktika zəifdir, nəticədə “mən bunu istəməmişəm” hissi ilə universitetdən ayrılır. Yaxud da elə ixtisas seçib ki, o ixtisasda bir növ özünü tapa bilmir, bu o baxımdan da baş verə bilər”.

R.Fikrətoğlunun sözlərinə görə, abituriyentin balı hara çatırsa o ixtisası da yazır, yaxud valideynin “mütləq ali təhsil almalısan” təzqiyi ilə universitetə daxil olur, bəzən tələbələrin qəbul olunduğu ixtisasın mahiyyəti barədə məlumatları az olur. “Təxminən bir-iki semester oxuyandan sonra tələbə anlayır ki, bu ixtisasda özünü nə indi, nə də gələcəkdə görmür. Adətən xaric olunan tələbələrin əksəriyyətini birinci və ikinci kurs tələbələri təşkil edir. Ümumiyyətlə, burada maddi və sosial reallıq da var. Xüsusən də regionlardan gələn tələbələr üçün kirayə, yol pulu və sair kimi xərclər də mövcuddur. Bundan əlavə universitet diplomumun qısa müddətdə qazanc əldə etməsi ciddi sual yaradır. Yaxud bəziləri işləməyə başladığı üçün dərslərini çatdıra bilmirlər. Bu kimi məsələlər var”.

Texniki Universistdən xaric olunmanın baş verməməyinin səbəbini burada ixtisas-peşə əlaqələrinin daha aydın olması ilə əlaqələndirən R.Fikrətoğlu qeyd etdi ki, tələbə məzun olandan sonra harada işləyəcəyini təxmin edə bilir. O, vurğuladı ki, əmək bazarında isə texniki ixtisaslara real tələbat var. “Ona görə də tələbə “çətin olsa da oxumağa dəyər” prinsipi ilə yaşayır. Digər ali məktəblərd isə diploma var, amma yol xəritəsi yoxdur. Ali məktəbi bitirdikdən sonra onların “nə olcaq” sualı cavabsız qalır, bu da universiteti könüllü şəkildə tərk etməsinə şərait yaradır.

Əlavə olaraq deyim ki, məsələn əvvəllər universiteti tərk etmək uğursuzluq, biabırçılıq sayılırdı, amma indi isə alternativ yollar, digər iş imkanları, başqa ali məktəblərdə oxumaq şansı var. İndiki tələbələr düşünürlər ki, mən öz yolumu başqa çür seçə, gələcəyimi başqa cür qura bilərəm. Biz deyə bilmərik ki, tələbələr universiteti oxuya bilmədikləri üçün tərk edirlər. Yəni belələri azdır, əksəriyyət ola bilər ki, oxuduğu ixtisasın mənasını, gələcəyi üçün yaxşı nə isə vəd etdiyini görmür, buna görə də orada oxumağa vaxt itkisi kimi baxır. Bu məsələdə var”-deyə R.Fikrətoğlu bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ