Bazar ertəsi günü, 28 sentyabr 2026
     

İŞİD-in Bakıda terror hazırlığı ifşa edildi - Səfirlik(?) böyük fəlakətdən qurtuldu...

Image


Elşad Həsənov: “Səfirliklər də İranın proksi qüvvələrinin, İŞİD-in və digər bu kimi qurumların maraq obyektindədir”

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri zamanı Azərbaycan Respublikasının vətəndaşları - 2000-ci il təvəllüdlü, “Abu Zər əl-Mühacir” dini ləqəbli Quliyev İlqar İlham oğlu, 2005-ci il təvəllüdlü, “Abdurəşid” dini ləqəbli Piriyev Amin Elşad oğlu və 2005-ci il təvəllüdlü “Abdurrahman əl-Azəri” dini ləqəbli Əlizadə Elvin Sənan oğlunun dini düşmənçilik zəminində Bakı şəhərində xarici ölkənin səfirliyinə terror hücumu törətməyə hazırlıq görmələrinə əsaslı şübhələr yaranıb. Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

Bildirilib ki, adıçəkilən şəxslər İŞİD terror təşkilatının “Vilayəti-Xorasan” silahlı qruplaşmasının üzvləri ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında xarici dövlətin Azərbaycan Respublikasındakı səfirliyinə terror hucumu etmək üçün silah qismində istifadə edilən predmetlər əldə edib səfirliyin yerləşdiyi əraziyə yaxınlaşarkən DTX-nin əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı İlqar Quliyev, Amin Piriyev və Elvin Əlizadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3 və 28, 214.2.6 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə, dini düşmənçilik zəminində terrorçuluğa hazırlıq) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

“O qüvvələr çalışırlar ki, səfirliyə qarşı hücum etsinlər...”

İŞİD hansıxarici ölkənin səfirliyinə terror hücumu törətməyə hazırlaşa bilərdi? Söhbət hansı ölkələrin, yaxud ölkənin səfirliyindən gedə bilər?

Siyasi ekspert Elşad Həsənov baki-xeber.com-a bildirdi ki, son illər dünyada vəziyyət həddindən artıq gərginləşib. “Ancaq son günlər isə İran ətrafında ABŞ-ın hərbi gəmilərinin, silahlı qüvvələrinin toplaşması vəziyyəti daha da gərginləşdirib. Buna görə də İran və onun proksi qüvvələri ABŞ-a və İsrailə qarşı həddindən artıq kəsin çıxışlar edirlər. Onlar istəyirlər ki, İrana hücum olmasın. Ancaq indiki dövrdə görürük ki, İranın fars-molla rejiminin apardığı siyasət artıq İranda yaşayan xalqları ayağa qaldırıb. Öz sosial vəziyyətlərini düzəltməyi tələb edən, problemlərə qarşı etiraz sərgiləyən insanları İran hakimiyyəti güllə-boran etdi. İranın rəsmən bildirdiyinə görə son hadisələr zamanı 5 min nəfərdən çox adam həlak olub. Ancaq bəzi mətbuat orqanlarının yaydığı məlumatlarda və beynəlxalq təşkilatların hesabatlarında bəziləri 13 min, bəziləri isə 20 min nəfərə yaxın insanın həlak olduğunu bildirir və onminlərlə insan isə həbsxanalardadır. Bu baxımdan, artıq ABŞ İrana qarşı əməliyyat tədbirləri həyata keçirmək planını ortaya qoyub və onun hərbi qüvvələri İran körfəzindədir, İordaniyada da böyük hərbi təyyarələr yığılıb. Hesab edirəm ki, yaxın vaxtlarda bu əməliyyat başlanacaq. Yeganə olaraq onu demək istəyirəm ki, İran əgər nüvə proqramından tam əl çəksə və əhalinin sosial vəziyyətini yaxşılaşdırsa, konstitusiyaya riayət etsə bəlkə də ABŞ bu hücumu dayandırar. Ancaq hesab edirəm ki, artıq gecdir, bu hadisə baş verəcək. Buna görə də İran öz proksi qüvvələrini işə salıb ki, onlar da İsrailin və Amerikanın səfirliklərinə, hərbi obyektlərinə hücum etsinlər. Bizim ölkədə Amerikanın və başqa bir ölkənin hərbi bazası yoxdur, ancaq qeyd etdiyim xarici ölkələrin səfirlikləri var. Səfirliklər də İranın proksi qüvvələrinin, İŞİD-in və digər bu kimi qurumların maraq obyektindədir. O qüvvələr çalışırlar ki, səfirliyə qarşı hücum etsinlər, terror hadisəsi törətsinlər. Tam əminəm ki, İŞİD-in həbs olunan üzvləri-Piriyev və Əlizadə o dəstənin hələlik ələ keçən kiçik bir qrupudur. Belə qrupların olduğuna inanıram. Onlar əmr gözləyirlər. Ancaq onlar həm də ondan çəkinirlər ki, Azərbaycanın təhlükəsizlik orqanları çox operativ işləyir və vaxtından əvvəl bu hadisələrin qarşısını alır. Onların həbs olunması təhlükəsizlik orqanlarının əməkdaşlarının necə yüksək profesionallıq göstərdiklərini sübut edir. Çünki hadisə baş verəndən sonra onu törədənlərin aşkarlanması, tapılması və həbs edilib cəzalandırılması başqa bir məsələdir. Ancaq hadisəni törətməmişdən əvvəl onları həbs etmək isə yüksək peşəkarlığın nəticəsidir”.

E.Həsənovun sözlərinə görə, bu gün ölkəmizdə dini təşkilatlar, dini cərəyanlar həddindən artıq çoxdur, bu da xüsusilə bizim təhlükəsizlik orqanlarında boşluq olduğu zaman baş verib. “Boşluq da Mahmudov və onun dəstəsinin MTN-ə rəhbərlik etdiyi dövrdə oldu. Çünki həmin dövrdə onları ancaq pul yığmaq maraqlandırırdı. Hətta onlar vahabilərlə iş birliyinə gedərək onların xaricdən gətirdikləri mallara şərik idilər, onların biznesi inkişaf edirdi. Həmin dini təşkilatlar da öz dini işlərini yaymağı, terror hadisələri törətməyi planlayırdılar. Ancaq Mahmudov və onun komandasının isə o zaman gözlərini pul tututdu deyə belə işlərə əhəmiyyət vermirdilər. Amma bu gün Dövlət Təhlükəsizlik Xidmətinə rəhbərlik edən general-polkovnik Əli Nağıyevin başçılığı ilə çox mühüm işlər görülür, belə hadisələrin qarşısı vaxtından, o törədilməmişdən əvvəl alınır. Bir daha deyirəm ki, bu yüksək profesionallığın nəticəsidir. Eyni zamanda onu da bildirmək istəyirəm ki, bu gün təhlükəsizlik orqanları Azərbaycanın təhlükəsizliyinin tam təminatçısıdır, onların böyük potensialı, texnika var. Bu gün həbs olunanlar kodla danışsalar da onların kodlarını təhlükəsizlik orqanları əməkdaşları çox asanlıqla izləyə bilirlər, onların hər bir hərəkəti daim nəzarətdədir. Bu gün terror hadisəsi törətmək istəyən digər şəxslərin də nəzərinə çatdırmaq istəyirəm ki, onlar öz əməllərindən əl çəksinlər, belə hadisələr törətməyi fikirləşməsinlər. Əgər nə isə fikirləşərlərsə onların da aqibəti belə olacaq. Həbs olunanlar “Allah yoluna bunu edəcəyik” deyirlər. Allah heç zaman demir ki, insanlara qarşı terror edin, onları öldürün. Bu gün İranda olan hadisələr onu göstərir ki, məhz din, Quran adı altında hakimiyyətə gələn fars-molla rejimi əhalini bu həddə çatdırıb. Xamneinin özü dedi ki, 275 məscid yandırılıb. Çünki xalqda nifrət yaradıblar...Allah demir ki, gedin kimisə öldürün, evini maşınını partladın, Allah deyir ki, bir-birinizə kömək edin, dəstək olun, insanlıq göstərin. Ancaq bunlar isə dini, islamı terrora, xalqı əzməyə çəkirlər...”-deyə E.Həsənov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

27.09.2026 / 00:03
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

26.09.2026 / 23:23
"Bu münasibətləri kənar qüvvələrin təxribatlarına qurban vermək olmaz" - Bəhruz Quliyev

26.09.2026 / 21:18
Zelenski Trampdan Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" tətbiq etməsini istədi...

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:38
Oktyabrda Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək - FOTO

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ